Cümə axşamı, 24.08.2017, 06:07
Daxil oldunuz Гость | RSS

Www.Ehlibeyt.Clan.Su

Menyu
Qısa Məktublar
Bizim sual
Bismillahsiz Sure?
Всего ответов: 1712
Sayğac
İslami Saytların Reytinqi
Onlayn cəmisi 1
Qonaq 1
İstifadəçi 0
Главная » 2010 » Mart » 16 » VƏHHABİ SUALLARINA CAVABLARIMIZ
23:46
VƏHHABİ SUALLARINA CAVABLARIMIZ

Cavab:On iki imamçı şiələrlə sünnilər arasında bə’zi vacib dəstəmaz hökmlərində fərq var   

1. Şiə fiqhində üzü yuxarıdan aşağıya yumaq vacibdir. Bə’ziləri üzün yuxarıdan aşağıya yuyulmasını ehtiyat hesab edir.(«Urvətül-vusqa», dəstəmazın əməlləri fəsli) Amma sünnə əhli yekdil olaraq belə hesab edir ki, üzü yuxarıdan aşağı yumaq müstəhəbdir.(«Əl-fiqh ələl məzahibil-xəmsə», s. 35, «Əl-fiqh ələl məzahibil-ərbəə» 1-ci cild, fəraizul vuzu səh. 54. «Səlatul-mumin», əl-Qəhtani,, Əl-qəhtani c. 1, s.41-42)

2. Bizim fiqhdə qolları (dirsəkdən aşağı) yuxarıdan aşağıya yumaq vacibdirsə, sünnilər yekdil olaraq bildirirlər ki, insan əlləri yuxarıdan aşağıya və ya aşağıdan yuxarıya yumaqda azaddır, eləcə də, aşağıdan (barmaqların başından) yuxarıya yumaq müstəhəbdir.(«Əl-fiqh ələl məzahibil-xəmsə», s. 35, «Əl-fiqh ələl məzahibil-ərbəə» 1-ci cild, səh. 65. «Səlatul-mumin», əl-Qəhtani, Əl-qəhtani c. 1, s.41-42)

3. Bizim fiqhdə başın qabağını məsh etmək vacibdir. Amma bu barədə sünnilər arasında fikir ayrılığı var. Bildiyiniz kimi, sünni məzhəbi maliki, hənbəli, hənəfi, şafei olmaqla dörd qrupa bölünür.

Hənbəlilərin fikrincə, bütün başa qulaqlarla birlikdə məsh edilməlidir. Onlar qulaqları başa aid edir və bu barədə rəvayət də göstərirlər.(«Səlatul-mumin», əl-Qəhtani, Əl-qəhtani c. 1, s.45)

Hənəfilərin fikrincə, başın dörddə birini məsh etmək vacibdir.

Şafeilərin əqidəsinə görə, hər nə qədər olsa başın bir hissəsinə məsh çəkmək vacibdir.(«Əl-fiqh ələl məzahibil-xəmsə», s. 36-37, «Əl-fiqh ələl məzahibil-ərbəə» 1-ci cild, fəraizul vuzu səh. 53. «Səlatul-mumin», əl-Qəhtani, Əl-qəhtani c. 1, s.42-46)

Sünnilərin bə’ziləri isə belə hesab edirlər ki, məsh əvəzinə baş yuyulsa və ya ona su tökülsə, kifayət edər.(«Əl-fiqh ələl məzahibil-xəmsə», s. 36-37, «Əl-fiqh ələl məzahibil-ərbəə» 1-ci cild, fəraizul vuzu səh. 53. «Səlatul-mumin», əl-Qəhtani, Əl-qəhtani c. 1, s.42-46)

4. Şiə fiqhinə görə ayaqların üstünə məsh çəkmək vacibdirsə, sünnilər yekdil olaraq ayaqların yuyulmasını vacib hesab edirlər.(«Əl-fiqh ələl məzahibil-xəmsə», s. 36-37, «Əl-fiqh ələl məzahibil-ərbəə» 1-ci cild, fəraizul vuzu səh. 53. «Səlatul-mumin», əl-Qəhtani, Əl-qəhtani c. 1, s.42-46)

Beləcə, şiələrlə sünnilər arasında dörd məsələdə fikir ayrılığı var:

1. Biz üzün yuxarıdan aşağıya yuyulmasını vacib bilir, onlar isə müstəhəb hesab edirlər. Bizim dəlilimiz Peyğəmbərin (s) dəstəmazda üzünü yuxarıdan aşağıya yumasını bildirən rəvayət və imamın (ə) əmrini çatdıran hədisdir: «Üzünüzü yuxarıdan aşağıya yuyun»(«Vəsailüş-şiə», 15-ci fəsil, hədis-22).

