Bazar, 22.12.2024, 08:48
Daxil oldunuz Гость | RSS

Www.Ehlibeyt.Clan.Su

Menyu
Qısa Məktublar
Bizim sual
Bismillahsiz Sure?
Всего ответов: 1720
Sayğac
İslami Saytların Reytinqi
Onlayn cəmisi 1
Qonaq 1
İstifadəçi 0

Главная » 2010 » İyun » 21 » Danışan Quran
00:15
Danışan Quran

Muhəmməd Hüseyn Təbatəbai - Ələmul-Huda ləqəbi ilə tanınan bu şəxs Qum şəhərində dünyaya gəlib. Allah Təalanın istəyi və Əimmeyi-Ətharın (ə) inayəti ilə, atasının çəkdiyi zəhmətlər sayəsində beş yaş beş aylığında bütün Quranı əzbərləmiş və həmçinin öz sözlərini ayələr vasitəsilə bəyan etmişdir. Əlimizdə olan bu mətləb höccətül islam vəl-müslimin Hacı Şeyx Möhsün Qiraətidən nəql olunmuşdur. Hicri qəməri tarixi ilə 1417-ci ildə təməttö həccində olarkən bu dahi uşaqla Quran mövzusunda bir məclis qurulmuş və söhbət edilmişdir. Hacı Möhsün Qiraəti onun barəsində belə buyurur: «...Ərəbistanın şahzadəsi və vəziri bir məclis qurdular və onu da bu məclisə dəvət etdilər. Hər bir suala Quranla cavab verdi. Çoxlu oyuncaqlar və hədiyyələr gətirdilər.


- Bu oyuncaqları sənə hədiyyə edirik razı qaldın? Xoşun gəldi?

Cavab verdi: «Allahın mənə verdiyi sizə verdiyindən daha yaxşıdır. Amma siz öz hədiyyələrinizlə sevinirsiniz.» (Nəhl, 36) Sonra söhbət başladı.

Dedim: Salamun əleykum

Dedi: «Salam mehriban Allahın sözüdür”.» (Yasin, 58)

Dedim: Buyur daxil ol.

Dedi: «Ora sağ-salamat və əmin olaraq daxil oldu.»

(Hicr, 46)

Dedim: Süfrədəki yeməkdən başqa bir şey meylinizi çəkir?

Dedi: «Biz bir növ yeməyə dayana bilmərik.»

 (Bəqərə, 61)

Həccin rəisi ona dedi: Biz səni pulsuz Məkkəyə gətirmişik. Bizdən başqa bir şey istəyirsən?

Dedi: «Sizdən heç bir əcr istəməmişəm”.» (Yunis, 72)

Dedim: Oynamağı sevirsən?

Dedi: «Üz bəhrəni dünyadan unutma.» (Qəsəs, 77)

Dedim: Azyaşlı uşaq bu cür məqama nə cür çatıb?

Dedi: «Kimə istəsə hikmət əta edər”.» (Bəqərə, 269)

Dedim: Birdən ona qədər saya bilirsən?

Dedi: «Bəli bir və iki. Mən sizə ancaq bir öyüd verəcəyəm. Bir-bir, iki-iki Allah üçün qiyam edin.» (Səba, 46) «üç min mələk.» (Ali-İmran, 124) «Aralarında gizli söhbət gedən üç adamın dördüncüsü Allahdır.» (Mücadilə, 7) «Mələklərdən beş min»” (Ali-İmran, 25) «Altı günə yaratdıq”.» (Qaf, 38) «Yeddi gecə və səkkiz gün dalbadal”.» (Haqqə, 7) «Bizim şəhərdə doqquz nasaleh kişi var idi.» (Nəhl, 48) «Ta on gün kamil ola”.» (Bəqərə, 196)

 Bir nəfərdən soruşdular: Sizin şəhərinizin nə qədər əhalisi var? Həmin şəxs cavab verdi: Yüz min və ya bir qədər çox. Elə bu vaxt Təbatəbai cavab verdi: «Onu yüz min və bundan artığına göndərmişik”.» (Saffat, 147) Alimlərdən biri Quran ayəsini səhv oxudu ki, görsün, o bunu biləcək ya yox.


