Cümə axşamı, 24.08.2017, 06:00
Daxil oldunuz Гость | RSS

Www.Ehlibeyt.Clan.Su

Menyu
Qısa Məktublar
Bizim sual
Bismillahsiz Sure?
Всего ответов: 1712
Sayğac
İslami Saytların Reytinqi
Onlayn cəmisi 1
Qonaq 1
İstifadəçi 0
Главная » 2010 » May » 14 » Muhəmmədin (s) Harunu
23:17
Muhəmmədin (s) Harunu

"Əlinin mənə nisbəti Harunun Musaya olan nisbəti kimidir”

Bəşər tarixində hadisələrin cərəyanı mərkəzində həmişə ədalətlə zülm arasında mübarizə durub. Bütün xalqların müqəddəratı məhz bu mübarizənin nəticəsindən asılı olub. Hansısa millətlər ədalət uğrunda qurbanlar verib və  tərəqqiyə nail olub, hansısa millətlər isə zülmə baş əyərək məhv olublar. Həzrət Əlinin (ə) həyatı istər mənəvi, istərsə də ictimai bir rəhbər kimi bu baxımdan olduqca maraqlıdır. Bu sahədə nə qədər tədqiqatlar aparılsa da, Həzrət Peyğəmbərdən (s) sonra müsəlmanların ilahi vilayətə münasibəti məsələsində qaranlıq məqamlar qalmaq- dadır. Şirkin kökünü kəsib Tövhid bayrağını ucaldan, Allah yolunda neçə-nəçə şəhid verən bir ümmət nədənsə Peyğəmbərimizin (s) vəfatından sonra zülm xilafətinə tabe olmağı özünə rəva bildi. Həzrət Əli (ə) məhz bu zaman imamət vəzifəsini icra etməyə başlamasına və məhz bu zaman Əhli-Beytin (ə) müsibətlərə düçar olmasına  baxmayaraq, bu hadisələrin kökü Həzrət Rəsuləllahın (s) öz dövrünə gedib çıxır.

