Главная » 2010»May»8 » Ayətullah Nasir Məkarim Şirazi HƏYATI
23:03
Ayətullah Nasir Məkarim Şirazi HƏYATI
Ayətullah Məkarim Şirazinin həyatına baxış
Cənab
Ayətullah Məkarim Şirazi 1927-ci ildə Şiraz şəhərində dindar bir ailədə
dünyaya göz açmışdır. Bu ailə öz əxlaqi üstünlükləri ilə tanınmışdır.
Cənab ustad ibtidai təhsilini Şirazda başa çatdırmışdır. Onun güclü
yaddaşı və misilsiz istedadı şagirdlər arasında seçilməsinə səbəb
olmuşdur.
Elmə maraq Cənab ustadın ailə üzvləri arasında
ruhani olmasa da, İslam maarifinə eşqi onu bu iftixarlı sahəyə sövq
etmişdir. Ustad təqribən 14 yaşında Şirazın Ağababaxan mədrəsəsində
dini təhsilə başlamışdır. Qısa bir müddətdə sərf, nəhv, məntiq, məani,
bəyan və bədii sahəsində zəruri biliklərə yiyələnmişdir. Daha sonra
fiqh və üsulla məşğul olmuş, fövqəladə istedadı sayəsində 4 il
müddətində müqəddimə, orta və ali səth dərslərini başa çatdırmışdır.
Həmin illərdə Şiraz elmi hövzəsinin tələbələri də onun biliyindən
faydalanmışlar. Ustad özü təhsil almaqla yanaşı bəzən bir gündə 8
sinifdə tədrislə məşğul olmuşdur. Cənab ustad 18 yaşında ikən Qum
elmi hövzəsinə daxil olmuşdur. Həmin vaxt dövrün böyük ustadları
Ayətullah-üzma Bürucerdi, başqa ayətullahların dərsindən 5 ilə yaxın
bəhrələnmişdir.
Gənclik dövründə hicrət Cənab ustad böyük
müəllimlərin düşüncələri ilə tanışlıq üçün hicri-qəməri 1369-cu ildə
Nəcəf elmi hövzəsinə hicrət etmişdir. Orada Ayətullah Həkim, Xoyi,
Seyid Əbdül Hadi Şirazi və başqa böyük ustadların dərslərində iştirak
etmişdir.
Hövzənin qədim ənənəsi Cənab ustad 24 yaşında ikən Nəcəfin iki böyük aliminin hüzurunda ictihad dərəcəsinə çatmışdır.
Quma qayıdış Böyük ustad hicri-şəmsi 1330-cu ilin şəban ayında İrana qayıtmış, müqəddəs Qum şəhərində məskunlaşmışdır.
Yeni hövzə, yeni dərs Cənab
Ayətullah-üzma Məkarim Şirazi İrana qayıtdıqdan sonra üsul və fiqh
dərsləri, ali səth dərsləri ilə məşğul olmuşdur. Hövzə 55 ilə yaxındır
ki, ustadın xaric dərslərindən bəhrələnir. O bir çox mühüm fiqh
kitablarını tədris etmiş, onlarda düzəlişlər aparmışdır. Hazırda cənab
ustadın xaric dərsi ən çox dinləyicisi olan dərslərdəndir. Bu dərslərdə
2 minə yaxın tələbə və alim iştirak edir. Cənab ustad gənclik dövründən
başlayaraq müxtəlif sahələrlə bağlı, o cümlədən əqidə, İslam maarifi,
vilayət, təfsir, fiqh və üsul mövzusunda kitablar yazmışdır. Cənab
Ayətullah-üzma Məkarim Şirazi İslam dünyasının böyük qələm
sahiblərindən sayılır.
Siyasi həyat Cənab ustad İslam
inqilabında fəal iştirak etmişdir. Bu fəaliyyətlərinə görə dəfələrlə
həbsə alınmış, Çabhar, Mehabad, Hənarək şəhərlərinə sürgün edilmişdir.
Ustad ilk xibrə məclisinin əsas qanununun hazırlanmasında fəal iştirak
etmişdir.
Cənab ustadın dəyərli xidmətləri Zalım rejim hiss
edirdi ki, Qum elmi hövzəsi ümumi bir nəşriyyəyə ehtiyaclıdır və bu
nəşriyyə çoxsaylı fitnəkar nəşriyyələrin şübhələrini cavablandıra bilər. Cənab
ustad bir sıra alimlərlə həmkarlıq edib "İslam məktəbi” adlı aylıq
nəşriyyəni çap etməyə başladı. Bu nəşriyyənin yayılmasına Qum elmi
hövzəsinin böyük ustadları yardım göstərirdi. "İslam məktəbi”
nəşriyyəsi şiə dünyasında görünməmiş bir xidmət idi. Yayım baxımından
bu nəşriyyə elmi və dini jurnallar arasında bütün İslam dünyasında
birinci yerdə dayanırdı.
