Çərşənbə, 24.04.2024, 17:16
Daxil oldunuz Гость | RSS

Www.Ehlibeyt.Clan.Su

Menyu
Qısa Məktublar
Bizim sual
Bismillahsiz Sure?
Всего ответов: 1719
Sayğac
İslami Saytların Reytinqi
Onlayn cəmisi 1
Qonaq 1
İstifadəçi 0

Главная » 2010 » Fevral » 24 » Təqvanın əhəmiyyəti
23:54
Təqvanın əhəmiyyəti

              Təqvanın  əhəmiyyəti

 

   Qurani - Kərimin  müxtəlif  ayələrində   təqvanın əhəmiyyəti   barəsində   söz  gəlibdir.

«Hücurat»  surəsinin  13-cü  ayəsində  insanların  ən  yaxşısı  və  kəramətlisi   onların    təqvalıları   hesab  olunubdur  (həqiqətən,  siz  insanların   kəramətlisi  Allah  yanında  sizin  ən  təqvalılarnızdır ).  «Bəqərə»  surəsinin   197-ci  ayəsində  təqva  insanlara  lazım  olan ən  yaxşı  əməl xəzinəsi  hesab  edilibdir,  (  «Qiyamətə  görə  özünüz  üçün»  əməl  xəzinəsi  hazırlayın  və  «bilin  ki» əməl xəzinəsinin  ən  yaxşısı  təqvadır»).Qurani - Kərimin  müxtəlif  ayələrində   bütün  peyğəmbərlərin  əsas   dəvəti   insanları  təqvaya  çağırmaq   olubdur. Qurani-  Kərim  təqvanın daha artıq  əhəmiyyətini  çatdırmaq  üçün «Muddəsir» surəsinin  56-cı  ayəsində  böyük Allahı   təqvalılar  içnidə hesab  edibdir ( O Allah  təqvalılardan   və O,  bağışlayandır).

«Bəqərə»  surəsinin   282-ci  ayəsində  İlahi  elmlərə  malik  olmağın   yolu  yalnız   təqvalı  olmaq  tanıtdırılıb ( İlahi təqvaya  riayət  edin, ta   ki  Allah  tərəfindən elmə  sahib  olasınız).     İndi  isə,  görək,   təqvanın   həqiqi  mənası   nə  deməkdir.  Qurani - Kərimdə  təqva  haqqında  gələn  ayələrin  bir  neçəsinə   diqqət   yetirsək,     aydın  olar  ki,  insaniyyətin  ən  mühüm  dəyəri, ( bütün  ibadətlərdən  məqsəd)   insanların  təqvali  olmaları hesab  edilibdir.   « Şəms» surəsinin 8-ci  ayəsində   təqva  sözü  bütün  pisliklər  qarşısında  qərar  verilib.   Qurani-  Kərimdə insanın   hər   əməli, təmiz  niyyət,  ixlas  və  həqiqi   iman  əsasında    olması kimi  təqva   tanıtdırılıb  ,   Təqva,  həqiqətdə İlahi  ruhiyyə  (məsulliyyət)  hissidir ki, qəlbə  İman   nuru    saçandan  sonra,    insanı     günahlar və haram işlərdən  çəkindirib,  yaxşılıqlara  doğru  dəvət  edib    vacib  əməlləri  yerinə  yetirməkdə  ona  kömək  edir.

