Cümə axşamı, 24.08.2017, 06:08
Daxil oldunuz Гость | RSS

Www.Ehlibeyt.Clan.Su

Menyu
Qısa Məktublar
Bizim sual
Bismillahsiz Sure?
Всего ответов: 1712
Sayğac
İslami Saytların Reytinqi
Onlayn cəmisi 1
Qonaq 1
İstifadəçi 0
Главная » 2010 » İyul » 1 » Nurla səfər yoldaşı
23:53
Nurla səfər yoldaşı
Şeyx Əbdülkərim Ali Muhyiddin belə hekayət edir:
Bir gün anam mənə dedi: Yuxuda gördüm ki, İmam Zaman (ə) sənin dalınca adam göndərib və özüylə Həccə ziyarətə aparır.
Bir müddət keçdi və mən o yuxunu unutmuşdum. Günlərin birində Mirzə dalımca adam göndərdi, mən də getdim. Mirzə evin astanasında dayanmışdı. Salamlaşıb hal-əhval soruşandan sonra dedi:
Mən Həccə getmək istəyirəm, sən də mənimlə gəlirsənmi? Dedim:
Bəli. Mirzə səfərdə lazım olacaq şeylərin siyahısını və bir neçə dirhəm mənə verib dedi:
Bu şeyləri al və Həcc səfərinə hazırlaş. Lazım olan şeyləri alıb işlərimi səhmana saldıqdan sonra Mirzəylə birlikdə Həccə müşərrəf olduq.
Həcc ziyarətindən qayıtdıqdan sonra, anamın gördüyü yuxu yadıma düşdü. Ondan sonra Mirzənin məqamı nəzərimdə daha da ucaldı. Bunu da deyim ki, mən Mirzənin məclislərinə çox get-gəl edirdim.
Günlərin birində anam yenə də dedi:
Sənin üçün yaxşı yuxu görmüşəm. Dedim:
Xeyirdir, inşallah? Dedi:
Gördüm ki, İmam Zaman (ə) səni çağırıb, özü üçün Nəcəfdə bir ev tikməyi tapşırdı. Sən də onun əmrinə itaət edib evi tik.
Bu əhvalatın üstündən neçə gün keçməmişdir ki, Mirzə dalımca adam gördərdi. Onun hüzuruna getdim.
Buyurdu:
Sənə mühüm bir iş tapşırmaq istəyirəm filan evi tikmək lazımdır. Mirzənin tapşırığını qəbul edib Əllamə Ənsarinin evinin yaxınlığında binanın tikintisini sona çatdırdım. İşim qurtarandan sonra birdən anamın yuxusu yadıma düşdü. Ondan sonra Mirzəyə xalis xidmət etmək arzusu məndə neçə qat artdı.
Şeyx Əbdül Kərim dövrünün təqvalı, əmanətdar və misilsiz şəxsiyyətlərindən olmuşdur. Elə buna görə də ustad Mirzənin bütün işləri onun öhdəsində idi.
Şeyx Əbdül Kərim onun sirdaşı, malı və əhli-əyalına əmanətdar olmuş və Mirzənin vəfatından sonra bir aydan artıq yaşamamışdır.

Категория: Məqalələr | Просмотров: 602 | Добавил: imamrza_asiqi | Рейтинг: 5.0/1
Всего комментариев: 1
1  
angel angel angel

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtarış
NAMAZI BELƏ QILAQ


İslama Xidmət © 2017
Конструктор сайтов - uCoz