Peyğəmbərlə (s) çiyin-çiyinə

İslam dininin zühurundan təqribən 10-13 il əvvəl, Məkkənin Qureyş qəbiləsinin Haşimilər nəslinin böyüyü Həzrət Əbu Talibin (ə) ailəsində dünyaya bir oğlan uşağı göz açdı. Bu körpənin necə anadan olması onun gələcəyinə işarə idi. O, məscidlərin ən üstünü, aləmlərin qibləsi, Allahın evi sayılan müqəddəs Kəbənin içində dünyaya gəldi. Ailəsinin maddi durumu çətin olduğundan, altı yaşında əmisi oğlu Muhəmmədin (s) və onun xanımı Xədicənin (s) evinə köçür, burada onların himayəsi altında yaşayır. Tez-tez əmisi oğlu ilə Hira mağarasına gedər, onunla burada ibadət edərdi. Nəhayət, günlərin biri Muhəmmədlə (s) Hirada olarkən ilk vəhyin şahidi oldu. Elə ilk iman gətirən də özü idi. İlk namazda da Peyğəmbərə (s) qoşulan Əli (ə) ilə Xədicə oldular. Qohumları Peyğəmbərdən (s) üz çevirdiyi zaman ona yalnız əmisi Əbu Talib və əmisi oğlu Əli (ə) dəstək verdi. Peyğəmbər (s) Məkkədən Mədinəyə hicrət edərkən müşriklər ona sui-qəsd hazırlamışdı. Mədinədə yeni dinin yayılmasından qorxan müşriklər peyğəmbəri (s) hələ Məkkədə ikən yatağında qətlə yetirmək istəyirdilər. Peyğəmbərin (s) yerinə yatağa uzanan və öz canını Peyğəmbərə (s) görə təhlükəyə atan Əli (ə) oldu. Peyğəmbərin (s) öz sevimli qızı Fatiməyə (s) həyat yoldaşı olmağa və onun nəslini davam etdirməyə yeganə layiqli şəxs də Əli (ə) idi. Xəndək döyüşündə Əmr ibn Əbdəvid adlı ərəb pəhləvana qarşı heç bir müsəlman vuruşmağa cürət belə etmədiyi zaman gənc Əli (ə) onunla meydana təkbətək çıxır, onu məğlub edir və müşriklərin ordusuna ən ağır zərbə endirir. O zaman Cəbrayil (ə) nazil olaraq Allah tərəfdən bu kəlməni buyurdu: "Əlidən başqa qəhrəman yoxdur, Zülfüqardan başqa - qılınc!” Xeybər qalasının fəthini də Allah Əlinin (ə) əli ilə gerçəkləşdirdi. Əlinin bir zərbəsini bütün insan və cinlərin qiyamətədək edəcəkləri ibadətdən üstün tutan Allah, Mübahilə hadisəsində Rəsuləllaha (s) ümmətin ən fəzilətli şəxslərini özü ilə müşriklərin qarşısına aparmağı əmr edərkən Əlini (ə) və onun ailəsini nəzərdə tuturdu. Mübahilə ayəsində Allah Əlini (ə) Həzrət Muhəmmədin (s) özü nisbətində təqdim edib. Peyğəmbər (s) Əli (ə) ilə Fatimənin (s) dizləri üstündə canını öz Rəbbinə tapşırdı. Peyğəmbərin (s) vəsiyyəti ilə ona qüsl verib kəfənləyən, daha sonra cənazə namazını qılan da İmam Əli (ə) oldu.  Həzrət Əlinin (ə) İslama xidmətləri barədə sonsuzcasına danışmaq olar. Quranda onun şəninə nazil olan ayələr və Peyğəmbərin (s) onun barəsində söylədiyi hədislər dillər əzbəridir. Təkcə bununla kifayətlənmək olar ki, alimlərin söylədiklərinə görə, İslamın qısa bir zamanda qələbə çalmasına səbəb Peyğəmbərin (s) əxlaqı, Xədicənin (s) var-dövləti və Əlinin (ə) qılıncı olub. Əli (ə) Peyğəmbərin (s) yardımçısı idi, necə ki o Həzrət (s) özü bu barədə buyurub: "Əlinin mənə nisbəti Harunun Musaya olan nisbəti kimidir”. 

İmamət vəzifəsi

Bir çoxumuz "Məzlum Əli!” dedikdə, bu sözlərin mahiyyətinə çox da varmırıq. Əksəriyyətimiz Həzrət Əlini (ə) tarixi şəxsiyyət kimi deyil, məhz əfsanəvi bir obraz kimi təsəvvür edirik. O dahi şəxsiyyətin həyatı barədə səthi məlumatlar, daha dəqiq olsaq, yanlış təsəvvürlər Əlini (ə) tanımağa imkan vermir. Əlinin (ə) məzlumluğu onun zülmə qarşı mübarizəsindən doğur. Əli (ə), digərləri kimi, zülmə əyilsəydi, İslamın prinsiplərinin və Peyğəmbər (s) sünnətinin tapdalanmasına razı olsaydı, onun başına bu qədər müsibət gəlməyəcəkdi.

