Cümə, 20.10.2017, 13:26
Daxil oldunuz Гость | RSS

Www.Ehlibeyt.Clan.Su

Menyu
Qısa Məktublar
Bizim sual
Bismillahsiz Sure?
Всего ответов: 1713
Sayğac
İslami Saytların Reytinqi
Onlayn cəmisi 1
Qonaq 1
İstifadəçi 0
Главная » 2010 » İyun » 15 » Əziz müsəlman bacı və qardaşlar! Mübarək Rəcəb ayı yaxınlaşır!
23:07
Əziz müsəlman bacı və qardaşlar! Mübarək Rəcəb ayı yaxınlaşır!

Əziz müsəlman bacı və qardaşlar! Mübarək Rəcəb ayı yaxınlaşır!
Bu ay - Allah qonaqlığı üçün səfərə hazırlıq aylarından birincisidir. Bu ay - tövbə diləmə, bağışlanma istəmə, ləyaqət və şərafət əldə etmə, yalandan, qeybətdən, böhtandan, qorxaqlıqdan, yaltaqlıqdan, zülmün qarşısında acizlikdən müalicə olunma ayıdır.
Rəcəb ayının ilk gecəsi (yə’ni, cəmaduyəs-sani ayının axırıncı günündən rəcəb ayının ilk gününə keçən gecə) bu duanı oxumaq tövsiyə edilmişdir:
«Əllahummə bərik lənə fi racəbin və şə’bənə və bəlliğnə şəhra-Rəməzan»
(Duada Allah Təaladan 3 mübarək ayın - Rəcəb, Şə’ban və Ramazan aylarının fəzilətlərinin əta edilməsi istənilir)
Rəcab ayının ilk cüməsinin gecəsi (yə’ni Rəcəbin ilk cümə axşamından ilk cüməsinə keçən gecə) leylətul-rəğayib adlanır. Bu gecəni ibadət və dualarla keçirmək tövsiyə olunub.
HƏDİS. Rəcəb ayı haqqında.
İmam Sadiqdən (ə) nəql edirlər: «Qiyamət günü carçı ərşin bətnindən bir fəryad çəkər: «Eynər-racəbiyyun? /haradadır rəcəb ayının əhli?/» Və insanlardan bir qrupu ayağa qalxır və onların simasının nuru topluma işıqlıq və nuraniyyət verir. Bu insanların başlarının üzərinə dürr və yaqutla zinətlənmiş sultanlıq tacları qoyular. Onların hər birinin sağ tərəfində min mələk və sol tərəfində min mələk olar. Və (mələklər) söyləyərlər: "Ey Allahın bəndəsi! Xoş gəlmisən! Allahın sənə əta etdiyi sənin üzərinə mübarək olsun!” Bu zaman Allah cəllə-cəlaluh tərəfindən nida gələr: «Ey mənim qadın və kişi bəndələrim! İzzət və cəlalıma and olsun ki, sizin mübarək məqamınızı əziz tutacağam və sizə çoxlu sayda ətalar bəxş edəcəyəm və sizə behiştdə saraylar verəcəyəm ki, orada çaylar axır. Və orada əbədi qalacaqsınız. Və nə gözəl mükafatdır o kəslər üçün ki, çalışmışdırlar. Siz könüllü surətdə - Mənim xatirimə, bir ayda ki, onun hörmətini uca tutdum və haqqınin riayət olunmasını vacib bildim - oruc tutdunuz. Ey mənim mələklərim! Bu kişi və qadın bəndələrimi behiştə aparınız!». Bu mükafat o kəs üçündür ki, bu ayın bir miqdarında oruc tuta. Və hətta 1 gün olsa da belə: əvvəlində, ortasında və ya axırında».
Rəcəb ayının əməllərindən.
Rəcəb ayının əvvəl, orta və axır günlərində qüsl almaq müstəhəbdir və bu əməl günahların bağışlanmasına səbəb olar.
Rəcəb ayının bütün günləri oruc tutmaq müstəhəbdir və günahların bağışlanmasına səbəb olar. Hər kəs də qismət olan miqdarda bu günlərdən bəhrələnə bilər.
Rəcəb ayında ən azı 3 gün oruc tutmağın çox böyük fəziləti vardır. O kəslər ki, Rəcəb ayında oruc tutmaq imkanları yoxdur, onun yerinə sədəqə versinlər (imkanları çərçivəsində). Oruc tutmağa və sədəqə verməyə imkanı olmayan insanlar, əvəzində zikrlər deyə bilərlər.
Rəcəb ayında mə’sumların mübarək hərəmlərini ziyarət etməyin böyük fəziləti vardır.
Rəcəb ayında tövbə və istiğfar etməyin və təhlil deməyin (lə iləhə illəllah) böyük fəziləti vardır.
                             
http://deyerler.org/
Категория: Məqalələr | Просмотров: 691 | Добавил: imamrza_asiqi | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtarış
NAMAZI BELƏ QILAQ


İslama Xidmət © 2017
Конструктор сайтов - uCoz