Cümə axşamı, 28.03.2024, 19:23
Daxil oldunuz Гость | RSS

Www.Ehlibeyt.Clan.Su

Menyu
Qısa Məktublar
Bizim sual
Bismillahsiz Sure?
Всего ответов: 1719
Sayğac
İslami Saytların Reytinqi
Onlayn cəmisi 1
Qonaq 1
İstifadəçi 0

Главная » 2010 » May » 12 » AR-da məscidlərin sökülməsi davam edərsə, müqavimət hökmü verəcəyik (yenilənib)
22:32
AR-da məscidlərin sökülməsi davam edərsə, müqavimət hökmü verəcəyik (yenilənib)
Ayətullah Məkarem-Şirazi əlavə edib: Biz öz müraciətimizi rəsmi formada Azərbaycan Respublikası hökumətinə elan etdik və ümid edirik ki, bu işdən əl çəksinlər.
Məkarem-Şirazi Azərbaycan Respublikasından olan bir qrup insanın bu haqda şəri hökmün verilməsini istədiyinə işarə edərək deyib: Biz elə buradan aydın formada elan edirik ki, Azərbaycanda məscidlərin dağıdılması davam edərsə, müqavimət hökmü çıxaracaq və bu yolda həlak olan hər biş şəxsin şəhid olduğunu elan edəcəyik.
Bu tanınmış din alimi əlavə edib: Biz hələ ki, heç bir hökm verməmişik. Lakin heç bir dəyişiklik müşahidə etməsək, bunu edəcəyik.
Məkarem-Şirazi Azərbaycan xalqını qeyrətli və etiqadlı xalq adlandırıb və deyib: Biz ölkələrin diplomatik əlaqələrinə əhəmiyyət vermirik.
O, din alimləri və hökumətlərin hər birinin ayrı-ayrı məsuliyyətlərə malik olduqlarını deyərək əlavə edib: Azərbaycan hökuməti bilməlidir ki, şiələr təqlid mərcələrinin sözlərini dinləyirlər və onların verəcəkləri hökmlərə əməl edəcəklər.
Tanınmış təqlid mərcələrindən olan Ayətullah Nasir Məkarem-Şirazi sözlərini belə davam etdirib: 8 illik müqəddəs müdafiə illərində müharibəyə və cəbhəyə gedən çoxlu sayda insan bir təqlid mərcəyi olaraq, İmamın fərmanı ilə döyüş səhnəsinə daxil olmuşdu.
Məkarem-Şirazi Azərbaycan Respublikası hökumətinə xitabən deyib: Yaxşı olar ki, vəhhabilər və yəhudilərin əlində bir vasitəyə çevrilməyib, ölkənizi gərginliyə sürükləməyəsiniz.
O, sözlərinin davamında deyib: Biz diplomatik yolla öz müraciətimizi hökumətin diqqətinə çatdırmışıq. Lakin bu gün açıq-aydın formada elan edirəm ki, yaxşı gələcəyə malik deyilsiniz.
Məkarem-Şirazi məscidlərin dağıdılmasını vəhhabilər və sionistlərin fitnəsi adlandırıb və deyib: Əhalisinin 90%-dən çoxu şiə olan bir ölkədə hökumət vəhhabilər və sionistlərin təhriki ilə məscidləri dağıdır.
Qum şəhəri Dini Elmlər Hövzəsi alimləri və müəllimlərindən olan Ayətullah Nasir Məkarem-Şirazi çıxışının sonunda "Vəsail-əl-Şiə" kitabının 146-cı babından bir hədis oxuyaraq deyib: Peyğəmbər(s.ə.s.) Meracda Allahdan soruşur ki, möminin sənin yanındakı məqamı nədir? Allah-Tala cavab verir: Hər kəs bizim dostlarımızı təhqir etsə, mənə müharibə elan etmiş olar və mən ən aşkar formada dostlarımın dadına çatacağam.A-22
Категория: Xəbərlər | Просмотров: 925 | Добавил: imamrza_asiqi | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtarış
NAMAZI BELƏ QILAQ


İslama Xidmət © 2024
Конструктор сайтов - uCoz