 Həzrət  Əmirəlmöminin  Əli (ə)  «Nəhcül - bəlağə»  kitabının  müxtəlif xütbələr  və  kəlamlarında   təqva  mövzusuna   toxunub,    təqvanın  təsir  nəticələrinə   işarə  edib və  müsəlmanları  təqvalı  olmağa  çağırıb.  O  həzrət  «Nəhcül - bəlağə»  kitabının  16-c ı xütbəsində  təqvanı  günahlar  ilə  müqayisə  edərək  belə  buyurub:  «Bilin  ki ,  günahlar  vəhşi   at  kimidir ki,  cilovları ( ipləri) öz  başına  boşlanıb  və sahiblərini  cəhənnəmin  dərinliyinə  tərəf   çəkib  aparırlar,  amma  təqva  isə   bir  əhlil  at  kimidir ki, öz  sahibilərini  Behiştin  ən  gözəl  mərtəbəsinə  qədər    aparırlar».   Həzrət  Əli  (ə)  bu  gözəl  oxşatmada  belə  aydın  edir ki,  insan  öz nəfsinə  hakim  olsa, özünü     günahlar,  pisliklər və   şəhvətlərdən  çəkindirib   təqvalı  olar  və   əksinə,  günahlara  tabe olmaq  isə   təqvasızlıq  deməkdir. Həzrət  Əli  (ə)  190-cı  xütbədə   təqvanı   etibarlı  sığınacaq  və  Allah  ilə  insanlar  arasında  olan  ən möhkəm    vasitə  hesab  edib.  O  həzrət  «Nəhcül  bəlağə»-nin  161-ci  xütbəsində bütün insanları  təqvalı  olmağ  dəvət  edib   və  təqvanın  müxtəlif  təsir  və  nəticələrini  izah  edib:     «Ey  Allahın  bəndələri,  sizə  təqvalı  olmağ o vəsiyyət  edirəm.  Təqva  sizin  üçün  əməl  xəzinəsi   və  sığınacaqdır.  O,  sizi   son məqsədinizə,  yəni  Behşitə  çatdırıb     bütün  xətərlərdən   qoruyacad.  Allahın  ən  yaxşı   bəndələri-  «peyğəmbərlər»  insanları  ona  tərəf  çağırıblar.  Ey  Allah   bəndələri !   İlahi  təqva  insanları   haram  əməllərdən  çəkindirər  və  onların  qəlblərini  Allah  qorxusu  ilə  doldurar. Təqva   nuru  onların   ruhlarına sonsuz  təsir  bağışlayandan  sonra   onlar   gecələri  oyaq  qalıb  ibadət  ilə  məşqul  olarlar,  isti  günləri  oruc  tutarlar,  bütün  çətin   əməlləri   rahatlıqla  qəbul  edərlər».

  Təqvalı  insanlar  aydın  bilirlər  ki , bu  dünya  keçicidir   və eyni  zamanda  bütün  çətinliklər  və  bəlalar  ilə birlikdədir,  amma sonda insan   hər  şeyi  bu dünyada   qoyub getməlidir.   Bu  mənaya   Həzrət  Əli  (ə) 114-cü  xutbədə   toxunub  və  belə  buyurub:  «Təqvalı  insanlar  yaşamağın  sonunu  yaxın görüb  nəticədə   yaxşı  əməllər yerinə  yetirməyə  çalışıblar,  öz  arzularını  kiçildərək    həmişə yaşayışlarının   sonunu  nəzərə  alıblar »

