Cümə, 29.03.2024, 18:32
Daxil oldunuz Гость | RSS

Www.Ehlibeyt.Clan.Su

Menyu
Qısa Məktublar
Bizim sual
Bismillahsiz Sure?
Всего ответов: 1719
Sayğac
İslami Saytların Reytinqi
Onlayn cəmisi 1
Qonaq 1
İstifadəçi 0

Главная » 2010 » Avqust » 14 » Ayətullah Sübhani Məsum İmamların (ə) hərəmlərinin öpülməsinin səbəbləri barədə
19:51
Ayətullah Sübhani Məsum İmamların (ə) hərəmlərinin öpülməsinin səbəbləri barədə
Deyerler.org: Ayətullah Sübhani Məsum İmamların (ə) hərəmlərinin öpürlməsinin, onlara ehtiram göstərilməsinin, insanların onlara qarşı məhəbbət və sevgisinin bu cür təzahür edilməsinin səbəbini izah etmişdir. (abna)

Ayətullah Sübhani buyurmuşdur: "İlahi sünnət budur ki, həmişə səbəbkar səbəb vasitəsi tərəfindən istənilsin. Buna misal olaraq, Yəqubun dastanında Yusifin köynəyini şahid gətirmək olar. Belə ki, Quran deyir: "Mənim bu köynəyimi aparın və onu atamın üzünə salın! O görməyə başlar, sonra bütün ailənizi yanıma gətirin!” ("Yusuf” surəsi, 93). Səbəblərin səbəbkarı Allahdır, xeyri xüsusi bir vasitədə qərarlaşdırmışdır və onun üzni ilə hasil olar.”

Ayətullah Sübhani başqa bir ayəyə işarə edərək, buyurur: "Və beləliklə (o yerin insanlarını) onların hallarından xəbərdar etdik, bilsinlər ki, Allahın vədəsi doğrudur və qiyamətin (gələcəyində) əsla şübhə yoxdur. O zaman öz aralarında onların işi barəsində münaqişə edirdilər. Nəhayət (bəziləri) dedilər: "Onlar üçün bir bina tikin, onların Rəbbi onların (halını) daha yaxşı bilir”. (Nəhayət) sözdə üstün gələnlər dedilər: "Onlar üçün (onların adına) bir məbəd saldıracağıq””. ("Kəhf” surəsi 21). Beləliklə, bu ayədən də görmək olar ki, Əshabi-Kəhf üçün məbəd salınıb, orada onlara ehtiram göstərilmişdir. Eyni zamanda bu ayədən böyük insanların qəbrinin yanında məscid tikilib, onlara ehtiram göstərilməsini aydın şəkildə görmək olar. Bu cür insanlara ehtiram göstərilməsi İslamdan əvvəl də mövcud olmuşdur. Belə ki, Quran bir mövzunu bəyan edəndə onu təsdiq etmək istəməyəndə mütləq onu nəqd edər. Ancaq bu ayə nəqd edilməmişdir. Quran bizim nəzərimizdə rəhbərdir və ondan bir nümunə kimi istifadə edilir”.

Başqa bir ayədə: "(O zamanı xatırlayın ki,) Kəbə evini insanların dönüş yeri və əmin-amanlıq məkanı etdik (və dedik): "Siz isə İbrahimin məqamından (durduğu yerdən) özünüzə namazgah tutun!” İbrahimə və İsmailə: "Mənim evimi (Kəbəni) təvaf edənlər, etikaf edənlər, ruku və səcdə edənlər üçün pak-pakizə edin!” - deyə əmr etdik”. ("Bəqərə” surəsi, 125). Bu ayə də ehtiram göstərilməsinin bir nümunəsidir”.

Ayətullah Sübhani Peyğəmbər (s) və onun səhabələri haqda gələn hekayələrdə onun su qabına və minbərinə göstərilən ehtirama işarə edərək, buyurur: "Bu mövzu Əhli-təsənnün və Əhli-Beyt (ə) məktəbində bəyan edilmişdir. Əgər bu cür ehtiram göstərilməsi şirk olsaydı, onun səhabələri su qabına və Əziz Peyğəmbərin (s) minbərinə ehtiram göstərməzdilər. Bu məsələ həm keçmişdəkilər və həm də Peyğəmbərin (s) səhabələri arasında olmuşdur”.

Ayətullah Sübhani ehtiram göstərilməsini ancaq Peyğəmbərin (s) mübarək cisminə toxunmaqda görənlərə işarə edərək, demişdir: "Bu Əşairə məktəbinə uyğun bir əqidədir, ən pisi isə odur ki, Allahdan başqa bir təsirə inanmırlar. Şeyxeyn Aişədən icazə alır ki, Peyğəmbərin (s) qəbrinin yanında dəfn edilsin. Görəsən bir-birinin yanında olan iki qəbirdə bədənləri bir-birinə dəyəcəkdirmi və toxunaqcaqdırmı ki, bu yolla ona ehtiramını göstərmiş olsun?!”.

Sonda Ayətullah Sübhani "Tövbə” surəsinin 24-cü ayəsinə işarə edərək, buyurmuşdur: "Ehtiram göstərməkdən başqa əlaqə və məhəbbətin başqa bir dəlili də hərəmlərin öpülməsidir”.

/Deyerler.org/
Категория: Məqalələr | Просмотров: 1120 | Добавил: imamrza_asiqi | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtarış
NAMAZI BELƏ QILAQ


İslama Xidmət © 2024
Конструктор сайтов - uCoz