İmamət mövzusu əsrlər boyu İslam alimlərinin araşdırmalarının obyekti olub və günümüzdə də bu sahədə tədqiqatlar davam etdirilir. Ayə və hədislərdən bəlli olur ki, hökm yalnız Allaha məxsusdur. Bu səbəbdən Yaradan öz bəndələrinə peyğəmbər, yəni İlahi hökmləri bəyan edən və onları icra edən şəxs təyin edir. Bizim Peyğəmbərin (s) sonuncu olmasının səbəbi İlahi qanunların kamil şəkildə nazil olması və İlahi hökmü bəyan edənə ehtiyacın olmamasıdır. "Din kamil oldu” dedikdə də məhz bu məsələyə işarə olunur, yəni artıq qanunlar kamil formada insanlara çatdırılıb. Lakin bu qanunların kamil şəkildə  icra edilməsinə ehtiyac var. Əgər Peyğəmbər (s) öz zəmanəsində qanunu həm bəyan, həm də icra edirdisə, ondan sonra da İlahi hökmlərin icraçısı, yəni ümmətin rəhbəri təyin olunmalı idi. Hökm Allaha məxsus olduğundan həmin rəhbəri də Allah özü seçməli idi. Belə də oldu, bir çox ayə və hədis vasitəsilə, xüsusən Qədir-Xum hadisəsindən sonra müsəlmanlara Həzrət Əlinin (ə) Peyğəmbərdən (s) sonra xəlifə olacağı elə Peyğəmbərin (s) öz tərəfindən elan edilmişdi. Ancaq bu göstəriş tez bir zamanda unuduldu və peyğəmbərin vəsiyyətinə xəyanət edildi.

Xilafətin qəsbi

Məlum Səqifə hadisələrindən sonra müsəlmanlar arasında belə bir əqidə yarandı ki, Peyğəmbər (s) xəlifəsini şura seçməlidir. Bu məsələ bəzi müasir alimlər tərəfindən səhv yozularaq şuranı demokratik seçkilərə bərabər edirlər. Belə ki, Səqifədə söhbət ümumxalq seçkilərindən deyil, bir iddə insanın özbaşına hakim seçməsindən gedir. Digər cəhətdən, Peyğəmbərin (s) bilavasitə göstərişi ola-ola başqa qərar çıxarmaq, onun sözünün müqabilində söz demək dinə hörmətsizlik, Peyğəmbərə (s) qarşı üsyandır. Üçüncü tərəfdən, xəlifənin şura ilə seçilməsi prinsipini irəli sürənlər özləri bu prinsipə riayət etmədilər. Belə ki, Əməvilərin dövründə artıq xilafət səltənətə, monarxiyaya çevrilmişdi.

Bütün bunlara rəğmən müsəlmanların Əlidən (ə) üz çevirməsi, Peyğəmbər (s) Əhli-Beytinə (ə) qarşı təzyiqlərə göz yumması və şuranın seçdiyi xəlifəyə beyət etməsi tədqiqatçılarda çaşqınlıq yaradır. Axı 23 il Peyğəmbərin (s) təbliğatında ona yardımçı olan bir ümmət qısa müddətdə bu qədər dəyişə bilməzdi. Müşriklərin əzabından qorxmayan, İran və Bizansı diz çökdürən millət iki-üç nəfərin qılıncından qorxa bilməzdi. Fikrimizcə, Pey- ğəmbərin (s) vəfatından sonra ümmətin ruhiyyəsində və təfəkküründə dəyişiklik baş verməmişdi. Sadəcə olaraq, Peyğəmbərin (s) öz döv- ründə bütpərəstlikdən yenicə yaxa qurtarmış və dövlətçilik ənənəsinə malik olmayan bədəvi ərəb cəmiyyəti hakimiyyətin mahiyyətini anlamırdı. Onlar din uğrunda savaşsalar da, dinin onlardan nə istədiyini başa düşmürdü. İslamın o zamankı cəmiyyətinin ruhiyyəsi bu günün bir çox müsəlman ölkələrində hökm sürən vəziyyətlə eynidir. Dinin ictimai mahiyyətini unudan, daha doğrusu, nəzərə almayan müsəlmanlar fərdi ibadətlə başlarını qataraq, öz dinlərinin gələcəyinə biganə yanaşırdılar. Onlar üçün xəlifənin kimliyi heç bir fərq etmirdi, çünki onlar əslində elə Peyğəmbərin də (s) döv- ründə heç bir şey anlamamışdılar. Onların Pey- ğəmbərə (s) itaət etməsi sadə vətəndaşın hakimə tabe olmasından başqa bir şey deyildi. Yəni onlar düşün- mədən itaət edirdi. Pey- ğəmbərin (s) çox az səhabəsi İlahi əqidəni dərindən dərk etmiş və öz ayıq- sayıqlığını sona qədər qoruyub saxlamışdı. Salmanlar, Əbu Zərrlər, Miqdadlar, Bilallar, Əmmarlar - bunlar hamısı dövrünün ziyalıları və ayıq insanları idi. Onlar fərdi təkamüllə yanaşı, cəmiyyətin təkamülünü düşü- nən şəxslər idi. Ona görə də əksəriyyət xilafətin qəsbinə etinasız yanaşsa da, bu azlıq yaranmış durumla razılaşmadı. 

