Bazar, 22.12.2024, 08:39
Daxil oldunuz Гость | RSS

Www.Ehlibeyt.Clan.Su

Menyu
Qısa Məktublar
Bizim sual
Bismillahsiz Sure?
Всего ответов: 1720
Sayğac
İslami Saytların Reytinqi
Onlayn cəmisi 1
Qonaq 1
İstifadəçi 0

Главная » 2010 » İyul » 18 » HƏDİSLƏR
23:41
HƏDİSLƏR
Hədis 1: Həzrət Məhəmməd (s) buyurur: "Bütün yaxşılıqlardan üstün bir yaxşılıq vardır. Lakin insan Allah yolunda öldürüldükdə, daha bundan da üstün bir yaxşılıq yoxdur.”
* * *
Hədis 2: Həzrət Məhəmməd (s) buyurur: "Heç bir damla Allah yolunda tökülən qan damlasından əziz deyil.”
* * *
Hədis 3: İmam Sadiq (ə) buyurur: "Hər kəs Allah yolunda öldürülsə, Allah-təala ona heç bir günahını göstərməz.” (Bütün günahları bağışlanar).
* * *
Hədis 4: İmam Sadiq (ə) buyurur: "Ailə xərcinin qorxusundan evlənməyən kəs Allaha qarşı sui-zənn etmişdir.”
* * *
Hədis 5: İmam Sadiq (ə) buyurur: "Hər kəs mömini yoxsulluğuna görə alçaq saysa, Allah-təala da qiyamət günü onu xalq qarşısında rüsvay edər.”
* * *
Hədis 6: İmam Sadiq (ə) buyurur: "Bütün peyğəmbərlər bizim (Biz Əhli-beytin) üstünlüyümüzü və haqqımızı tanıyaraq məbus olmuşdur.”
Hədis 7: İmam Baqir (ə) buyurur: "Üç şey insanın belini qırır:
1. Öz əməlini böyük saymaq;
2. Öz günahını yaddan çıxarmaq;
3. Öz rəyindən xoşu gəlmək.”
* * *
Hədis 8: İmam Sadiq (ə) buyurur: "Allah-təalaya hüsn-zənn budur ki, Ondan başqa heç kəsə ümidin olmasın və günahlarından başqa heç nədən qorxmayasan.”
* * *
Hədis 9: İmam Həsən (ə) buyurur: "Günahın cəzasını verməkdə tələsmə, üzr üçün bir yol qoy.”
* * *
Hədis 10: Həzrət Məhəmməd (s) buyurur: "Əməllərinizi Allah üçün xalisliklə yerinə yetirin. Həqiqətən, Allah yalnız Onun üçün xalisliklə yerinə yetirilmiş əməlləri qəbul edir.”
* * *
Hədis 11: Həzrət Məhəmməd (s) buyurur: "Öz ümmətim üçün hər şeydən çox danışıqda mahir olan münafiqlərdən qorxuram.”
* * *
Hədis 12: Həzrət Məhəmməd (s) buyurur: "Allah-təala sevdiyi bəndəsini çətinliyə salar ki, onun ahuzarını eşitsin.”
* * *
Hədis 13: Həzrət Məhəmməd (s) buyurur: "Bir şəxsi işlətmək üçün əcir tutduqda, haqqını ona əvvəlcədən elan edin.”
* * *
Hədis 14: Həzrət Məhəmməd (s) buyurur: "Elm öyrənənin (din tələbəsinin) əcəli çatdıqda, şəhid kimi ölər.”
* * *
Hədis 15: Həzrət Məhəmməd (s) buyurur: "Əgər öz yaxşı işindən sevinib, pis işindən narahat olursansa, deməli möminsən.”
* * *
Hədis 16: Həzrət Məhəmməd (s) buyurur: "Qəzəbləndiyin zaman, sakit ol (dayan).”
* * *
Hədis 17: Həzrət Məhəmməd (s) buyurur: "Tanışlarınızdan biri öldüyü zaman onu rahat buraxın və haqqında pis danışmayın.”
