Artıq gecə yarısı… saat on iki tamam. Yavaş-yavaş azalır şəhərdə marşurutlar. Metrolarda qalmayıb bir ənni-cinni adam, Artıq vaxtı yetişib qapını bağlayırlar. Nizami metrosunda cavan polis işçisi, Ətrafa göz gəzdirir, qalan varmı yoxlaya. Baxır, boylanır… amma gözü görmür heç kəsi, Istəyir artıq gedib qapıları bağlaya. …Birdən bir səs eşitdi, tez dayandı yerində, Baxdı budur arxadan gələn bir dilənçidi. Dedi : - xala bu vaxtı, bu gecənin korunda, Burada neyləyirsən, artıq bu neçəncidi? …Yoxdu bir ənni-cinni, marşurutlar çəkilib, Bu saatda evinə nə ilə gedəcəksən..? …Paltarı cırıq-cındır, yamaqlı qadın gülüb, Dedi məni düşünmə, özün nə edəcəksən..? Üstümə də bağırma, danışma mənlə elə, Zəng etmişəm gələcək, gedəcəm taksi ilə… Süzərək gözlərini, geri çəkdi yaxasın, Çıxardı çantasından son model nokiasın. …Zəng edən zaman birdən dayandı bir mersedes, Sürücünün səsinə qabağa getdi polis.
Sürücü əli ilə dilənçini göstərdi, Qadın təntik-tələsik özün maşına verdi. …Mersedes sürət ilə davam etdi yoluna, Heç saymadan polisi, baxmadan sağ-soluna… Polis başın bulayıb: "doğruymuş bu şəhərdə, Pul bir nazirlərdədir, bir də dilənçilərdə”. Coşqun Cəfər islammektebi.org
|