        İmam  Əli  (ə)   «Nəhcül – bəlağə»  kitabnın  157-ci  xütbəsində  təqva  barəsində  belə  buyurub:  «Ey  Allah bəndələri !  Bilin ki,  təqva  bir  möhkəm  qala  kimidir, amma  günahlar isə bir  bünövrəsiz  evə  bənzər  ki,  öz  əhlini qoruya   bilmir.   O  həzrət  157-ci  xütbədə  təqvanın  ən  dəyərli  nəticəlrindən  birinə  işarə  edib:  «Bilin,  təqva  vasitəsi  ilə  günahların  zərərli  nəticələrini  aradan  qaldırmaq  olar   və təqvadan  ələ  gəlmiş  yəqin  ilə  ən   üstün  dərəcələrə  çatmaq  olar.      İmam  Əli (ə)  «Nəhcül - bəlağə»nin  191-ci  xutbəsində  belə buyurub: « Ey  Allah  bəndələri !  Sizə ilahi  təqvaya  riayət  etməyi  tövsiyə  edirəm.  Təqva  bir ilahi  haqqdır  (Sizin  üzərinizdə),  siz  təqvaya  sahib  olmaqla    Allah  sizə  ( Onun  yolunda)  addım  atmağa  daha  artıq   köməklik  edər.  Sizə  vəsiyyət  edirəm ki  təqvanı   əldə  etməkdə  Allahdan  köməklik  istəyin  və  təqva  vasitəsi  ilə  Allahın   əmrlərini  yerinə  yetirin,  çünki  təqva  sizin yaşadığnız   günlər  sizin  üçün  əmin,  sizi  bəlalardan  qoruyandır,  sabah  isə  (öləndən  sonra )  behşitə çatmağın  yoludur.  Təqva  yolu  ən aydın  və  aşkar  yoldur.  Bu  yolu   gedən sonsuz  faydalar  əldə  edəcək.  Qiyamət  günündə  insanın  ən  ehtiyacı  olduğu  şey  onun  təqvası  olacaqdır,  o  Qiyamət   günü  ki,  Allah  bütün  bəxş  etdiyi  nemətlər  qarşısında    sual  soruşacaq.» 

İnsan  İlahi  təqvaya  riayət  eməklə  həqiqi  möminlik  mərtəbəsinə  çatır.  Təqva  ruhiyyəsi  insana  vacib  və bəyənilmiş  əməlləri  yerinə  yetirməkdə  kömək  edir  və  Allahın   bəyənmədiyi    işlərdən  çəkinməkdə  yardım  edir.  İmam  Əli  (ə)  «Nəhcül - bəlağə»  kitabının 184-cü  xutbəsində   dostlarının  birinin  sualı  qarşısında  O,  həzrətdən təqvalı  insanların  xüsusiyyətlərini soruşmuşdu    bir  ali rəssam  kimi  təqvaya  malik  olan  insanların  xüsusiyyətlərinin  incəliklərini  bəyan  edib.  

İndi  isə,   o  xutbənin  bir  neçə  hissəsini  diqqətinizə  çatdırmaq  istəyirik.

  İmam Əli  (ə)  sual  soruşan dostuna   ilahi  təqvaya  riayət  etməyi  tövsyiə  edəndən  sonra  belə  buyurub:  «Təqva  sahibləri  dünyada   üstünlüklər  sahibidirlər.   Onlar danışıqlarında həmişə  düzlüyə   riayət  edərlər,  geyimlərini   orta  səviyyədə  seçərlər,  xalq  arasında mülayim   hərəkət  edərlər  ( təkəbbürlü  olmazlar).  Allah  onlara  haram  etdiyi  şeylərə   gözlərini  yumarlar,  onlara  fayda  yetirən  elmlərə  qulaq   asar  və  faydasız   danışıqlardan  çəkinərlər,  çətinlik  və  bəlalarla  qarşılaşanda   özlərini  eynilə  rahatlıqda olduğu  kimi  apararlar. Allah  onlar  barəsində   qərar  verdiyi   şeylərə  razı  olarlar. Əgər  Allah  onlara  ölüm  vaxtalrını  yazmasaydı,  onlarun  savaba  nail  olmaq həvəsindən   və cəhənnəm  odunun qorxusundan      ruhları  bədənlərində  qərar  tutmazdı.   Allah  onların  nəzərində  böyük,   Allahdan qeyri isə  onların  gözündə  kiçikdir,  Behiştə  inamları - Behişt  əhlini  görənlərin  inami  kimidir,  cəhənnəm  oduna  inamları    isə  cəhənnəm  atəşində  əzaba  düçar  olanları  görənlər   kimidir,  ürəkləri   qəmli  kimidir,    xalqa  heç   cür  əziyyət  verməzlər, ... gecələr  Quran   oxuyub  və diqqətə  onun  mənaları  barəsində   fikir  edərlər.      Quranın  nurundan    öz  dərdlərinə  dərman  arayarlar,  Behişt barəsində  olan  ayələrə  yetişərkən sevinər,   cəhənnəm   barəsində  olan ayələri  oxuyarkən  ürəkləri  kədərlənər,  elə  bil  ki,  cəhənnəmdə  əzab  alanların  fəryadlarını  eşidərlər.  Namaz  vaxtı  ruku  edib  səcdə üzvlərini  torpağa  qoyarlar   və  Allahdan  günahlarının  bağışlanmağını  və  cəhənnəm  odundan  azad olmaqlarını  istəyərlər...»

