Bazar, 22.12.2024, 08:15
Daxil oldunuz Гость | RSS

Www.Ehlibeyt.Clan.Su

Menyu
Qısa Məktublar
Bizim sual
Bismillahsiz Sure?
Всего ответов: 1720
Sayğac
İslami Saytların Reytinqi
Onlayn cəmisi 1
Qonaq 1
İstifadəçi 0

Главная » 2010 » İyul » 21 » 3 Sual
21:24
3 Sual


Birinci sual
Mübarək Ramazan ayı bayramdırmı? Əgər bayramdırsa, biz bu bayramda nə etməliyik? Əgər bayram deyilsə, onda bizim mübarək Ramazan ayına münasibətimiz necə olmalıdır? Yə’ni Ramazan ayında bizim vəzifəmiz nə olmalıdır?
Bu sualın cavabını Qur’an ayələrindən öyrənməyimiz daha gözəl olar. Yə’ni görək Qur’an Ramazan ayının bayram olub olmaması barədə nə buyurur?
Allah-təala Qur’anda Bəqərə surəsinin 183, 184, 185-ci ayələrində orucluq, oruc tutmağın qaydaları və mübarək Ramazan ayı barəsində geniş söhbətlər açmışdır.
Biz indi bu ayələri bir-bir oxuyub onlardan Ramazan ayının bayram olub olmaması barədə nəticə alacaq və bu mübarək ayda bizim münasibətimizin necə olmasını biləcəyik. Allah-təala Bəqərə surəsinin 183-cü ayəsində belə buyurur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ كُتِبَ عَلَيْكُمُ الصِّيَامُ كَمَا كُتِبَ عَلَى الَّذِينَمِن قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ
"Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi. Bəlkə (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!”
Bu ayədə orucun vasitəsilə insanın təqvalı olmasına işarə edilir. Bu ayə insanlara Ramazan ayında təqvalı olmağı (günahlardan çəkinməyi və Allahın əmrlərini yerinə yetirməyi) tövsiyə edir. Bəqərə surəsinin 184-cü ayəsində buyurur:

أَيَّامًا مَّعْدُودَاتٍ فَمَن كَانَ مِنكُم مَّرِيضًا أَوْ عَلَى سَفَرٍ فَعِدَّةٌ مِّنْ أَيَّامٍ أُخَرَ وَعَلَى الَّذِينَ يُطِيقُونَهُ فِدْيَةٌ طَعَامُ مِسْكِينٍ فَمَن تَطَوَّعَ خَيْرًا فَهُوَ خَيْرٌ لَّهُ وَأَن تَصُومُواْ خَيْرٌ لَّكُمْ إِن كُنتُمْ تَعْلَمُونَ
"(Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər gün əvəzində) bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə, bu onun üçün daha yaxşı olar. Bilsəniz, oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!”2
Bu ayədə Allah-təala insanlara oruc tutmağın qaydasını öyrətdikdən sonra, onlara xeyir işlər görməyi tövsiyə edir. Çünki bu ayda xeyir işlər görmək insan üçün daha xeyirli və faydalıdır. Bu ayda insan iki növ xeyirli işlər görə bilər. Biri şəxsi, biri də ictimai xeyir işdən ibarətdir.
Insanın bu ayda gördüyü şəxsi xeyir işlər namaz qılmaq, oruc tutmaq, Qur’an oxumaq, Allahı zikr etmək və sair əməllərdən ibarətdir.
Insanın bu ayda gördüyü ictimai xeyir işlər camaata qulluq etmək, yetimlərə əl tutmaq, yoxsullara imkan daxilində baş çəkmək, bir şəxsin çətinliyini aradan qaldırmaq və bu kimi işləri görməkdən ibarətdir.
Yuxarıdakı ayədə Allah-təala insanlara xeyir işlər görməyi tövsiyə edərək bildirir ki, bu ayda gördüyünüz xeyir işlərin hamısı sizin öz xeyrinizədir. Allahın insanların oruc, namazlarına ehtiyacı yoxdur. Kim namaz qılıb, oruc tutarsa, özünə xeyir etmiş olar, namaz qılmayan və bu ayda oruc tutmayan şəxslər özlərinə ziyan vermiş olarlar. Bir sözlə desək, insanın oruc tutub tutmamasının Allaha heç bir xeyir-ziyanı yoxdur. Bu əməllərin insanın özünə böyük xeyirləri vardır. Buna görə də Allah-təala buyurur: "Bilsəniz, oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!”
Bu ayələrdə Ramazan ayında xeyir işlər görmək insana tövsiyə edilir və burada da bayram barədə bir söz deyilmir.
Allah-təala mübarək Ramazan ayı barədə Bəqərə surəsində daha sonra belə buyurur:

شَهْرُ رَمَضَانَ الَّذِيَ أُنزِلَ فِيهِ الْقُرْآنُ هُدًى لِّلنَّاسِ وَبَيِّنَاتٍ مِّنَ الْهُدَى وَالْفُرْقَانِ فَمَن شَهِدَ مِنكُمُ الشَّهْرَ فَلْيَصُمْهُ وَمَن كَانَ مَرِيضًا أَوْ عَلَى سَفَرٍ فَعِدَّةٌ مِّنْ أَيَّامٍ أُخَرَ يُرِيدُ اللّهُ بِكُمُ الْيُسْرَ وَلاَ يُرِيدُ بِكُمُ الْعُسْرَ وَلِتُكْمِلُواْ الْعِدَّةَ وَلِتُكَبِّرُواْ اللّهَ عَلَى مَا هَدَاكُمْ وَلَعَلَّكُمْ تَشْكُرُونَ
"Insanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Qur’an) Ramazan ayında nazil edilmişdir.(Ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar, xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə oruc tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona (Allahu Əkbər deməklə) tə’zim və bəlkə də, şükr edəsiniz.”1
Bu ayədə də Ramazan ayının bayram olmasından bir söhbət açılmır. Allah-təala bu ayədə Ramazan ayında Ona ibadət etməyi və verdiyi ne’mətlər qarşısında təşəkkür etməyi tövsiyə edir.
Yuxarıda qeyd olunan ayələrdən üç nəticən əldə edirik.
1. Bu ayda Allaha ibadət, səcdə etmək lazımdır. Ümumiyyətlə insanın yaradılmasından məqsəd ibadətdir. Ibadət etmək insanın əsas hədəfidir.
2. Bu ayda Qur’an nazil olmuşdur və Qur’anın bu hidayətindən məhrum olmamaq üçün xeyirli işlər görmək, ibadət etmək, əxlaqı gözəlləşdirmək və bacardıqca Qur’an oxumaq lazımdır.
Bu ayda Qur’an oxumağın böyük savabı və xeyri vardır. Həzrət Peyğəmbər(s) bu barədə buyurur: "Ramazan ayında Qur’anın bir ayəsini oxuyan şəxs, elə bil başqa aylarda bir dəfə Qur’anı tamamilə oxuyub.” Yə’ni mübarək Ramazan ayında oxunan bir Qur’an ayəsinin savabı başqa aylarda oxunan bütün Qur’anı oxumağın savabına bərabərdir. Buna görə də bu ayda insan bacardığı qədər Qur’an oxusa, onun savabı və xeyri daha çoxdur.
3. Mübarək Ramazan ayı rəhmət, məğfirət və bərəkət ayıdır. Bu ayda insan Allahdan günahlarının bağışlanmasını və dualarının qəbul olunmasını diləməlidir. Buna görə də, bu ayda hər kim Allahdan günahlarının bağışlanmasını diləyərsə, Allah onu bağışlayar. Bu səbəbdən insan gərək Ramazan ayında Allaha ibadət edib, Ondan günahlarının bağışlanmasını diləməklə mə’nəviyyatını möhkəmlədib imanını artırsın.

