Bazar ertəsi, 11.12.2017, 04:56
Daxil oldunuz Гость | RSS

Www.Ehlibeyt.Clan.Su

Menyu
Qısa Məktublar
Bizim sual
Bismillahsiz Sure?
Всего ответов: 1713
Sayğac
İslami Saytların Reytinqi
Onlayn cəmisi 1
Qonaq 1
İstifadəçi 0
Главная » 2010 » Aprel » 9 » GÜNAHLARIN DAHA BİR QİSMİ
05:00
GÜNAHLARIN DAHA BİR QİSMİ
GUNAHLARIN DAHA BİR QİSMİ
 İmam Əli (ələyhissəlam) buyurur:

O günahlar üç qrupdur:

1. Bağışlanan günahlar.

2. Bağışlanmyan günahlar.

3. Elə günahlar da vardır ki, onların bağışlanıb-bağışlanmayacağı mə’lum deyil. (O həzrət sonra sözünün davamında buyurur): Bağışlanan günahlar elə günahlardır ki, Allah tərəfindən bu dünyada onlar üçün cəza tədbirləri müəyyən olunub. Daha belə olan surətdə bədənin ikinci dəfə qiyamətdə də cəzalandırılması, Allahın həkimlik məqamından uzaqdır.

Bağışlanmayan günahlar isə insanların bir-birlərinə qarşı etdiyi günahlardır. (Misal üçün, əgər insan mö’min bir şəxsin malını onun icazəsi olmadan mənimsəyibsə, bu halda ancaq və ancaq gərək malın sahibindən halallıq alsın).

Üçüncü növ günahlar isə insanların gizlində etdiyi günahlardır ki, bir özü, bir də Allahı bilir. Bu halda Allah-taala insan üçün tövbə qapısını açıq qoyub. Hər bir zaman tövbə edib Allahın dərgahına üz gətirə bilər. Tövbə etdikdən sonra belə bir şəxs bir tərəfdən Allahın rəhmətinə ümidli, digər tərəfdən isə etdiyi günahların nəticəsindən nigarandır. Biz də belə bir bəndə haqqında həm ümidvar, həm də nigaranıq.[2]

KİÇİK GÜNAHLARIN BÖYÜK GÜNAHLARA ÇEVRİLMƏSİ
Kiçik günahların bə’zi hallarda böyük günaha çevrilməsininin Qur’an ayələri və hədislərdən izahı:

1. Kiçik bir günahı dəfələrlə təkrarlamaq.

Kiçik bir günahı bir neçə dəfə təkrar etmək həmin günahın böyük bir günaha çevrilməsinə səbəb olur. Hətta bir kiçik günahdan sonra tövbə etməmək və yaxud tövbə etmək fikrində olmamaq da bu günahın böyük günaha çervilməsinə səbəb olur. Elə həyatda da bu cürdür: Nazik saplar cəm olduqda qalın bir ip düzəlir və daha bundan sonra ona sap yox, ip deyirlər.

Allah-taala «Ali-imran» surəsinin 135-ci ayəsində buyurur:

«(Pərhizkar insanlar) tutduqları pis əməllərə bilə-bilə israr etməzlər».

İmam Baqir (ələyhissəlam) bu ayənin açıqlamasında belə buyurur: Günaha israr etməyin mə’nası budur ki, insan günah etdikdən sonra tövbə etməsin və yaxud tövbə etməyin fikrində olmasın. İmam Əli (ələyhissəlam) bu barədə buyurur:

«Günaha israr etməkdən çəkin. Çünki bu ən böyük günahlardan hesab olunur».

İNSAN GƏRƏK KİÇİK GÜNAHLARDAN QAFİL OLMASIN
İmam Sadiq (ələyhissəlam) öz hədislərinin birində buyurur:

İslam Peyğəmbəri öz səhabələri ilə birlikdə səfərə çıxmışdı. Səfər zamanı onlar susuz və quru səhraya çatdılar. Peyğəmbər öz səhabələrindən çör-çöp yığmaqlarını istədi.

«Bura boş bir səhradır və yığılmağa heç bir şey gözə dəymir»-deyə səhabələr Peyğəmbərə xitab etdilər. Peyğəmbər buyurdu: Gedin və bacardığınız qədər yığın.

