Cümə, 20.10.2017, 13:31
Daxil oldunuz Гость | RSS

Www.Ehlibeyt.Clan.Su

Menyu
Qısa Məktublar
Bizim sual
Bismillahsiz Sure?
Всего ответов: 1713
Sayğac
İslami Saytların Reytinqi
Onlayn cəmisi 1
Qonaq 1
İstifadəçi 0
Главная » 2010 » May » 8 » Coşqun Cəfər: Varlı dilənçi
22:56
Coşqun Cəfər: Varlı dilənçi

Artıq gecə yarısı… saat on iki tamam.
Yavaş-yavaş azalır şəhərdə marşurutlar.
Metrolarda qalmayıb bir ənni-cinni adam,
Artıq vaxtı yetişib qapını bağlayırlar.
 

Nizami metrosunda cavan polis işçisi,
Ətrafa göz gəzdirir, qalan varmı yoxlaya.

Baxır, boylanır… amma gözü görmür heç kəsi,
Istəyir artıq gedib qapıları bağlaya.
  

…Birdən bir səs eşitdi, tez dayandı yerində,
Baxdı budur arxadan gələn bir dilənçidi.
Dedi : - xala bu vaxtı, bu gecənin korunda,
Burada neyləyirsən, artıq bu neçəncidi?
 

…Yoxdu bir ənni-cinni, marşurutlar çəkilib,
Bu saatda evinə nə ilə gedəcəksən..?
…Paltarı cırıq-cındır, yamaqlı qadın gülüb,
Dedi məni düşünmə, özün nə edəcəksən..?
 

Üstümə də bağırma, danışma mənlə elə,
Zəng etmişəm gələcək, gedəcəm taksi ilə…

 

Süzərək gözlərini, geri çəkdi yaxasın,
Çıxardı çantasından son model nokiasın.

…Zəng edən zaman birdən dayandı bir mersedes,
Sürücünün səsinə qabağa getdi polis.

Sürücü əli ilə dilənçini göstərdi,
Qadın təntik-tələsik özün maşına verdi.

Mersedes sürət ilə davam etdi yoluna,
Heç saymadan polisi, baxmadan sağ-soluna…
 

Polis başın bulayıb: "doğruymuş bu şəhərdə,
Pul bir nazirlərdədir, bir də dilənçilərdə”.
 

                                                         Coşqun Cəfər 

islammektebi.org

Категория: Məqalələr | Просмотров: 822 | Добавил: imamrza_asiqi | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtarış
NAMAZI BELƏ QILAQ


İslama Xidmət © 2017
Конструктор сайтов - uCoz