Cümə, 26.04.2024, 13:22
Daxil oldunuz Гость | RSS

Www.Ehlibeyt.Clan.Su

Menyu
Qısa Məktublar
Bizim sual
Bismillahsiz Sure?
Всего ответов: 1719
Sayğac
İslami Saytların Reytinqi
Onlayn cəmisi 1
Qonaq 1
İstifadəçi 0

Главная » 2010 » İyul » 25 » İmam Məhdi (ə)-in həyatı
18:17
İmam Məhdi (ə)-in həyatı

   İmam Məhdi (ə)-in həyatı
On ikinci məsum İmam Həzrət Məhdi ibn Həsən Əskəri (ə) hicrətin iki yüz əlli beşinci ili şəban ayının on beşində Samirra şəhərində anadan olmuşdur.
Onun adi İslam Peyğəmbərinin adından,yəni,M.U.H.Ə.M.M.Ə.D, kunyəsi də Peyğəmbərin kunyəsindəndir,yəni Əbülqasimdir.Məsum İmamlar onun əsil adınıın çəkilməsini qadağan etmişlər.Onun ləqəblərindən Höccət,Qaim,Xələfisaleh,Sahib əz-zəman və Bəqiyyətullahı qeyd etmək olar.Ən məşhur ləqəbi isə Məhdirir.Atası on birinci İmam Həzrət Həsən Əskəri(ə),anası isə çox hörmətli Nərcis (Nərgiz) xanım olmuşdur.Anası ,Reyhanə Süsən və Səqil adları ilə də tanınmışdır.Nərcis xanımın fəzilət və mənəviyyatı o dərəcədə çox olmuşdur ki,özü İmamət ailəsinin fəzilətli qadınlarından biri olan İmam Əliyyən-Nəqi(ə)-ın bacısı Həkimə xanım onu (Nərcis) öz nəslinin ən fəzilətli xanımı,özünü isə onun xadiməsi adlandırmışdır.
Həzrət Məhdi(ə) iki dəfə qeybə çəkilmişdir.Bunlardan biri qısamüddətli(kiçik qeyb dövrü),digəri isə uzunmüddətli (böyük qeyb dövrü) olmuşdur.Kiçik qeyb dövrü o Həzrətin anadan olduğu gündən xüsusi naiblərin naiblik dövrünün sonuna qədər davam etmiş,böyük qeyb dövrü isə birinci mərhələnin (yəni,kişik qeyb dövrünün) qurtarması ilə başlamış və o Həzrət zühur edənə qədər davam edəcəkdir.
Həzrət Məhdi (ə)-ın qeybə çəkilməsinin siyasi-ictimai səbəbləri
İmamların camaatı düz yola yönəltməkdə məqsədləri,onları kamalın son həddinə çatdırmaq olmasında şübhə yoxdur.Bu isə o vaxt həyata keçər ki,camaat bu yönəlmədən istifadə etməyi bacarsın.Əgər camaatda belə bir hazırlıq olmasa,onda Allah tərəfindən təyin edilmiş rəhbərin camaat arasında olmasının heç bir xeyri olmayacaq.Təəseflər olsun ki,İmamların xüsusən də,İmam Cavad(ə)-dan sonrakı İmamların dövründəki təzyiqlər və son dərəcə məhdudiyyətlər gösdərir ki,cəmiyyətin İmamların rəhbərliyindən istədikləri kimi istifadə etməsi üçün lazımı şərait olmamışdır.Bu göstərir ki,İmamların cəmiyyətdə rəhbərlik və hidayətindən istifadə etmək üçün əlverişli şərait yox idi.Buna görə də,cəmiyyət lazımi hazırlığı tapana qədər Allah-təala on ikinci İmamın qeybə çəkilməsini məsləhət bilmişdir.Əlbəttə on ikinci İmamın qeybə çəkilməsinin bütün sirləri bizə məlum deyil,ancaq dediyimiz amil o Həzrətin qeybə çəkilməsinin əsas səbəbi ola bilər.İslami rəvayətlərdə on ikinci İmamın qeybə çəkilməsinin səbəbləri sahəsində üç məsələ əsas götürülür:
1.İnsanları sınama
2.İmamın canına qorumaq.
3.Zəmanə zalımları ilə beyət etmək zülmündən qurtarmaq.
