Çərşənbə, 24.04.2024, 07:41
Daxil oldunuz Гость | RSS

Www.Ehlibeyt.Clan.Su

Menyu
Qısa Məktublar
Bizim sual
Bismillahsiz Sure?
Всего ответов: 1719
Sayğac
İslami Saytların Reytinqi
Onlayn cəmisi 1
Qonaq 1
İstifadəçi 0

Главная » 2010 » Avqust » 4 » Ayətullah Məkarim Şirazi: “Məhdi (ə) zühurunun intizarında olmaq özünü qurmağa doğru hərəkətdir”
00:02
Ayətullah Məkarim Şirazi: “Məhdi (ə) zühurunun intizarında olmaq özünü qurmağa doğru hərəkətdir”

Deyerler.org: Ayətullah Məkarim-Şirazi İmam Zaman (ə) ağanın vəladətini təbrik edərək, bəyanat vermişdir: "Məhdi (ə) zühurunun ümidi və intizarında olmaq məyusluq pasından təmizlənməyə və özünü qurmağa doğru hərəkətə səbəb olar”. (abna)

"Dünya bəşərinin böyük xilaskarının doğum günü və Həzrət Məhdinin (ə) haqq və ədalət bayrağının dalğalandığı an bu məktəbin bütün aşiqləri üçün müjdədir.

O dünyada ki, şər və bəla qapı və divarlardan yağır və hamı zülm və əziyyətdən yorulmuşdur - öncül axtarırlar, əmin-amanlığın, sülhün, ədalətin intizarında və ümidindədirlər. Hamı o xilaskarın intizarındadırlar. Onu yada salmaq qəlbləri sakitləşdirər və məyusluq pasını təmizləyər. Özünü qurmağa doğru hərəkətə və zühuru üçün zəminə hazırlamağa səbəb olar. Bərəkətli olan bu vəladət əyyamı mübarək Ramazan ayına daha yaxşı hazırlaşmaq üçün bir vasitədir. Çünki mübarək Ramazan ayı - insanın ruh və cisminin saflaşdığı və Allaha yaxınlaşdığı aydır. Allah ziyafəti olan bu gözəl ayın yaxınlaşması nəticəsində bütün insanlar qəlbin və canın tövbə suyuna bürünür və təqva libası geyinərlər. Özlərini ən gözəl əxlaqla bəzəyərlər. O, İlahi və mənəvi ziyafətdə iştirak etməyə hazırlaşarlar. Rəhim və Rəhman Allahın bu ümumi dəvəti Əziz Peyğəmbərimiz (s) tərəfindən imzalanmışdır. Necə də gözəldir nurlu səhər vaxtları və səfalı axşam çağları. Necə də nuranidir intizarla sərilmiş süfrələr ki, ətrafında səfa və nur ilə ailə üzvləri, xüsusilə də cavanlar toplaşar və Allahı zikr etməklə məşğul olarlar!

Ümid edirik ki, bu böyük ayda dünya müsəlmanları arasında bağlar halqası yaranacaqdır. Dünyanın harasında olurlarsa-olsunlar üzlərini Allaha tərəf çevirəcəklər. İttihad bağlarını möhkəmləndirəcək və müsəlman cəmiyyətindəki yetim və yoxsulları fikirləşəcəklər. Onların yaralarına məlhəm olacaqlar. Bütün dünyanı bürüyən fəsaddan özlərini qoruyacaqlar. Öz islami dəyərlərinə qayıdacaqlar. İslamın ən mühüm təlimatı olan məhəbbət və dostluq mədəniyyətini dirçəldəcəklər. Səmimi qəlbdən sizlərin hamınızı dua edirəm”.
/Deyerler.org/


Bütün hüquqlar qorunur.
Veb-saytın materiallarından istifadə zamanı "Deyerler" AIN-ə istinad (www.deyerler.org) zəruridir
Категория: Xəbərlər | Просмотров: 1218 | Добавил: imamrza_asiqi | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtarış
NAMAZI BELƏ QILAQ


İslama Xidmət © 2024
Конструктор сайтов - uCoz