Bazar ertəsi, 20.11.2017, 23:49
Daxil oldunuz Гость | RSS

Www.Ehlibeyt.Clan.Su

Menyu
Qısa Məktublar
Bizim sual
Bismillahsiz Sure?
Всего ответов: 1713
Sayğac
İslami Saytların Reytinqi
Onlayn cəmisi 1
Qonaq 1
İstifadəçi 0
Главная » 2010 » Avqust » 24 » İstixarə
00:32
İstixarə

Bismilləhir-Rahmənir-Rahim
Hörmətli alim! Sizi Azərbaycandan salamlayırıq. Xahiş edirik biz gənc tədqiqatçıları çox maraqlandıran aşağıdakı sualların hamısına bir-bir və geniş şəkildə cavablandırasınız.
Suallarımız ixtixarə ilə əlaqədardır. (Bizim bildiyimiz istixarə budur ki, xüsusi dua oxunur, sonra istixarə etmək üçün ya Quran açılır, ya da təsbehlə bu iş yerinə yetirilir.)
1. Qurani-Kərimdə istixarə ilə bağlı ayə varmı?
2. İxtixarə ilə bağlı nəql olunan hədislər doğrudurmu?
3. Həzrət Rəsulullahdan (s) istixarə etməklə bağlı hədis nəql olunubmu?
4. Hansı yerdə istixarə etmək lazımdır?
5. Təsbehlə istixarə etmək haqqında hədis nəql olunubmu?
6. Sizin fikrinizcə istixarə elmin inkişafının qarşısını almırmı?
7. İstixarə etmək Allahın istəyini müəyyən etməkdirsə, Uca Allah öz istəyini Quranda göstərməyibmi ki, istixarəyə ehtiyac olsun? İslam kamil bir din olaraq bütün suallara cavab verən bir din olduğu halda, istixarə etməyə nə ehtiyac var?
8. Qurani-Kərimin İsra surəsinin 36-cı ayəsi ilə, Nəhl surəsinin 43-cü ayəsi istixarənin mənasız və etibarsız olduğunu təsbit etmirmi? Yəni, qarşılaşılan çətin vəziyyətdən çıxış yolu kimi, ya həmin məsələ insan üçün sabit olmalı, ya da sizin kimi elm əhlinə müraciət olunmalıdır. Bu da istixarənin mənasız olduğunu göstərmirimi?
Bir daha xahiş edirik ki, suallarımıza birbə-bir, ayrı-ayrılıqda cavab verəsiniz.
Allah sizdən razı olsun. Vəs-Salamu aleykum və rahmətullahi və bərakətuh.