Ikinci sual
Fitr günü bayram sayılırmı? Ramazan ayı bayram deyilsə, bəs Fitr günü bayramdırmı?
Fitr günü bayramdır. Mübarək Ramazan ayı tamam olduqdan sonra şəvval ayının birinci günü Fitr bayramıdır və Fitr günü oruc tutmaq haramdır. Lakin burada qarşıya belə bir sual çıxır. Fitr günü bayramdırsa, onda biz nə etməliyik? Və hansı işləri görməliyik?
Bu sualın cavabını Həzrət Peyğəmbərin(s) hədisi ilə cavablandırmağımız daha gözəl olar. Həzrət Peyğəmbər(s) şəvval ayının birinci günü belə buyurdu:

قَالَ رَسُول الله (ص): نَادَى مُنادٍ أَيُّها الْمُؤمِنُونَ أُغْدُوا إِلى جَوَائِزِكُم ...
Fitr günü (mö’minləri səsləyərlər): Ey mö’minlər! Bu gün (Ramazan ayında etdiyiniz xeyir işlərin) mükafatını alın!”
Bu hədisdən belə nəticə alırıq ki, Fitr bayramında mö’minlər evlərindən çıxıb məscidlərə gedir və Ramazan ayında etdikləri ibadətlərin mükafatını Allahdan alırlar.

قَالَ الْحَسَنُ(ع): إِنَّّ اللهَ خَلَقَ شَهْرَ رَمَضَان مِضْمَاراً لِخَلْقِهِ يَسْتَبِقُونَ فِيهِ بِطاعَتِهِ إِلى رِضْوانِهِ فَسَبَقَ فِيهِ قَوْمٌ فَفازُوا آخَرُونَ فَخابُوا فَالْعَجَبُ كُلُّ الْعَجَبِ مِنَ الْضَّاحِكِ الّلاعِبِ فِى الْيَومِ الّذِى يُثابُ فِيهِ مُحْسِنُونَ وَ يَخِيْبُ فِيهِ الْمُقَصِّروُنَ
Imam Həsən(ə) buyurur: Həqiqətən, Allah Ramazan ayını öz bəndələri üçün yarış qərar verdi. Bu ayda Allahın rizayəti üçün yarışarlar. Bir hissə ötər və axirətdə səadətə yetişər, bir hissə də geridə qalıb bədbəxt olar. Yaxşılar savaba yetişən və təqsirkarlar bədbəxt olan gün boş-boş gülüb oynayan şəxsin işi çox təəccüblüdür.
Bu hədislərdən də nəticə alırıq ki, mübarək Ramazan ayında bayram yoxdur. Lakin Ramazan ayı qurtardıqdan sonra şəvval ayının birinci günü Fitr bayramıdır. Burada qarşıya belə bir sual çıxır. Bayramda insan nə etməlidir? Bayram olarkən mö’minlər bir-birini təbrik edib görüşər və bir-birinə dua edərlər. Xüsusilə, Fitr bayramında mö’minlər ibadət etməkdə yarış keçirərlər və bu bayramda qalib olan şəxslər Allahdan çox savab alarlar. Deməli, Fitr bayramında da insan Allahdan öz istəklərini, gələcək işlərində müvəffəq olmasını diləməlidir. Insanlardan eləsi vardır ki, bayram günlərində pozğun əməllərlə, fəsad işlər görməklə məşğul olaraq bayram keçirirlər. Insanın bayramı o vaxt olar ki, insan özünü Cəhənnəm atəşindən qorusun və Allah qarşısında günah etməsin. Ayə və hədislərə əsasən günah edən insan üçün bayram yoxdur.
قَالَ عَلِىٌ(ع): كُلُّ يَوْمٍ لا يُعْصَى اللهُ فِيهِ فَهُوَ عِيْدٌ
Imam Əli(ə) buyurur: "Hansı gün ki, insan günah etmədi, o gün onun bayramıdır.”


