Bazar, 22.12.2024, 08:07
Daxil oldunuz Гость | RSS

Www.Ehlibeyt.Clan.Su

Menyu
Qısa Məktublar
Bizim sual
Bismillahsiz Sure?
Всего ответов: 1720
Sayğac
İslami Saytların Reytinqi
Onlayn cəmisi 4
Qonaq 4
İstifadəçi 0

Главная » 2010 » Yanvar » 22 » "Allah(c.c)
23:21
"Allah(c.c)
Bizim Rəbbimiz, bizi əhatə edən canlı və cansız aləmləri; Ayı, Ulduzu, Günəşi, Suyu, Torpağı və insanı yoxdan var edən uca Allahdır. Bütün varlıq Onun bircə "Ol!” əmrndən yaranmışdır. Gücü, qüdrəti və idrakı sonsuzdur. Müsəlmanlar tək olan, şəriki və bənzəri olmayan ulu Tanrıya sanki Onu öz gözləri ilə görürlərmiş kimi inanır, iman gətirirlər. Ətrafımızda nə varsa, hamısı Onun mövcudluğundan nişan verir. Yer üzünə, göy üzünə və elə öz varlığımıza diqqətlə nəzər salsaq Xaliqin qüdrətinin böyüklüyünü anlayarıq. Tanrını biz sevirik. Onun qəzəbindən çəkinir, göstərişlərinə əməl edirik. O, bizə canımızdan da əzizdir.

Yerə, göydə saysız varlıqları yaradan, var edən və yenə yox edən, əvvəli və axırı olmayan, daim var olan, bir olub, yoldaşı tapılmayan, yaradanlardan heç birinə oxşamayan, var olmasında heç bir şeyə möhtac olmayan Allahımıza inanırıq. Yenə inanacayıq ki, Allah diridir, görür, bilir, hiss edir, eşidir. Xülasə, özünə gizli-bağlı bir şey yoxdur, hər şey ona bəllidir. Allah istər və istədiyi kimi edər. Onun işinə heç kim qarışa bilməz. Onun əmrinə heç kim çıxa bilməz!

O, nə doğdu, nə doğulmadı. Kömək edəni, yoldaşı, bərabəri, oxşarı yoxdur. Sonsuz, bitməz qüdrətə sahibdir. Eləmədiyi və yerinə yetirməyəcəyi bir şey yoxdur. Deyir, danışır, hər şeyi O, yoxdan var etmiş. İbrətgözü ilə xilqətə baxsaq, Allahın vücuduna xas olan və həmçinin Allaha yaraşmayan bir sıra sifətlər tapa bilərik...

Allaha məxsus olan və onun kəmalını nümayiş etdirən sifətlərə "sifati-sübutiyyə”; Allaha yaraşmayan və onda olmayan sifətlərə "sifati-səlbiyyə” deyilir.

Allah-təalada olan sifətlər:

Qadir (yəni qüdrət sahibidir)
Alim (yəni elmlidir)
Həyy (yəni diridir)
Mürid (yəni iradə edəndir və məsləhətçidir)
Müdrik (yəni dərk edən və biləndir)
Qədim (yəni qədimdir, əzəlidir və əbədidir)
Mütəkəllim (yəni danışandır və hər şeyi hər kəslə danışdırandır)
Sadiq (yəni həqq və doğru deyəndir. Öz vədinə və əhdinə əməl edəndir)

Allah-təalada olmayan sifətlər:

Mürəkkəb deyil (yəni O, bir neçə şeyin qarışığından ibarət olan vücud deyil)
Cism deyil
Məri deyil (yənigörünən şey deyil)
Məhəl deyil (ölməz, qocalmaz, ac, susuzolmaz)
Şəriksizdir (yəni onun işlərində şəriki və köməkçisi yoxdur)
Məani deyil (yəni onda olan sifətlər onun zatından ayrı şeylər deyil)
Ğənidir (yəni heç şeyə ehtiyacı yoxdur)

Açın bu qəlbimi, söküm cismimi,
Hər cisimimdə Allah məhəbbəti var.
Hansı qəlbdə Allah sevgisi gəzər,

Категория: Qurani Kərim | Просмотров: 1483 | Добавил: musilmanka | Рейтинг: 5.0/1
Всего комментариев: 3
3 ya_ZEHRA  
0
ЧОХ САГ ОЛУН .АЛЛАХ КЁМАЙИНИЗ ОЛСУН.

2 Ya_Huseyn  
0
Allah razi olsun. Cox sagolun.

1 imamrza_asiqi  
0
ALLAH RAZİ OSUN

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtarış
NAMAZI BELƏ QILAQ


İslama Xidmət © 2024
Конструктор сайтов - uCoz