Dedi: «İstəyirlər Allahın kəlamını dəyişdirələr.» (Fəth, 15)

Yenidən iki ayəni düzgün, birini səhv oxudu. Təbatəbai yenə cavab verdi: «Bu yalandan başqa bir şey deyil”.»

(Sad, 7)

Bir müddət sonra həmin şəxs yenə bir ayəni səhv oxu-du.

Dedi: «Bu insan sözündən başqa bir şey deyil.» (Müddəsir, 25)

Dedim: Atan səninlə dalaşıb?

Dedi: «Qəzəblənəndə xətaları bağışlayırlar.» (Şura, 37)

Dedik: Küçə uşaqları sənə əziyyət verir?

Dedi: "Sən nə pis yolda imişsən!». (Zuxruf, 38)

 Bu söhbəti videoya çəkirdilər. Dedilər ki, kaset qurtarıb.

Dedi: «Rəbbinin sözü düzgün və ədalətli şəkildə tamam oldu”.» (Ənam, 115)

Video çəkən dedi: Üzr istəyirəm.

Dedi: «O gün də bağışlanmaq istəməyin”.» (Təhrim, 7)

Dedim: Oğlan məni çaşdırmısan.

Dedi: «İnsanları sərxoş görürsən. Halbuki onlar sərxoş deyillər.» (Həcc, 2)

Atası dedi: Bu Möhsün Qiraətidir onunla yaxşı söhbət elə.

Dedi: «Mən onlara yalnız Sənin mənə etdiyin əmri çatdırmışam.» (Maidə, 117)

Hamı gülməyə başladı:

Dedi: «Gülürsüz və ağlamırsız.» (Nəcm, 60)

Dedim: Bizə getmək istəyirsən?

Dedi: «Atam mənə icazə versə”.» (Yusif, 80)

Dedim: Mən səni çox sevirəm.

Dedi: «Görəcəyik, düz demisən yoxsa yalançılar sırasındasan.» (Nəhl, 27)

Dedim: İstəyirəm səni yeyəm.

Dedi: «Aya, sizlərdən hansınız istəyər ki, öz ölmüş qardaşının ətini yesin?”» (Hücərat, 12)

Dedim: Oğlan bütün bunları hardan öyrənmisən?

Dedi: «Bunları mənə Pərvərdigar öyrədib.» (Yusif, 38)

Dedim: İstəyirsən Kərbəlanın yolu açılsın və ora gedəsən?

Dedi: «Mən bunları Pərvərdigarıma görə istəyirəm.»

 (Sad, 32)

Dedim: Yorulmusan?

Dedi: «Orada bizə əziyyət yetişməyəcək.» (Fatir, 35)

Dedim: Görəsən bizim həcc ziyarətimiz qəbuldur?

Dedi: «Allah pəhrizkarların əməlini qəbul edir”.»

 (Maidə, 27)

Bir ərəb paltarı geyinmişdi. Dedim: Ərəb paltarını xoşlayırsan, yoxsa İran paltarını?

Dedi: «Təqva libası hər bir libasdan yaxşıdır.»

 (Əraf, 26)

Dedim: Atanı çox istəyirsən yoxsa ananı?

Dedi: «Üz ata və ananıza yaxşılıq edin.» (Bəqərə, 83)

Dedim: Bizim üçün bir dua elə.

Dedi: «Ya Rəbb, biz və bizdən qabaq iman gətirən qardaşlarımızı bağışla.» (Həşr, 10)

Bir ayənin hansı surədə olduğunu soruşdular. Dedi: Əraf surəsindədir. Dedilər yox Qəsəs surəsindədir. Dedi Əraf surəsindədir. çoxlu israr etdilər. Yenə dedi: Əraf surəsindədir. Qurana baxdıqdan sonra gördülər ki, haqq onunladır. Dedilər haqq bu uşaqladır.


 Dedi: «Sən bundan qafil idin.» (Qaf, 22)

Əynimdə ehram libası var idi. Yaxam açılmış və sinəm görünürdü.

