Главная » 2010 » Avqust » 21 » Cümə namazı xütbələrindən: "Bu təxribat baş verərsə, bütün dünyanın, o cümlədən Azərbaycan müsəlmanlarının da bir nömrəli gündəm mövzusu ola
23:47
Cümə namazı xütbələrindən: "Bu təxribat baş verərsə, bütün dünyanın, o cümlədən Azərbaycan müsəlmanlarının da bir nömrəli gündəm mövzusu ola
cümə namazından reportaj - 20.08.10 20
avqust 2010-cu il tarixində İçərişəhər "Cümə” məscidinin imam-camaatı
Hacı İlqar İbrahimoğlunun imamlığı ilə möminlər və möminələr növbəti
cümə namazını qılmışlar. Cümə namazının azanı səsləndikdən dərhal
sonra, mömin və möminələr cümə xütbələrini dinləmişlər. Cümə
xütbələrinin ilkində cümə xətibi, o cümlədən, ilk olaraq özünə və sonra
cümə namazı iştirakçılarına ilahi təqvaya riayət etməyi tövsiyə etdi. İmam
cümə ilk olaraq vurğulamışdır ki, Mübarək Ramazan ayının məqsədi ilahi
təqvaya riayət etməkdir. Daha sonra bu ilahi təqva və xoş əxlaqın
müntəzirlərin məziyyəti kimi səciyyələndirən Hacı İlqar, mövzu ilə
bağlı İmam Sadiqdən (ə) belə bir nurani hədisi səsləndirmişdir: "Hər
kim istəyə Həzrət Qaimin (ə.f.) əshabından olsun, gərək intizar çəkə
(müntəzir ola) və intizarın özündə təqvaya və xoş əxlaqa uyğun rəftar
edə”. Nurani hədisin təhlili zamanı Hacı İlqar demişdir: "Biz Zəmanə
Sahibinin (ə.f.) gəlişini gözləyiriksə, bu, təqva ilə olan intizar
olmalıdır. Bu amil, özünü həyatımızın bütün sahələrində ilahi təqvaya
və xoş əxlaqa riayət etməklə özünü göstərməlidir. Allahdan bu
istiqamətdə xüsusi tofiqatını diləyirik”. Cümə namazının xətibi onu da qeyd etdi ki, yaşadığımız mübarək Ramazan ayının da fəlsəfəsi məhz bu məqamlarla bağlıdır. İkinci
xütbədə ilk öncə müsəlmanlar üçün Uca Rəbbdən bağışlanma və əfv diləyən
xətib, özünə və hər kəsə ilahi təqvaya riayət etməyi tövsiyə etmişdir. Pakistandakı
faciəli duruma diqqət çəkən cümə xətibi demişdir: "Bu günlərdə
gündəmimiz Pakistandakı ağır vəziyyətlə bağlıdır. Vəziyyətlə bağlı
məracelərimiz də münasibət bildirib. Burada 20 milyona qədər insan
köməksiz qalıb. Allahdan onlara yardım diləyirik! Ümmət bu məsələlərdə
biganə olmamalıdır. Hər kim nə ilə bacarırsa, əlindən gələni etməlidir”. Mübarək
Ramazan ayı günlərində bəzi iftar vermələrə münasibətini açıqlayarkən
xətib bildirmişdir: "Xəbərlər yayılır ki, ABŞ prezidenti B.Obama
iftarlar verir. Bu tədbirlərin səmimiliyinə böyük şübhələr var. Bu,
riyakarlıqdan başqa bir şey deyildir. Bir tərəfdən işğallar, digər
tərəfdən isə iftarlar – bu, bir araya sığa bilməz. "İftar süfrələri”
verməklə İraq müsəlmanlarına edilənlər bir araya sığmır. Bu gün çox
böyük nigaranlıqlar da var ki, həm ABŞ, həm də sionist rejimi yenə də
regionda təxribata əl atacaqlar. Mərcəiyyət də bildirib ki, əgər belə
bir hal baş verərsə, çox sərt cavab veriləcək. Bu təxribat baş verərsə,
bütün dünyanın, o cümlədən Azərbaycan müsəlmanlarının da bir nömrəli
gündəm mövzusu olacaqdır. Bu məsələdə İran və Türkiyənin də
həmahəngliyi vardır. Həmd olsun! İnşaallah, bu imtahandan da
müsəlmanlar layiqincə çıxacaqlar.”. "Mübarək Ramazan ayı ilə bağlı
ölkədə müvafiq ab-hava yoxdur. Məsələn, Moskva meriyası bu ayla bağlı
bir sıra müsbət addımlar atır. Qərbdə də çox belə nümunələr var.
Müsəlman dünyasına gəldikdə, təbii ki, bu məsələlərdə yarışa girib, kim
daha gözəl bu ayı keçirir. Təəssüflər olsun ki, bizdə rəsmi səviyyədə
bu istiqamətdə heç bir hərəkət hiss olunmur. Qarşıda isə çox az vaxt
qalır. Əhyalar və Qüds günü yaxınlaşır. Növbəti günlərdə Allahdan
xüsusi tofiqatlar diləyirik”, - deyə Hacı İlqar sonda vurğulamışdır. Xütbələr
yekunlaşdıqdan sonra Hacı İlqarın imamlığı ilə mömin və möminələr cümə
namazını qılmış, zikrlər, dualar etmiş, salavatlar zikr etmiş, sonda
"Fərəc” duasını oxumuşlar.