Fatimənin (s.a) həyat yoldaşı ilə
davranışından bir nümunə.
Əbu Səid Xudradan nəql olunur:
Bir gün həzrəti Əli (a.s) acımışdı. Evə gəlib xanımından yemək istədi. Fatimə (s.ə) ərz etdi:
-
Atamı Peyğəmbər, səni isə onun vəlisi qərar verən Allaha and olsun ki,
evdə yeməyə bir şey yoxdur. İki gündür, yeməyimiz qurtarıb. Əgər
olsaydı, onu özümdən və oğullarım Həsənlə Hüseyndən qabaq sənin üçün
saxlayardım.
Əli(ə.s) buyurdu:
- Fatimə, bəs niyə mənə xəbər verməmisən ki, sizin üçün yemək tapım?
Fatimə(s.ə) belə cvab verdi:
- Ey Əbülhəsən, mən Allahımdan utanıram ki, səndən qüdrətində olmayan bir şeyi tələb edim. |