Kiçik və böyük qeyb dövrü
Qeyd etdiyimiz kimi İmam Məhdi (ə)-ın qeyb dövrü iki hissəyə bölünür:Kiçik qeyb dövrü və böyük qeyb dövrü.Kiçik qeyb dövrü hicrətin iki yüz altmışıncı ilində başlayaraq üç yüz iyirmi doqquzuncu ilinə qədər davam etmişdir.Bu müddət təxminən altmış doqquz il çəkmişdir.Kişik qeyb dövründə şiələrin əlaqəsi İmamla tamamilə kəsilməmiş,onlar xüsusi şəkildə və çox məhdud şəkildə İmamla əlaqə saxlayırdılar.Bu müddət ərzində müəyyən şəxslər o Həzrətin xüsusi vəkili olmuş,Əhli-beyt dostları da onların vasitəsilə öz məsələ və çətinliklərini İmamın hüzuruna çatdırıb cavab alırdılar.Bəzi vaxtlar İmamla da görüşə də bilirdilər.Buna görə deyə bilərik ki,İmam Məhdi(ə)bu müddət ərzində həm qeybdən,həm də aşkarda olmuşdur.
Kiçik qeyb dövrünü Əhli-beyt tərəfdarlarının böyük qeyb dövrünə hazırlamaq mərhələsi adlandırmaq olar.Çünki sonrakı mərhələdə İmamla əvvəldə olan azacıq əlaqələri də kəsilir,öz məsələlərində o Həzrətin ümumi vəkillərinə,yəni,müctehidlik səlahiyyəti və İslam hökmlərinə dərindən bələd olan alimlərə müraciət etməli olurlar.Böyük qeyb dövü birdən birə başlasaydı,fikirlərin çaşqınlığına səbəb olar və zehinlər onu qəbul edə bilməzdi.Ancaq əvvəlki İmamların qeyb dövrünə zəmin yaratmaları üçün ağıllı tədbirlərindən əlavə kiçik qeyb dövrünün özü də,yavaş-yavaş zehinlərin hazırlayır və bunun ardınca da böyük qeyb dövrü başlayır.
İmam Məhdi (ə)-ın xüsusi nümayəndələri
Həzrət Məhdi (ə)-ın kiçik qeybdə olduğu müddət ərzində qabaqkı İmamların sabiqəli səhabələrindən və şiələrin böyük və təqvalə alimlərindən dördü o Həzrətin xüsusi nümayəndəsi olmuşdur.Onlar öz dövrlərinə görə aşaöıdakı tərtiblə nümayəndəlik etmişlər:
1.Əbu Əmr Osman ibn Səid Əmri;
2.Əbu Cəfər Muhəmməd ibn Osma ibn Səid Əmri;
3.Əbulqasim Hüseyn ibn Ruh Nobəxti;
4.Əbulhəsən Əli ibn Muhəmməd Səməri.
Həzrət Məhdi (ə)-ın müxtəlif yerlərdə,o cümlədən Bağdad,Kufə,Əhvaz,Rey,Azərbaycan,Nişabur və s.yerlərdə başqa vəkilləri olmuş,lakin onlar ya vəkillər silsiləsinin başında duran bu dörd nəfərin vasitəsilə camaatın (Əhli-beyt dostlarının) məsələlərini İmama çatdırır və eləcə də,onların həllinə dair İmamdan Məktublar alırdılar,ya da bu dörd nəfərinə nümayəndəliyi ümumi və hərtərəfli olmuş,başqaları isə müəyyən məsələlər üzrə nümayəndəlik etmışlər.Bu nümayəndələrdən aşağıdakıları misal göstərmək olar:Muhəmməd ibn Cəfər Əsədi,Əhməd ibn İshaq Əşəri Qummi,İbrahim ibn Muhəmməd Həmədani,Haciz ibn Yezid,Muhəmməd ibn Saleh,Əbu Muhəmməd və s.
 
FATİMEYİ ZEHRA MESCİDİ
Категория: Məqalələr | Просмотров: 1420 | Добавил: imamrza_asiqi | Рейтинг: 5.0/1
Всего комментариев: 1
1 zehretul_kerbela  
0
chox tewekkur edirem,Allah razi olsun.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtarış
NAMAZI BELƏ QILAQ


İslama Xidmət © 2024
Конструктор сайтов - uCoz