Bismillahirrəhmanirrəhim.
Salam və təhiyyətlə.
Mənim salamlarımı bütün mömünlərə və əziz cavanlara, xüsusilədə təhqiqatçı tələbələrə çatdırın. Arzum budur ki, Azərbaycanda daim Allah dinini və paklıq məzhəri olan Əhli beyt məktəbini hifz etmək üçün güclü tələbə və ziyalılar yetişsin.
Yazdığınız suallara müxtəsər olaraq cavab verirəm. əgər qaranlıq qalarsa yenidən soruşa bilərsiniz.
1-Fəqihlər istixarəni səfərin müstəhəb əməllərindən biri kimi qeyd etmişlər. Mərhum seyyid Yəzdi "Ürvə" kitabının Həcc hissəsində bu mənanı açıqcasına söyləmişdir. O, istixarənin əsl mənasını dua, təvəssül, xeyir istəmək, və Allahın onun işlərini xeyirli etməsini istəmək kimi mənalandırmışdır. Alimlərin dediklərinə görə istixarə xeyir istəmək mənasınasdır. Və ya "xiyərəh" və "ixtiyar" istəmək yəni səhih yol istəməkdir. Istixarə o məsələlər barədədirki, insan o məsələlərdə məşvərət və fikirlə bir nəticəyə çatmasın. Bu halda Allahdan istəyirki, düzgün olan yolu ona göstərsin. Bu barədə hədislər də vardır. Böyük alımlər, habelə mərhum atam Həzrət Ayətullah Fazil Lənkərani onlara(hədislərə) əməl etmişdir. Lakin quranda istixarəyə dəlalət edən bir ayə qeyd olunmamışdır.
2-Bəli dediyimiz kimi istixarənin şəri olması yaxudda müstəhəb olması barədə çoxlu hədislər vardır. Bu hədisləri şeyx Hürr Amili öz "Vəsailüşşiə" kitabında cild 7 səh 63 –dən 84-ə qədər nəql etmişdir. Və onun hədisləri də mötəbərdir. O, kitabında "istixarətullah" adlı bab yaratmışdır.
3-Bəli, "Vəsailüşşiə" kitabında dediyimiz səhifələrdə həzrət peyğəmbərdən(s) hədislər nəql olunmuşdur. Və o babın üçüncü hədisində səh 70-də belə deyilmişdirki, Allahın rəsulu bir gün öz əshabına istixarəni öyrətdi. Necə ki, quranı onlara öyrədirdi. Əhli sunnə kitablarında da peyqəmbər tərəfindən bu işə əmr və tərğib olması barədə hədislər vardır.
4-İstixarə yalnız insanın işlərində nə edəcəyini bilmədiyi vaxtlara aiddir. Və hər işdə fikirləşmək və xeyirxah adamlarla məşvərət etmək istixarədən müqəddəm və irəlidir. Hədislərdə vardır ki, imam Səccad (ə) hər zaman həcc, ümrə, alış-veriş, qull almaq və azad etmək fikrinə düşəndə istixarə edərdi. Və çoxlu hədislərdə istixarəsiz iş görməkdən çəkindirilmişdir. Hədisdə vardır ki, heç bir mömin istixarə etməz illa ki, Allah ona ən yaxşı çıxış yolunu seçər.
5-Bəli, dediyimiz hədislərin içində təsbehlə olan istixarə barədə də hədis vardır. Əgər onların sənədlərində müşkül varsa "Sünən dəlillərində güzəşt" qaydası ilə həll olunur.
6-Xeyir istixarənin elmlə ziddiyyəti yoxdur. Ona görə ki, istixarə əməl mərhələsinə aiddir. Yəni insan əgər əməl mərhələsində məsləhətin nədə olduğunu bilməsə və digərləri ilə məsləhətləşməklə də bir nəticəyə gəlməsə bu halda istixarə ilə öz nə edəcəyəni müəyyən edir. Bəli, əgər bir kəs tərdid etmədən istixarə etmək istəsə bu, səhih iş deyil. Və ya əgər bilirsə hansı iş məsləhətlidir, belə halda istixarə etməməlidir.
7-Bu sualda bir neçə məsələ qarışdırılmışdır. Istixarə insan üçün həmin tərdidli əməldə Allah rəyini və ixtiyarını göstərən bir yoldur. Mümkündür həmin tərdid olunmuş əməl islamda və quranda zikr olunmamışdır. Çünki islamda və quranda bəyan olunmuş məsələlər etiqad, əxlaq və ehkamdakı külliyyatlardır. Başqa sözlə istixarə cüzi məsələlərə aiddir. Quranda söz açılan məsələlər isə küllüdür. Küllüyyatı bilməklə demək olmaz ki, hökmən cüzi məsələləri də əldə edəcəyik. Məs: evlənmək quranda halal sayılmışdır. Və insanlar ona sarı sövq edilmişdir. Və onun hökümləri də quranda bəyan olunmuşdur. Amma bu ki, evlənmək üçün tapdığınız qız münasibdir ya yox bəzən məsləhətləşmək yolu ilə həll olur, bəzən də insan bir nəticəyə gəlmir və o zaman istixarənin vaxtıdır.
8-Dediyiniz iki ayənin heç biri istixarə ilə zidd deyil. Öncə dediyimiz kimi, bəzi ehkama və əxlaqa ya əqaidə aid məsələlər vardır ki, onları alimlərdən soruşmaq lazımdır. Və bu iki ayədə deyilən məsələlər də bu kimi məsələlərdəndir. Və bəzi məsələlər cüzi məsələlərdir ki, insan onlarda iki yol ayrıcında qalır. Və bu mövzunun ətrafında fikirləşməklə və digərləri ilə məşvərət etməklə bir nəticəyə gələ bilmir. Belə məsələlərdə istixarəyə əl atır. Və imamlar(ə) da camaatın ən ələm insanları ola-ola buyurmuşlar ki, belə hallarda istixarə edin.
Müvəffəq olun.
M.C.F. Lənkərani.
MUSELMAN.WS
Категория: Məqalələr | Просмотров: 1219 | Добавил: imamrza_asiqi | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtarış
NAMAZI BELƏ QILAQ


İslama Xidmət © 2017
Конструктор сайтов - uCoz