* * *
Hədis 18: Həzrət Məhəmməd (s) buyurur: "Bir bəndə öldükdə camaat deyər: "Özündən sonra nə qoydu getdi?” Və mələklər deyər: "Özü ilə nə gətirdi?”
* * *
Hədis 19: Həzrət Məhəmməd (s) buyurur: "Ölənlərinizin yaxşılıqlarını yada salın və pisliklərinə göz yumun.”
* * *
Hədis 20: Həzrət Məhəmməd (s) buyurur: "İki saleh qohumundan həya etdiyin kimi Allahdan həya et.”
* * *
Hədis 21: Həzrət Məhəmməd (s) buyurur: "Xalqa möhtac olmayın və onlardan bir diş çöpü belə istəməyin.”
* * *
Hədis 22: Həzrət Məhəmməd (s) buyurur: "Xalqın ən şücaətlisi öz nəfsinə qalib gələn şəxsdir.”
* * *
Hədis 23: Həzrət Məhəmməd (s) buyurur: "Beşikdən qəbrədək elm axtarışında (öyrənməkdə) olun.”
* * *
Hədis 24: Həzrət Məhəmməd (s) buyurur: "Möminin çətinliyi hamıdan çoxdur, çünki o həm dünya, həm də axirət işləri ilə məşğul olmalıdır.”
* * *
Hədis 25: Həzrət Məhəmməd (s) buyurur: "Az günah etsən, ölüm sənə asan olar.”
* * *
Hədis 26: Həzrət Məhəmməd (s) buyurur: "Diş fırçalamaq barəsində mənə o qədər göstəriş verdilər ki, onun vacib olacağından qorxdum.”
* * *
Hədis 27: Həzrət Məhəmməd (s) buyurur: "Dünyada hamıdan tox olan, qiyamətdə hamıdan ac olacaq.”
* * *
Hədis 28: Həzrət Məhəmməd (s) buyurur: "Sədəqə var-dövləti artırar.”
* * *
Hədis 29: Həzrət Məhəmməd (s) buyurur: "Allah-təala ata və anaya yaxşılıq edən insanın ömrünü uzadar.”
* * *
Hədis 30: Həzrət Məhəmməd (s) buyurur: "Allah-təala bütün danışanların dilinə nəzarətçidir. Bəndə Allahdan qorxmalı və nə danışdığına fikir verməlidir.”
* * *
Hədis 31: Həzrət Məhəmməd (s) buyurur: "Allah-təala duada israr edənləri sevər.”
* * *
Hədis 32: Həzrət Məhəmməd (s) buyurur: "Allah-təala, bəndəsinin Ona tərəf uzadılmış əlini geri qaytarmaqdan və onu ümidsiz qoymaqdan həya edər.”
* * *
Hədis 33: Həzrət Məhəmməd (s) buyurur: "Allah-təala boş söz-söhbətləri sizə qadağan etdi.”
* * *
Hədis 34: Həzrət Məhəmməd (s) buyurur: "İsrafın bir növü də ürəyin istədiyi hər bir şeyi yeməkdir.”
* * *
Hədis 35: Həzrət Məhəmməd (s) buyurur: "Hər kəs Allahdan bir şey istəməsə, Allah ona qəzəblənər.”
* * *
Hədis 36: Həzrət Məhəmməd (s) buyurur: "Öz sübhünüzü sədəqə verməklə başlayın, çünki bəla sədəqənin üstündən keçə bilmir.”
* * *
Hədis 37: Həzrət Məhəmməd (s) buyurur: "Sübh tezdən ruzi və hacət dalınca gedin, çünki tezdən durmaq bərəkət və qurtuluşa səbəbdir.”
* * *
Hədis 38: Həzrət Məhəmməd (s) buyurur: "Varlıların yediyi, fəqirlərin isə məhrum olduğu toy xörəyi necə də pisdir.”
* * *
Hədis 39: Həzrət Məhəmməd (s) buyurur: "Paxıl (xəsis) o şəxsdir ki, adım çəkiləndə mənə salavat göndərmir.”
* * *
Hədis 40: Həzrət Məhəmməd (s) buyurur: "Çox yemək qəlbdə qəsavət (daşürəklilik) yaradır.”