İmam Əlinin (s)  sükutu

Bir çoxu İmamın nə üçün qiyam etməməsini soruşurlar. Əlinin (ə) müsəlmanlar arasında hörməti və onun şəxsi keyfiyyətləri, xüsusən şücaət və gücü qiyam etməyə və Əhli-Beytin (ə) haqqını qaytarmağa imkan verdiyini söyləyirlər. Bu halda haqqın nə üçün süqut etdiyi anlaşılmaz olaraq qalır. İmamın (ə) və onun tərəfdarlarının bu addımını izah etmək üçün müsəlman cəmiyyətinin o dövrkü vəziyyətini anlamaq lazımdır. Yuxarıda cəmiyyətdə hökm sürən ruhiyyədən - biganəlikdən söz açdıq. İkinci məsələ dövlətçiliklə bağlı idi. Əbu Bəkrin namizədliyi irəli sürülərkən onunla yanaşı digər qəbilə başçıları xilafətə iddialı idilər. Sadəcə, camaatın əksəriyyəti xilafətə etiraz etmədiyi üçün  digər xilafət iddiasında olanların əl-ayağı bağlanırdı. Həzrət Əli (ə) kimi səhabənin etirazı və xəlifəyə qarşı silah qaldırması münafiqlər üçün presedent yaradacaqdı. Həzrət Əli (ə) öz sükutu ilə yenicə yaranmış İslam dövlətçiliyini qoruyub- saxlamaq, onun daxildən parçalanmasının qarşısını almaq istəyirdi. Bunun üçün isə istənilən daxili qarşıdurmaya yol verməmək lazım idi. Və nəhayət Bizansla İranın diqqətini çəkən İslam dövləti onların iş- ğal siyasətinin qurbanına çevirilə bilərdi. Müsəlmanların daxili vəhdəti onların hərbi qüdrətinin zəmanəti idi. Həmin vəhdətin pozulması ilə, ümumiyyətlə, İslam dövləti İranla Bizansın qurbanına çevrilə bilərdi. Digər mühüm cəhət isə xəlifələrin zahirən şəriətə əməl etmələri idi ki, Həzrət Əli (ə) bu şəraitdə ixtilafa getməməyi qərara aldı. Həzrət Əlinin (ə) bu addımı yalnız və yalnız dini təhlükədən qorumaq üçün idi.  Həzrət (ə) bu barədə özü buyurub: "Gördüm ki, səbir etmək ağıl və düşüncəyə daha yaxındır. Buna görə də səbir etdim. Ancaq səbir edərkən gözünə tikan batmış, boğazında sümük qalmış şəxsə bənzəyirdim”.

Həzrət Əlinin (ə) həyatı barədə yazmaq çətindir. O şərəfli insanın şəxsiyyəti barədə bir səhifədə təsəvvür yaratmaq mümkün deyil. Ona görə İmamın (ə) həyatına gələn saylarımızda mütləq müraciət edəcəyik.

salaminfo.az

Категория: Məqalələr | Просмотров: 491 | Добавил: imamrza_asiqi | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtarış
NAMAZI BELƏ QILAQ


İslama Xidmət © 2017
Конструктор сайтов - uCoz