Onlardan hər birisi bir az quru çöp tapıb Peyğəmbərin hüzuruna gətirdilər. Peyğəmbər bu səhnəni gördükdə buyurdu:

«Günahlar da bu cür bir-birinin üstünə cəmləşir».

Sonra o həzrət buyurdu:

«Kiçik günahlardan qorunun. Çünki onların hamısı (Allah mələkləri tərəfindən) yazılıb saxlanılır».

Başqa bir hədisdə İmam Sadiq (ələyhissəlam) buyurur: Hər bir kiçik günaha israr etsən, onu böyük günah etmisən.

2. Günahı yüngül saymaq.

Hər bir kiçik günahı yüngül saymaq o günahı böyük günaha çevirir. Mətləbin daha aydınlaşması üçün aşağıdakı misala diqqət yetirin: Böyük bir daş parçasını başqasının başına vuran şəxs etdiyi işdən peşman olduğu halda, vurulan adamdan üzr istəsə, onun bağışlanması mümkündür. Əksinə əgər bir şəxs kiçik bir qum dənəsini başqasının başına vurduqdan sonra öz işindən peşman olmasa və nəticədə vurulan adamdan üzr istəməsə, onun bu əməlinə e’tiraz etdikdə isə bu işin çox kiçik olmasını dəlil gətirsə, daha vurulan şəxs onu heç vaxt bağışlamaz. Çünki onun bu sözü onda olan eqaistlik əhval-ruhiyyəsindən xəbər verir. Yə’ni vuran şəxs həddindən artıq özündən razıdır. Buna görə də günah işlədir. Bu barədə İmamlarımızdan nəql olunan bir neçə hədisə diqqət yetirək:

1. İmam Həsən əskəri (ələyhissəlam) buyurur:

Bağışlanmayan günahlardan biri də budur ki, insan (günah edən zaman) belə deyə: Kaş ki, Allahım bu günahdan başqasını görə məni cəzalandırmasın[3].

Bu söz onun etdiyi günahı yüngül saymasını göstərir.

2. İmam əli (ələyhissəlam) buyurur:

«Ən böyük günahlardan biri də odur ki, günah edən şəxs onu yüngül saysın.»

3. Zeyd Şəhham deyir: İmam Sadiq (ələyhissəlam)-ın hüzurunda ikən o həzrət belə buyurdu:

«Kiçik günahlardan qorun (onları yüngül sayma)! Çünki onlara bulaşanlar bağışlanmazlar». Ərz etdim:

Kiçik günah hansı günaha deyilir?

İmam buyurdu:

«Bir şəxs günah etdikdən sonra belə deyə: əgər bu günahdan başqa bir günahım olmasa, onda xoş mənim halıma».

4. Dördüncü hədisi dördüncü imam həzrəti Səccad (ələyhissəlam)-dan nəql edirik. O Həzrət dua edərkən öz Allahına belə ərz edir:

«Ey mənim Rəbbim! Günahlara israr etməkdən və günahları yüngül saymaqdan Sənə pənah gətirirəm (özün mənə bu iki şeydən çəkinməkdə kömək ol).»

3. Günah edən zaman şad olmaq.

Kiçik bir günahdan ləzzət almaq və günah edən zaman şadlanmaq, o günahın böyük günah kimi hesablanmasına gətirib çıxarır. Nəticədə günahın axirət əzabı da artır.

Bu haqda da Mə’sum Peyğəmbərimiz və İmamlarımızın müqəddəs kəlamlarından bir neçəsini araşdırırıq. Həzrət Əli (ələyhissəlam) buyurur:

«Pis iş etdikdə şadlanan kəs ən pis insandır».[4]

Yenə o həzrət buyurur:

«Allaha qarşı günah etməkdən ləzzət alan insan xar və zəlil olar.[5]

Ayrı bir hədisdə İmam Səccad (əleyhis-səlam) belə buyurur:

«Günah edən zaman şadlanmağın (mənfi) tə’siri günahın özündən çoxdur.[6]

Başqa bir hədisdə o həzrət buyurur:

«Günahın çətin axirət əzabı onun şirinliyini məhv edir».[7]

Sonra o həzrət buyurur:

«Ardınca cəhənnəm atəşi gələn ləzzətdə heç bir fayda yoxdur.»

