Cümə, 25.09.2020, 15:18
Daxil oldunuz Гость | RSS

Www.Ehlibeyt.Clan.Su

Menyu
Qısa Məktublar
Bizim sual
Bismillahsiz Sure?
Всего ответов: 1715
Sayğac
İslami Saytların Reytinqi
Onlayn cəmisi 1
Qonaq 1
İstifadəçi 0
Главная » 2010 » Mart » 25 » Fatimeyi Me'sume (eleyha salam)- ın heyatına bir baxış
22:18
Fatimeyi Me'sume (eleyha salam)- ın heyatına bir baxış
Bağışlayan ve mehriban Allahın adı ile O hezretin adı Fatime, meşhur leqebi ise «Me'sume»-dir. Atası, şielerin yeddinci imamı Musa ibn Ce'fer (imam Kazim) eleyhis-salam, anası ise sekkizinci imam hezret Rza (eleyhis- salam)-ın anası sayılan Necme Xatun (eleyha- salam)-dır. Belelikle de hezret Me'sume (eleyha-salam) ve imam Rza (eleyhis- salam) bir ata-anadan dünyaya gelen bacı ve qardaşdılar. O hezret hicri-qemeri tarixi ile 173 -cü il, Ziqe'de ayının 1-de müqeddes Medine şeherinde dünyaya göz açmışdır. Uşaqlıq dövranında iken Bağdad şeherinde Harunun zindanında hebs olunmuş atasının şehid edilmesi hadisesi ile üzleşmiş ve ondan sonra qardaşı hezret imam Rza (eleyhis- salam) onu öz himayesi altına alaraq saxlamışdır. Hicri-qemeri tarixi ile 200- cü ilde Me'mun Abbasinin te'kid ve hede- qorxularından sonra imam Rza (eleyhis-salam) sürgüne benzeyen Merv seferine düzelmiş ve yanında ehli-beytinden heç bir kes olmayan halda Xorasana getmişdir.
Qardaşının hicretinden bir il keçdikden sonra, imam Rza (eleyhis-salam)-ı görmek şövqünde olan hezret Me'sume (eleyha salam) bir deste qardaşı ve qohumu ile Xorasana teref yola düşdü. Keçdikleri bütün şeher ve mehellelerde xalq onları tentene ile qarşılayır, onlara mehebbet ve qonaqperverlik gösterirdi. Hezret Me'sume (eleyha salam) da böyük bibisi hezret Zeyneb (eleyha salam) kimi qardaşı imam Rza (eleyhis-salam)-ın mezlumiyyeti ve qürbetini mö'min ve müselman xalqlara çatrırır, hemçinin onlara özü ve Ehli-beytin BEni-Abbasın hiyleger hökumetine qarşı olan müxalifetini beyan edirdi. Karvan «Save» şeherine çatdıqda, hökumet me'murlarının himaye etdiyi bir deste Ehli-beyt müxalifleri onların qabağını keserek onlarla vuruşmağa başladılar. Neticede texminen karvanın bütün kişileri şehid olub, bir revayete esasen hezret Me'sume (eleyha salam) ise zeherlendi. Her halda o hezret ya çoxlu qem-qüsse ve yaxud zeher neticesinde xestelendi ve Xorasana getmekden aciz qalıb, Qum şeherine teref yola düşdü. O hezret soruşdu: Bu «Save» şeherinden «Qum» şeherinedek ne qeder yol vardır?
Yolun miqdarını o hezrete dedikde, buyurdu: «Meni Qum şeherine aparın. Çünki atamdan eşitmişdim ki, (bele) buyururdu: «Qum şeheri bizim şielerimimzin merkezidir». Qum şeherinin ağsaqqalları bu sevindirici xeberi eşitdikde, o hezreti (e) qarşılamağa getdiler. «eş'eri» qebilesinin ağsaqqalı «Musa ibn Xezrec» o hezretin devesinin cilovunu tutmuş, xalqın çoxu ise piyada ve minik halında hezretin eyleşdiyi kecaveni ehateye almışdılar. Hezret Me'sume (eleyha salam) hicri-qemeri tarixi ile 201 - ci ilin teqriben Rebiul-evvel ayının 23-de müqeddes Qum şeherine daxil oldu. Daha sonra «Mir meydanı» adlanan bir yerde (Musa ibn Xezrecin şexsi menzili qarşısında) kecaveden enib, onun qonağı oldu. O hezret on yeddi gün müddetinde bu şeherde yaşamış ve bu müddetde ibadetle meşğul olmuşdur. O hezretin ibadet etdiyi yer, bu günedek «Sittiyye medresesinde» - «Beytun-nur» adı ile meşhurdur. O yer ziyaretgah sayılır. Belelikle de Rebius-sani ayının onu ve başqa revayete esasen on ikisi (201 h. q.), hezret öz qardaşı imam Rza (eleyhis- salam)-ı görmeden, qürbet yerde böyük qem-qüsse ile dünyasını deyişib, şieleri mateme qerq etdi. Qum ehalisi o hezretin pak bedenini böyük tentene ile bu günkü herem yerinde olan o zamankı «Babilan bağına» apardılar. Qebr hazır olduqda, o hezretin kimin eli ile defn edilmesinde çetinlikle üzleşdiler. Ele bu vaxt qible terefden üzlerine niqab çekmiş iki atlı sür'etle onlara yaxınlaşdı. Namaz qıldıqdan sonra onlardan biri qebrin içerisine daxil oldu, digeri ise hezretin pak cesedini qaldıraraq ona verdi. O iki nefer işlerini qurtardıqdan sonra heç bir kesle danışmadan öz atlarına minib oradan uzaqlaşdılar. O iki neferin Allah-taalanın iki höcceti sayılan hezret imam Rza (eleyhis-salam) ve imam Cavad (eleyhis- salam) olması nezere çarpır. Çünki şeriet qaydalarına esasen günahsız qadın bedeni günahsız şexsin eli ile defn olunmalıdır. Bele ki, hezret Fatime (eleyha salam)-ı emirel mö'minin Eli (eleyhis-salam) ve hezret Meryem (eleyha salam)-ı İsa (eleyhis-salam) şexsfn defn etmişdir. Hezret Me'sume (eleyhis- salam)-ın defninden sonra Musa ibn Xezrec onun müqeddes qebrinin üzerinde qamışdan toxunmuş hesirden bir örtük düzeltdi. Hicri-qemeri tarixi ile 256- cı ilde ise imam Cavad (eleyhis-salam)-ın qızı Zeyneb (e), o hezretin qebri üzerinde ilk defe olaraq günbez tikdirdi. Belelikle de hezret Me'sume (eleyha salam)-ın müqeddes qebri Ehli-beyt (eleyhimus-salam)-ın ardıcılları, hemçinin vilayet ve imamet aşiqlerinin ziyaretgahı ve şefa yerine çevrildi.
Категория: Məqalələr | Просмотров: 1700 | Добавил: imamrza_asiqi | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtarış
NAMAZI BELƏ QILAQ


İslama Xidmət © 2020
Конструктор сайтов - uCoz