Cənab ustadın əsərləri Cənab
Ayətullah-üzma Məkarim Şirazinin 132 cild kitabı nəşr olunmuşdur. Bu
kitablardan bəziləri 30 dəfədən artıq təkrar çap edilmişdir.
Kitablardan bir hissəsi dünyanın on dilinə tərcümə edilib, müxtəlif
ölkələrdə yayılmışdır. Həmin əsərlərlə tanış olaq: 1. "Qurani-məcidin aydın və rəvan tərcüməsi”; 2-28. "Təfsiri-nümunə”; 29-38. "Quran bəyanının mövzu təfsiri”; 39, 40. "Təfsirul-mizan”ın tərcüməsi; 41-43. "Quranda əxlaq”; 44. "Filosofnümanlar”; 45. "İslamda müdiriyyət və komandanlıq”; 46. "Dünyanın ən üstün xanımı Zəhra (s. ə.)”; 47. "Əxlaq işığında həyat”; 48. "Haqq cilvəsi”; 49. "Ruhlarla rabitə”; 50. "Dini suallar və cavablar”; 51. "İslam iqtisadiyyatının əsas yönümləri”; 52. "Dindarlıq amilləri”; 53. "Allahı necə tanıyaq?”; 54. "Varlığı yaradan”; 55. "Böyük rəhbərlər və məsuliyyətlər”; 56. "Quran və son Peyğəmbər (s)”; 57. "Məad və ölümdən sonrakı həyat”; 58. "Müsəlmanın əqidəsi”; 59. "Böyük Mehdi (ə. c.) inqilabı”; 60. "Unudulmuş dəyərlər”; 61. "Marksizmin süqutu”; 62. "Təkamülün son fürsətləri”; 63. "Bizim ainlərimiz”; 64. "Gənclər üçün 50 əqidə dərsi”; 65. "Təhlükəli əyləncələr”; 66. "Namaz ali tərbiyə məktəbidir”; 67. "Merac, şəqqül-qəmər...”; 68. "Varlığın müəmması”; 69. "Şəhadət fəlsəfəsi”; 70. "Şərqin gerilik səbəbləri”; 71. "İslamın çöhrəsinə xülasə baxış”; 72. "Allah axtarışında”; 73. "Gənclərin cinsi problemləri”; 74. "İslamdan nəyi bilməyik?”; 75. "Materializm və kommunizm haqqında”; 76. "Quran və hədis”; 77. "Təqlid, yoxsa təhqiq”; 78. "Xüms istiqlalın sütunudur”; 79. "İntizar məsələsi”; 80. "Rəy əsasında təfsir”; 81. "Ciddi mübarizə üçün təqiyyə”; 82. "Bu məsələ bütün gənclərə aiddir”; 83. "İslam və qulların azadlığı”; 84. "Həyatdan 150 dərs”; 85. "Nümunəvi ailədə qayğı”; 86. "İslam hökuməti proqramı”; 87. "Müqəddimə vəhy risaləsi”; 88. "İltiqat və iltiqatiha”; 89. "İmam Rizanın (ə) tarixi”; 90, 91. "Nəhcül-bəlağədə İslam əxlaqı”; 92. "Şəriət məsələləri risaləsi”; 93. "Gənclərin hökmləri risaləsi”; 94. "Qadınların hökmləri risaləsi”; 95. "Həcc mərasimi”; 96, 97. "Yeni istiftaat”; 98-100. "Hidayət nuru”; 101. "Ürvətul vüsqaya şərh”; 102, 103. "Fiqh qaydaları”; 104-108 "Ənvarul-füqahə”; 109-111. "Ənvarul-üsul”; 112-114. "İmamın tapşırığı” (Nəhcül-bəlağənin şərhi); 115. "Sələm və İslamda bank”; 116. "Sələmdən uzaqlıq yolları”; 117. "Quranın gözəl məsəlləri”; 118. "Əbədi öyüdlər”; 119. "Əxlaq sayəsində sağlam cəmiyyət”; 120. "Mühüm fiqh məsələləri”; 121. "Hökmul-əzhiyə”; 122. "Fərdi ümrə”; 123. "Xanımların Həcci”; 124. "Həccin ümumi ayinləri”; 125. "Həzrət Mehdinin (ə. c.) ümumdünya hökuməti”; 126. "Gənclərin sorağınca”; 127. "Həzrət Əlinin (ə) buyuruqlarından 110 öyüd”; 128. "Ayın görünməsi ilə bağlı bir neçə mühüm nöqtə”; 129. "Şəri hiylələr və düzgün çıxış yolu”; 130. "Vilayət ayələri”; 131. "Yeni Məfateh”; 132. "Cəzalandırma”.