Bismilləhir Rahmənir Rahim.
Günlərin
biri aləmlərə rəhmət olaraq göndərilən Hz.Muhamməd (s.a.a.) Möminlərin
əmiri Əlidən (ə) soruşur: "Ey Əli (ə) Allahı sevirsənmi?”. Əli (ə)
cavab verir : "Bəli, sevirəm, ey Allahın peyğəmbəri”. Peyğəmbər (s.a.s)
yenə sual verir: "Onun peğəmbərini necə, sevirsənmi?”. Əli (ə) cavab
verir : "Bəli, sevirəm, ey Allahın peyğəmbəri”. Peyğəmbər (s.a.a.) yenə
sual verir: "Zövcəni sevirsənmi?”. Əli (ə) cavab verir : "Bəli,
sevirəm, ey Allahın peyğəmbəri”. Peyğəmbər (s.a.s) yenə soruşur: "Bəs
övladlarını, necə, sevirsənmi?”. Əli (ə) cavab verir : "Bəli, sevirəm,
ey Allahın peyğəmbəri”.Peyğəmbər (s.a.s) deyir: "Elə isə de görüm, bir
qəlbdə dörd sevgini necə yerləşdirisən”.İmam Əli (ə) bir az fikirə
dalır , sonra buyurur: "Ey Allahın peyğəmbəri, bu barədə fikirləşməyə
mənə möhlət verə bilərsənmi?”. Peyğəmbər (s.a.a.) buyurur: əlbətdə
istədiyin qədər düşün-daşın”. Bu qısa söhbətdən sonra İmam Əli (ə) evə
qayıdır.Dünya və axirət qadınlarının fəxri Həzrət Zəhra (ə) onu pərişan
görüb soruşur: İmam Əli (ə) əhvalatı ona danışır.Həzrəti Zəhara (ə)
buyurur: "Sabah Atamla qarşılaşdıqda ona bu cür cavab ver. Allahı ağıl
və imanımla sevirəm, səni ruhumla, zövcəmi nəfsimlə, uşaqlarımı isə
şəfqətimlə sevirəm”. Əli (ə) bu cavabı Peyğəmbərə (s.a.a.) verdikdə
buyurur: "Ey Əli! Bu, cənnət gülüstanından göndərilən bir qönçədir”. |