Abort
, canlı ve məsum bir varlığın həyatına son qoymaq deməkdir. Bu əməl
insanın özünün yarada bilməyəcəyi bir varlıgın canını almaqdır.
Baxmayaraq ki, bəzi həkimler bu işe qol qoyurlar, amma ginekoloqlar
bunun gələcəkdə nələrə bais olacağı haqqda qadinlara məlumat verir, bu
əməlin pisliyi ve gələcəkdə yaradacağı problemlərdən dəfələrlə söhbət
açıblar. Ginekoloq nəzəriyyəsinə görə abortdan sonra törəyən ən
ciddi ve faciəli ağırlaşma sonsuzluqdur. Ginekoloqlar həmişə sağlam
qadinda ilk hamiləliyin süni kəsilməsinə qarşı etiraz ediblər. Abortdan
sonra baş verən ikinci ağırlaşma, ikinci hamiləlik zamanı uşağın
düşməsidir. Bu hamiləliyin həm erkən, həm də sonrakı dövrlərində baş
verir. Bəzi qadınlarda isə hamiləlik ağır ve qan ifrazı ilə olur. Buna
görə də qadınlar uzun müddət xəstəxanada qalmalı olurlar. Abort sağlam
qadının doğumunun uzun çəkməsinə ve qadının qan itirməsinə səbəb olur.
Deməli, abort qadının sonrakı hamiləliyindən və körpəsinin sağlamlığı
üçün izsiz keçmir. Əgər hər hansı bir səbəbdən hamiləlik arzusunda
deyilsinizsə onda qabaqcadan hamiləliyin qarşısını almaq barədə
düşünün, iş-işdən keçəndən sonra özünüzü övlad qatili etməyin, çünki o
məsum körpələr axirətdə öz haqqlarını istəyəcək, sizdən üz döndərəcək! Abort etmek günahdır. Bu işə razı olan valideynlər günahkarlardır. Qarıışqanı belə yaratmaqda aciz olan bir insan, gorəsən nə haqqla məsum bir cana qıyır?