* * *
Hədis 41: Həzrət Məhəmməd (s) buyurur: "Oruc tutarkən obaşdan yeyin, çünki obaşdanlıq bərəkətin əsasıdır.”
Hədis 42: Həzrət Məhəmməd (s) buyurur: "Bir-birinizə əl verin (görüşün) ki, qəlbinizdən kin xaric olsun.”
* * *
Hədis 43: Həzrət Məhəmməd (s) buyurur: "Günahdan tövbə odur ki, onu təkrar etməyəsiniz.”
* * *
Hədis 44: Həzrət Məhəmməd (s) buyurur: "Dünyanın şirinliyi axirətin acılığı və dünyanın acılığı axirətin şirinliyidir.”
* * *
Hədis 45: Həzrət Məhəmməd (s) buyurur: "Qadının cihadı ərinə yaxşı baxmaqdır.”
* * *
Hədis 46: Həzrət Məhəmməd (s) buyurur: "Evlənməyin ən yaxşısı odur ki, asan başa gəlsin.”
* * *
Hədis 47: Həzrət Məhəmməd (s) buyurur: "Dostlarınızın ən yaxşısı eyblərinizi sizə deyəndir.”
* * *
Hədis 48: Həzrət Məhəmməd (s) buyurur: "Allah rəhmət etsin o kəsə ki, öz dilini islah edər.”
* * *
Hədis 49: Həzrət Məhəmməd (s) buyurur: "Çox gülmək qəlbi öldürər.”
Hədis 50: Həzrət Məhəmməd (s) buyurur: "Əməl olunan elmdən savayı, bütün elmlər qiyamət günündə vizrü-vəbal olacaqdır.”
* * *
Hədis 51: Həzrət Məhəmməd (s) buyurur: "Heç bir işi sabaha saxlama ki, hər günün öz işi var.”
Hədis 52: Həzrət Məhəmməd (s) buyurur: "Özünüz yemədiyinizi yoxsullara yedirməyin.”
* * *
Hədis 53: Həzrət Məhəmməd (s) buyurur: "Cahil (nadan) bir şəxs ya ifrat edər (həddi aşar), ya da geridə qalar.”
* * *
Hədis 54: Həzrət Məhəmməd (s) buyurur: "Kim məsləhətləşsə peşman olmaz və kim də orta həddi gözləsə, yoxsul olmaz.”
* * *
Hədis 55: Həzrət Məhəmməd (s) buyurur: "Bir şəxs özü üçün istədiyini din qardaşı üçün də istəmədikcə mömin olmaz.”
* * *
Hədis 56: Həzrət Məhəmməd (s) buyurur: "Heç bir kəs gücü çatmayan şeyi qonağı üçün hazırlamamalıdır.”
* * *
Hədis 57: Həzrət Məhəmməd (s) buyurur: "Camaata verilən heç bir sədəqə onların arasında yayılan elmdən üstün deyildir.”
* * *
Hədis 58: Həzrət Məhəmməd (s) buyurur: "O işi ki, istəmirsən camaat səndən görsün, təklikdə də əncam vermə.”
* * *
Hədis 59: Həzrət Məhəmməd (s) buyurur: "Mən hara, dünya hara?! Mənim dünyadakı vəziyyətim bir ağacın kölgəsində oturan, sonra onu orada qoyaraq durub gedən müsafir kimdir.”
* * *
Hədis 60: Həzrət Məhəmməd (s) buyurur: "Sədəqə verməklə mal azalmaz.”
* * *
Hədis 61: Həzrət Məhəmməd (s) buyurur: "Hər kəs çox yeməyə adət etsə, ürəyi qəsavət bağlayar (daşlaşar).”
* * *
Hədis 62: Həzrət Məhəmməd (s) buyurur: "Hər kəs özünü hansı dəstəyə oxşadarsa, həmin dəstədəndir.”
* * *
Hədis 63: Həzrət Əli (ə) buyurur: "Sizin qiymətiniz yalnız behiştdir, özünüzü ondan ucuzuna satmayın.”
