Главная » 2010»May»27 » ALİMLƏRİN KƏRAMƏTLƏRİ HAQQINDA MARAQLI ƏHVALATLAR
23:51
ALİMLƏRİN KƏRAMƏTLƏRİ HAQQINDA MARAQLI ƏHVALATLAR
«İmam Zamanın (ə) hüzurunda "Camiə” ziyarətnaməsi» Böyük islam alimi və mə`rifət əhli olan mərhum birinci Əllamə Məclisi belə buyurur: Nəcəf-Əşrəfdə Həzrət Əlinin (ə) hərəminin kənarında sakin olduğum vaxt öz nəfsimlə cihad edir və mübarizə aparırdım. Nəhayət Allah-taala Həzrət Əlinin (ə) bərəkətilə mükaşifə qapılarını üzümə açdı. Bə`zi dar düşüncəlilərin bu həqiqəti düzgün dərk edə bilməyəcəkləri üçün, onu nəql etməkdən pəhriz edirəm. Amma bir gecə mükaşifələrimin birində Samirra şəhərində İmam Hadi (ə) ilə İmam Həsən Əsgərinin (ə) hərəmini son dərəcə əzəmət və gözəllik içində gördüm. O iki imamın qəbrinin üstünə behiştin yaşıl rəngli parçalarından örtülmüşdü ki, mən heç vaxt onun mislini görməmişdim. Həzrət Sahibəzzaman (ə) arxası qəbrə və üzü qapıya tərəf əyləşmişdi. O həzrəti gördüyüm zaman uzaqda durub "Camiə” ziyarətnaməsini məddahlar kimi, uca səslə axıradək oxudum. İmam ziyarət bitəndən sonra dedi: Yaxşı ziyarətnamədir. Mən, İmam Hadinin (ə) qəbrinə işarə edərək dedim: Ağa, cəddinizi ziyarət etməyə izin verirsinizmi? İmam buyurdu: Bəli, gəl içəri. Hərəmə daxil olub qapının kənarında durdum. Buyurdu: Yaxın gəl. Dedim: Ağa, qorxuram sizin hüzurunuzda ədəb qaydalarına düzgün riayət edə bilməyib küfrə batam. İmam buyurdu: Əgər bizim icazəmizlə olsa, eybi yoxdur. Mən bir az qabağa getdim, amma qorxudan bədənim əsirdi. Yenə buyurdu: Yaxın gəl, yaxın gəl. Mən asta-asta gedib İmama yaxınlaşdım. Dedi: Otur. Dedim: Ağa, qorxuram. Dedi: Qorxma, hər halda mən də zəlil bir bəndə kimi cəlil Allahın qarşısında oturmuşam. İmam buyurdu: Piyada və ayaqyalın yol gəlmisən, yorğunsan. Rahat əyləş və istirahət et. İmam (ə) mənim üçün saysız-hesabsız dəqiq, elmi mətləblər açıqladı ki, onların çoxu yadımdan çıxıb. Mükaşifə halından adi hala qayıdandan sonra mövlam İmam Zamanın (ə) dediyi kimi piyada və ayaqyalın İmam Hadi (ə) və İmam Həsən Əsgərinin (ə) ziyarətinə gedib o hərəmdə yenidən "Cameə” ziyarətnaməsini oxumağı qərara aldım. Hərəmdə olduğum vaxt daha heyrətli kəramət və mö`cüzələri müşahidə etdim ki, əgər onlar haqqında danışsam çox uzun çəkər. Bütün olub-keçənlərdən sonra bu ziyarətnamənin (duanın) İmam Hadiyə (ə) mənsub olduğunu yəqin etdim. Həmçinin İmam Zamanın (ə) bu ziyarətnamə (dua) haqqında söylədiyi bəyanından sonra başa düşdüm ki, o mühüm və kamil ziyarətnamələrdən biridir