Qurani kərim bir çox ayələrdə açıq-aydın camaatı dua etməyə çağıraraq, onu qəbul edəcəyinə vəd etmişdir. Allah taala buyurur:
"(Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda, Mən (onlara) yaxınam.
Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim
çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki,
doğru yola yetişsinlər."( Bəqərə surəsi, 186-cı ayə.)