Bazar, 22.12.2024, 08:21
Daxil oldunuz Гость | RSS

Www.Ehlibeyt.Clan.Su

Menyu
Qısa Məktublar
Bizim sual
Bismillahsiz Sure?
Всего ответов: 1720
Sayğac
İslami Saytların Reytinqi
Onlayn cəmisi 2
Qonaq 2
İstifadəçi 0

Главная » 2010 » May » 30 » Bagisla meni, ata...
23:29
Bagisla meni, ata...
Evliliyindən bəri evində qalan atasına görə arvadı ilə çox davaları olmuşdu. Həyat yoldaşı onun atasınının onlarla yaşamağını istəmir və onun evdə artıq olduğunu fikirləşirdi. Bu səbəbdən bu evdə davalar çox olardı.
Bir gün davaların birində arvadı "Ya mən bu evdən gedəcəm ya da atan burda qalmayacaq" deyə bağırdı. Nə edəcəyini bilmədi. Arvadını itirmək istəmirdi. Atasına görə yaranan davalar nəzərə alınmasa xoşbəxt bir ailəsi, onu sevən arvadı, uşaqları var idi. Arvadını çox sevirdi. Çarəsizlik içində nə edəcəyini fikirləşdi və özünə görə bir həll yolu tapdı. Atasını, illər öncə ov marağına görə düzəltdirdiyi dağ başındakı komaya aparacaqdı. Həftədə bir dəfə yanına gedəcək, ehtiyacı olanları alacaq, beləliklə də bütün problemlər həll olunacaqdı.

Atasına lazım olan əşyaları toplayıb onu maşına əyləşdirdi. Oğlu "ata,mən də babamla getmək istəyirəm" dedikdə atası onu da özüylə götürdü. Hava çox soyuq idi və qar dizdən idi. Uşaq atasından tez-tez hara getdiklərini soruşurdu amma heç bir cavab ala bilmirdi. Qoca isə hara aparıldığını başa düşmüşdü, o   gizli-gizli göz yaşları tökür, lakin bunu bəlli etmirdi.Uzun yoldan sonra dağ evinə çatdılar. Dağ evi uzun müddət baxımsız qaldığı üçün pis vəziyyətdə idi və çürüməyə başlayırdı. Evin bir küncünü təmizləyib atasına yer saldı. Sonra əşyaları içəri daşıdı. Nəhayət atasını yatağına uzatdı. Çarəsizlik içində atasına baxdı. Daxmanın içində belə fırtına əsdiyindən atası artıq üşüməyə başlamışdı. Sabah yenə gələr və bir neçə yorğan-döşək gətirərəm deyə fikirləşdi. Elə qəmgin idi ki, sanki dünya başına çökürdü. O bu duyğular içindəykən atası sakitcə dururdu. İllərcə uğrunda əziyyət çəkdiyi oğlu tərəfindən bir dağ evinə gətirilmişdi...Qürüru tapdanmışdı...İçi yanırdı...amma heç nə bildirmirdi...Uşaq isə olanlardan heç nə başa düşməyib təəccüblə baxırdı. Artıq getmək vaxtı idi. Atasının yanağına əyildi və yanaqlarını, əllərini dəfələrlə öpdü. Onu bağışlamasını deyirmiş kimi atasını qucaqladı. Artıq ikisi də ağlayırdı. Buna məcburam deyən baxışlarla atasına baxdı və uşağın əlindən tutub getdi.
Atası ilə maşına minən uşaq niyə babamı o soyuq yerdə qoydun deyib ağlamağa başladı. Atası deyəcək söz tapmırdı. "Anan belə olmasını istədi" də deyə bilmirdi. Uşaq, "Ata, sən yaşlananda məndəmi səni buraya gətirəcəm?" deyib soruşanda dünya başına yıxıldı. O sualın verildiyi anla maşının istiqamətini geri çevirməsi bir oldu. Dağ evinə qaçaraq "Ata, məni bağışla" deyib yalvarmağa başladı.Ata-oğul bir-birilərini qucaqladılar və uşaq kimi ağlamağa başladılar. "Ata, sənə bütün bunları yaşatdığıma görə məni bağışla" deyərkən qoca, "geri qayıdacağını bilirdim, oğlum. Mən atamı dağ başında atmadım ki sən də məni atasan. Məni bu dağda yalnız buraxmayacağını bilirdim..."dedi.
    islamadogru.biz
Категория: Məqalələr | Просмотров: 1079 | Добавил: imamrza_asiqi | Рейтинг: 0.0/0
Всего комментариев: 1
1 zehretul_kerbela  
0
"ne ekersen onu da bichersen" deyib atalar

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtarış
NAMAZI BELƏ QILAQ


İslama Xidmət © 2024
Конструктор сайтов - uCoz