Sünnə əhli isə bildirir ki, «fəğsilu vucuhəkum» («üzünüzü yuyun») ayəsi(«Maidə», 6) üzü yumağı əmr etmiş və yuxarıdan aşağıya yumaq məsələsinə toxunmamışdır. Onların fikrincə, üzün necə yuyulması barədəki rəvayətlər bu hökmü vacib yox, müstəhəb edə bilər.

2. Biz əlləri yuxarıdan aşağıya yuyulmasını vacib bilir, onlar isə müstəhəb hesab edirlər. Bu hökm üçün dəlilimiz həzrət Peyğəmbərin (s) dəstəmazda əllərini yuxarıdan aşağıya yumasını nəql edən rəvayət və imamın (ə) uyğun ayənin təfsiri zamanı bir buyuruğudur: «Əllər yuxarıdan aşağıya yuyulmalıdır.»(«Vəsailüş-şiə», 19-cu fəsil, hədis-1)

3. Biz başa məsh edilməsini vacib və müəyyən bilirik. Sünnilər isə hətta öz aralarında bu barədə fərqli əqidədədirlər. Başın qabaq hissəsinin bir miqdarına məsh çəkilməsi barədə rəvayətlərdən birində Zürarə imam Baqirdən (ə) soruşur: «Başın və ayaqların bir hissəsinə məsh çəkilməsini haradan bilirsiniz?» İmam buyurur: «Ey Zürarə bu hökmü Allahın Rəsulu (s) buyurmuş və bu barədə ayə nazil olmuşdur. Allah «üzünüzü yuyun» buyurduqdan sonra sözünə davam edərək «başınıza məsh edin» əmr etmişdir. «Bi ruusikum» kəlməsinin əvvəlindəki «bi»–hərfindən başa düşürük ki, məsh başın bə’zi hissəsinə aiddir.»

Beləcə, ayənin özündən də mə’lum olur ki, başın bir hissəsinə məsh vacibdir. Amma sünnə əhli uyğun ayəni fərqli anladığından öz aralarında ixtilafa düçar olmuşlar. Onlardan bə’ziləri belə bir rəvayət nəql edirlər ki, həzrət Peyğəmbər (s) əlini qabaqdan arxaya və təkrar arxadan qabağa gətirməklə bütün başa məsh çəkirmiş.(«Səhihe-Buxari», h.185, Səhihe-Müslim, hədis-235) Başqa bir rəvayətdə isə qulaqların da başdan hesab edildiyi bildirilir.(«Səlatul-mumin, əl-Qəhtani», cild -1, s.45) Digər bir rəvayətdə isə şəhadət (səbbabə) barmağın qulağa daxil edilib, orta barmağı qulağa çəkmək lazım bilinir.«Səlatul-mumin, əl-Qəhtani», cild -1, s.42 Amma bu hökm müstəhəb hesab edilir.

Uyğun ayədən görünür ki, üzün yuyulması ilə başa məsh çəkilməsi arasında əsas fərq «bi»-hərfidir. Sünni alimlərindən bir çoxu «bi» hərfini «bə’zi» mə’nasında qəbul etsələr də, bə’zi alimlər həmin mə’nanı təsdiq etmirlər.(«Əl-fiqh ələl məzahibil-xəmsə», c. 1, s. 65)

4. Şiələr ayaqlara məsh çəkilməsini vacib bilirlərsə, sünnilər yekdil şəkildə ayaqların yuyulmasını vacib hesab edirlər.

İstinad etdiyimiz ayəyə bir daha nəzər salaq. «Maidə», 6: «ya əyyuhəlləzinə amənu iza qumtum iləs-səlati fəğsilu vucuhəkum və əydiyəkum iləl-mərafiqi vəmsəhu biruusikum və ərculəkum iləl-kə’bəyn.» Ayənin tərcüməsi: «Ey iman gətirən kəslər namaza durduğunuz vaxt üzünüzü və dirsəyədək əlinizi yuyun; başınıza və dikinədək ayağınıza məsh çəkin.» Şiələr ayəni yuxarıdakı kimi tərcümə etmişlər. Amma sünnilər belə hesab edirlər ki, «yuyun» əmri baş və ayağa da aiddir. Ona görə də ayəni belə tərcümə edirlər: «Üz və əllər kimi ayaqlarınızı da yuyun.» Cavab olaraq deməliyik ki, ayədə yuyun əmri yalnız üz və əllərə aiddir. Ərəb dilinin qrammatikasından xəbərdar olanlar deyilənləri daha yaxşı anlaya bilərlər.

Категория: Məqalələr | Просмотров: 625 | Добавил: imamrza_asiqi | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtarış
NAMAZI BELƏ QILAQ


İslama Xidmət © 2017
Конструктор сайтов - uCoz