* * *
Hədis 64: Həzrət Məhəmməd (s) buyurur: "Elm ilə birgə olan yuxu, cəhl ilə birgə olan ibadətdən üstündür.”
* * *
Hədis 65: Həzrət Məhəmməd (s) buyurur: "Allah-təala övladlarınız arasında, hətta onları öpərkən belə ədalətə riayət etməyinizi sevir.”
* * *
Hədis 66: Həzrət Məhəmməd (s) buyurur: "Allah-təala yalnız rəhimli bəndələrinə rəhm edər.”
* * *
Hədis 67: Həzrət Məhəmməd (s) buyurur: "Qadının bərəkətli olmasının əlaməti budur ki, elçiliyi asan, mehriyyəsi isə yüngül olsun.”
* * *
Hədis 68: Həzrət Məhəmməd (s) buyurur: "Bu dünyada sizin üçün bir müsafirin azuqəsi qədər olan mal kifayətdir.”
* * *
Hədis 69: Həzrət Məhəmməd (s) buyurur: "Allah-təala behişti nə dediyinə və onun haqqında nə deyildiyinə əhəmiyyət verməyən pis danışıqlı adamlara haram etmişdir.”
* * *
Hədis 70: Həzrət Məhəmməd (s) buyurur: "Sizin ən yaxşınız dünyaya daha rəğbətsiz, axirətə isə daha rəğbətli olanınızdır.”
* * *
Hədis 71: Həzrət Məhəmməd (s) buyurur: "Qardaşın (öz din) qardaşına olan gizli duası rədd ediləsi deyil.”
* * *
Hədis 72: Həzrət Məhəmməd (s) buyurur: "Dünya möminin zindanı, kafirinsə behiştidir.”
* * *
Hədis 73: Həzrət Məhəmməd (s) buyurur: "Allah o kəsə rəhmət etsin ki, sözlərindən artığını saxlayar, malının artığını isə sədəqə verər (paylayar).”
* * *
Hədis 74: Həzrət Məhəmməd (s) buyurur: "Alimin iki rəkət namazı, alim olmayan adamın yetmiş rəkət namazından üstündür.”
* * *
Hədis 75: Həzrət Məhəmməd (s) buyurur: "Allaha diqqətlə qılınan iki rəkət namaz, Allahdan qəflətdə qılınan min rəkət namazdan üstündür.”
* * *
Hədis 76: Həzrət Əli (ə) buyurur: "Kim özünü hesaba çəksə, səadətə yetişər.”
* * *
Hədis 77: Həzrət Məhəmməd (s) buyurur: "Elmin fəziləti ibadətin fəzilətindən çoxdur.”
* * *
Hədis 78: Həzrət Məhəmməd (s) buyurur: "Elmlə olan az əməl faydalı, cəhalətlə olan çox əməl isə faydasızdır.”
* * *
Hədis 79: Həzrət Məhəmməd (s) buyurur: "Əgər mənim bildiklərimi bilsəydiniz, az gülüb çox ağlayardınız.”
* * *
Hədis 80: Həzrət Məhəmməd (s) buyurur: "Bəndə öz dilini saxlamayınca, imanın həqiqətinə çatmaz.”
* * *
Hədis 81: Həzrət Məhəmməd (s) buyurur: "İnsanı üzünə tərif etmək, onu qətlə yetirmək kimidir.”
* * *
Hədis 82: Həzrət Məhəmməd (s) buyurur: "Allah yolunda bir gecə keşik çəkmək, min gecə namaz qılıb, gündüzləri də oruc tutmaqdan üstündür.”
* * *
Hədis 83: Həzrət Məhəmməd (s) buyurur: "İslamın zirvəsi Allah yolunda cihaddır ki, yalnız ən üstün müsəlmanlar bu zirvəyə yetişərlər.”
* * *
Категория: Hədislər | Просмотров: 2264 | Добавил: imamrza_asiqi | Рейтинг: 4.4/5
Всего комментариев: 1
1 Lale  
0
Allah razi olsun

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtarış
NAMAZI BELƏ QILAQ


İslama Xidmət © 2024
Конструктор сайтов - uCoz