Axırıncı hədis Peyğəmbər Həzrətlərindəndir. O həzrət buyurur:

«Gülə-gülə günah edən şəxs, ağlayan halda da cəhənnəmə daxil olar.»

4. Azğınlıq səbəbindən günah etmək.

Günahın azğınlıqla edilməsi onun böyük günaha çevrilməsinə səbəb olur.

Bu haqda «Naziat» surəsinin 37-38-ci ayələrində oxuyuruq:

«Azğınlıq (tüğyan) edən və dünya həyatını axirətdən üstün tutan şəxsin yeri şübhəsiz ki, cəhənnəmdir».

5. Allahın insana verdiyi möhlətdən qürurlanmaq.

Bə’zi vaxtlar günahkar insan Allahın ona verdiyi möhləti və onun cəzasını tə’xirə salmasını, Allahın ondan razı qalması kimi başa düşür. Kçik günahların böyük olmasının səbəblərindən biri də elə budur. «Mücadilə» surəsinin 8-ci ayəsində Allah-təala buyurur:

«Kafirlər öz-özlərinə deyərlər: «Dediklərimizə görə Allah bizi nə üçün əzaba uğratmadı? Cəhənnəmə vasil olacaqları onlara bəs eləyər. Onların gedəcəkləri o yer necədə pis yerdir!».

Bu ayədə Allah möhlətinə məğrur olanlara cəhənnəm və’dəsi verilmişdir.

6. Günahı aşkarda etmək.

Kiçik günahı aşkarda etmək həmin günahın böyük günaha çevrilməsinə gətirib çıxarır. Ona görə ki, bu iş həm günahkar şəxsin Allah qarşısında qorxmamazlığından xəbər verir, həm də cəmiyyətdə günahın əxlaqi dəyərləri məhv etməsinə səbəb olur. Bunun nəticəsində isə günah etmək adi bir işə çevrilir. Həzrət Əli (ələyhissəlam) bu barədə buyurur:

Aşkarda günah etməkdən çəkin. Çünki bu iş ən böyük günahlardan biridir.»[8]

Bu haqda başqa bir hədisdə imam Rza (ələyhissəlam) buyurur:

«Yaxşı işini camaatdan gizlədən şəxsin savabı 70 bərabərdir. Aşkarda günah edən şəxs isə xalq arasında xar olacaqdır».

7. Böyük şəxsiyyətlərin günahı.

Cəmiyyətdə nüfuzlu şəxsiyyətlərin günahları adi adamların etdikləri günahlardan fərqlidir. Ona görə ki, adlı-sanlı adamların şəxsiyyəti iki cəhətdən formalaşıb:

1. Fərdi cəhət.

2. İctimai cəhət.

İctimai nüfuza malik olduqları üçün onların günah etməsi cəmiyyətdə mənfi əhval-ruhiyyə yaradıb, ətrafdakıları pis yola çəkə bilər. Adi bir nümunəyə diqqət edək: əgər bir adam başqasının əlindən çirkli bir suyu alıb içər və xəstələnərsə, burada suyu verən şəxsi yox, onu içən təqsirləndirilir. Amma əgər bir şəxs çox gözəl xarici görünüşü olan bir dondurmanı alıb yesə və zəhərlənsə, burada dondurmanı istehsal edən zavod günahlandırılır. Çünki bu zavoddan dondurmanın aşağı keyfiyyətdə istehsalı gözlənilmir. Böyük şəxsiyyətlər də belədir. Camaat onlardan günah hərəkət gözləmirlər. Elə buna görə də onların günahı adi camaatın günahları ilə fərqlidir və bağışlanılmazdır.

Категория: Məqalələr | Просмотров: 562 | Добавил: Muslum_K | Рейтинг: 5.0/1
Всего комментариев: 2
2  
АЛЛАХ КЁМАЙИНИЗ ОЛУН

1  
ALLAH RAZI OLSUN QARDAS COOOX GOZELDI ELLERIN AGRIMASIN

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtarış
NAMAZI BELƏ QILAQ


İslama Xidmət © 2017
Конструктор сайтов - uCoz