Cümə, 20.10.2017, 13:40
Daxil oldunuz Гость | RSS

Www.Ehlibeyt.Clan.Su

Menyu
Qısa Məktublar
Bizim sual
Bismillahsiz Sure?
Всего ответов: 1713
Sayğac
İslami Saytların Reytinqi
Onlayn cəmisi 1
Qonaq 1
İstifadəçi 0
Главная » 2010 » İyul » 12 » İmam Rza (ə)-ın duası
23:50
İmam Rza (ə)-ın duası

İlahi, Pərvərdigara, məni Öz qoşunundan qərar ver, çünki Sənin qoşunun və yalnız Sənin qoşunun qaliblərdir və məni Öz hizbindən (dəstəndən) qərar ver, çünki həqiqətən yalnız Sənin hizbin nicat tapanlardır. Məni Öz dostlarından qərar ver, çünki həqiqətdə Sənin dostların üçün heç bir qorxu və qəm-qüssə yoxdur.

Pərvərdigara, mənim dinimi islah et, çünki həqiqətən o mənim işlərimin isməti, paklığıdır. Mənim axirətimi islah et, çünki həqiqətən axirət mənim əbədi evim və alçaq adamlarla qonşuluqdan qaçış yerimdir. Həyatımı hər bir xeyirdə mənim üçün artır, vəfatımı mənim üçün bütün şərlərdən rahat et! Pərvərdigara, peyğəmbərlərin sonuncusu və mürsəllərin sayının tamamlayıcısı olan həzrət Məhəmmədə, onun pak Əhli-beytinə və seçilmiş səhabələrinə Salavat göndər. Mənim üçün üç şey əta et… Günahlarımı bağışlamamış, qəm-qüssəmi aradan aparmamış, düşmənimi dəf etməmiş məni boşlama, Səni and verirəm bütün adların ən yaxşısı olan Bismillaha, yerlərin və göylərin Rəbbi olan Allahın adları xatirinə…

Категория: Məqalələr | Просмотров: 1206 | Добавил: imamrza_asiqi | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtarış
NAMAZI BELƏ QILAQ


İslama Xidmət © 2017
Конструктор сайтов - uCoz