Üçüncü sual
Sual oluna bilər ki, Qədr gecəsi bayram, yoxsa əza gecəsidir? Biz bu gecə bayram etməliyik, yoxsa əza saxlamalıyıq?
Qur’an ayələrinə əsasən bu sualın cavabı belədir ki, Qədr gecəsi nə bayram gecəsidir, nə də əza gecəsi. Qədr gecəsi mübarək olan bir gecədir. Allah-təala Duxan surəsində buyurur:
إِنَّا أَنزَلْنَاهُ فِي لَيْلَةٍ مُّبَارَكَةٍ
"Biz Qur’anı mübarək bir gecədə (Qədr gecəsində) nazil etdik”2
Bu ayədən mə’lum olur ki, Qədr gecəsi mübarək bir gecədir. «Mübarək» sözünün mə’nasına gəldikdə isə "bərəkətli” deməkdir. Hər hansı bir işdə Allah razılığı olarsa, deməli, o iş mübarək və bərəkətlidir. Deməli, Qədr gecəsi bərəkətli və mübarək olan bir gecədir ki, insanlar bu gecə Allahın razılığını qazanırlar. Insanlar bu gecənin bərəkətilə Cənnəti qazana bilər və özlərini Cəhənnəm atəşindən qoruya bilərlər. Deməli, bu gecə insan Allah rizasını əldə edə bilərsə, Cənnəti qazanıb, Cəhənnəm atəşindən qoruna bilərsə, onda Qədr gecəsi həmin şəxsə mübarəkdir. Əgər bir şəxs Qədr gecəsi Allah razılığını qazana bilməsə, həmin gecə onun üçün mübarək deyildir.
Dedik ki, Qədr gecəsi Qur’an nazil olan gecədir. Burada qarşıya belə bir sual çıxır. Qur’an nazil olan gecə insan nə etməlidir? Bu sualın cavabını da Qur’an ayələri ilə veririk. Allah-təala Isra surəsində buyurur:

...إِذَا يُتْلَى عَلَيْهِمْ يَخِرُّونَ لِلأَذْقَانِ سُجَّدًا. وَيَقُولُونَ سُبْحَانَ رَبِّنَا إِن كَانَ وَعْدُ رَبِّنَا لَمَفْعُولاً

وَيَخِرُّونَ لِلأَذْقَانِ يَبْكُونَ وَيَزِيدُهُمْ خُشُوعًا.
" Şübhə yoxdur ki, yanlarında (Qur’an) oxunduğu zaman üzü üstə səcdəyə qapanar. Və deyərlər: "Rəbbimiz pak və müqəddəsdir! Rəbbimizin (mö’minlərə mükafat, kafirlərə əzab veriləcəyi barəsindəki) əmri mütləq yerinə yetəcəkdir!” –deyərlər. Onlar üzü üstə səcdəyə qapanıb ağlayar, (Qur’andakı öyüd-nəsihət isə) onların (Allaha) itaətini daha da artırar.”1
Bu ayələrdən mə’lum olur ki, Qur’an nazil olduğu gecə insanlar onu bayram və əza yox, bəlkə göz yaşı ilə və səcdə etməklə qarşılayarlar. Bununla da insanın qəlbində Allaha qarşı məhəbbəti çoxalar. Insan Qədr gecəsi özünə məxsus müstəhəb əməlləri yerinə yetirməklə Allahın razılığını və məhəbbətini qazanmış olar. Və bu əməlləri yerinə yetirməklə insanın mə’nəvi kamilliyi daha da çoxalar və yüksək məqamlara ucala bilər. Bütün bu fəzilətləri və fürsətləri başa düşən insanlar heç bir dəqiqəsində razı olmazlar ki, bu gecəni boş-boşuna ötürsünlər. Çünki belə bir vaxt, belə bir inayət hələm hələm ələ düşmür.
http://ocaqnejad.com/
Категория: Məqalələr | Просмотров: 1118 | Добавил: imamrza_asiqi | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtarış
NAMAZI BELƏ QILAQ


İslama Xidmət © 2024
Конструктор сайтов - uCoz