Dedi: «...və öz zinətlərini aşkar etməzlər.» (Nur, 31)

Sinəmi örtdüm və bir müddət sonra sinəm yenə göründü, örtməyi unutdum.

Dedi: «Əgər onları dünyaya qaytarsalar, yenə də nəhy olunmuş işləri yerinə yetirəcəklər”.» (Ənam, 28)

 Xeymələrə məsul şəxs məclisə daxil oldu. Ələmul-hudaya dedilər: Bu şəxs İrandan gələn müsafirlərin qaldıqları xeymələrin məsuludur.

Dedi: «Nə üçün o vaxt ki, öz bağına daxil oldun demədin?”» (Kəhf, 39)

Ayətullah Qəyuri dedi: Mən İranda müxtəlif işlər görürəm.

Dedi: «Heç vaxt demə sabah belə edəcəyəm. İnşallah (Allah istəsə) de”.» (Kəhf, 23-24)

Soruşdular: Məkkə nə cür yerdir?

Dedi: «Gözəl və pak və bağışlayan Pərvərdigar.»

(Səba, 15)

Soruşdular: Bəy olmaq istəyirsən?

Mən dedim: Beş yaşlı uşaq bunu bilməz.

Dedi: «Nə üçün bilmirəm? Biz onu dərhal Süleymana anlatdıq”.» (Ənbiya, 79)

Sual olundu: Savadın var?

Dedi: «Sən bilmədin kitab və iman nədir.» (Şura, 52)

Dedim: Mənim oğlum olmaq istəyirsən?

Dedi :” «And içirəm ataya və onun övladına”.»

(Bələd, 3)

Dedim: Mən səni çox sevirəm.

Dedi: «Xoşladığınız bir şey sizin üçün zərərli ola bilər.» (Bəqərə, 216)

Dedim: Sizin fikrinizcə biz İrana sovqat aparaq?

Dedi: «Allah alış-verişi halal və sələmi haram edibdir.» (Bəqərə, 275)

Dedim: İmam Zaman (ə.f) barəsində bir ayə oxu.

Dedi: «Haqq gəldi və batil məhv oldu.» (İsra, 81)

Məskən salmaq və ev düzəltmək barəsində soruşdum ki, bu barədə nə ayəniz var?

Dedi: «Evlərinin qapılarını gümüşdən düzəldərdik.» (Zuxruf, 34)

Dedim: Bizə minnət qoyursan və sözlərimizə cavab verirsən.

Dedi: «Biz yenə də sənə çoxlu nemət vermişik.»

 (Ta-Ha, 37)

Dedim: Xudahafiz.

Dedi: «Sən və qardaşın mənim ayələrimi aparın və risalətdə səhlənkarlıq etməyin”.» (Ta-Ha, 42)

Dedim: Xudahafiz.

Dedi: «Allah ən yaxşı qoruyandır.» (Yusif, 64)


 Sonda yaxşı olar ki, bu nöqtəni əlavə edək. İngiltərənin Cauntry şəhərinin Hicaz Universitetində doktorluq adı vermək üçün onu imtahan etdikdən sonra Birmenghem şəhərində iranlılardan biri Ələmul-Huda (Təbatəbai) üçün kompyüter vasitəsi ilə Hafiz Şirazinin divanından istixarə etdi və hamını təəccübə gətirən bu beytlər gəldi. Şerin məzmunu belədir.

  Qənd sındıran olur fars tutiləri

  Bu fars qəndi ki, Banqladeşə gedir

  Bax seyr məkana, zamana, süluki-seyrdə

  Bu tifil yüz il yolu bir gecədə gör nə cür seyr edir.

İmtahanın nəticələrini öyrənmək üçün əlaqə saxlayandan sonra xəbər tutdular ki, O yüksək balla Quran elmlərinin beş müxtəlif sahəsində doktorluq dərəcəsi almağa müvəffəq olmuşdur.

Allah qəlblərimizi Quran nuru ilə işıqlandırsın. Amin!


 İMAN.GE

Категория: Məqalələr | Просмотров: 1375 | Добавил: imamrza_asiqi | Рейтинг: 2.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtarış
NAMAZI BELƏ QILAQ


İslama Xidmət © 2024
Конструктор сайтов - uCoz