   Allah  bizim   hamımıza  imkan  versin ki, mübarək   Ramazan  ayının  oruc  ipini  tutaq.             

   Bu  ayda   Quran   ayələrini  oxuyub  ürəklərimiz  İlahi  nur ilə  işıqlansın. Allahdan arzu  edirik ki,  Oruc  tutmaq  sayəsində  İlahi   təqvanı   əldə  edək   və  həqiqi  möminlərdən  olaq. 

                                                      

 

                                                       Sual-cavab

Imanlı insanda hansı xüsusiyyətlər olmalıdır?

 Cavab:   Quran  ayələri  və  Əhli-beyt  hədislərində  möminlərə  məxsus  bi  çox  sifətlər  sadalanır.  Biz  yalnız «Ənaf»  surəsində  qeyd  edilmiş  sifətlərdən  danışacağıq:  «  Möminlər  yalnız  o kəslərdir  ki,  Allahın  adı  çəkiləndə  ürəkləri  qorxudan  titrəyir».

 Həqiqi  möminlərdə  üç  mənəvi və  iki  əməli  keyfiyyət  olur.  Üç  mənəvi xüsusiyyət məsuliyyət hiss edir və onun buyurduğu vəzifələrdə səhlənkarlıq göstərmir.

Möminlərin ikinci  mənəvi xüsusiyyəti olur ki, Allahın ayələri oxunduğü zaman imanları artar.

Təkamül bütün dirilərə məxsus olan xüsusiyyətdir. Əgər insanın qəlbirdə iman ölməmişsə, o inkişaf etməlidir. Diri iman isə yalnız həqiqi möminlərin qəəlbində olur.

Möminlərə məxsus üçüncü sifət, onların yalnız Allaha təvəkkül etməsidir. Onların düşüncələri o qədər uca və genişdir ki, zənf   təbiətli insan nəslinə güvənməzlər.

Möminlərin əməli xüsusiyyətləri haqqında belə buyurudur: «Namaz qılar və verdiyimiz ruzidən sərf   edərlər». Aydın olur ki, həqiqi möminlərin həm Allah, həm də cəmiyyət qarşısında əməli vəzifələri vardır: ibadət və xalqa yardıım!

Behiştdə(cənnətdə) hansı nemətlər vardır?

Cavab: Qurani-Kərimdə behiştin maddi və mənəvi nemətlərrindən ətraflı şəkildə danışılmışdıır. Səkkiz qapısı olan behiştdə möminləri səkkiz böyük nemətin gözlədiyi bildirilmişdir:

1.   Yamyaşıl behişt bağları,  göz yaşı tək duru bulaqlar.

2.   Bütün xəstəliklərdən və ağrıılardan uzaq sağlamlıq.

3.   Asayiş və əmin-amanlııq.

4.   Kin-küdürətsiz, xeyanətsiz açıq ürək.

5.   Məhəbbətlə müşayiət olunan qardaşlıq.

6.   Taxtlarda üz-üzə əyləşib, kimsənin kimsəyə arxa çevirməməsi.

7.   Yorğunluq və zəhmətdən uzaq təravət.

8.   Mövcud nemətlərin əbədiliyi.

Maraqlıdır ki, bütün bu nemətlər təqvalıı insanlara vəd edilir. Amma bu nemətlər haqqında eşidib, öz günahlarına peşman olan insanlar da məyüs edilir. Allah-təala Quranda belə buyurur: «Qullarıma xəbər ver ki, Mən, həqiqətən bağışlayan və rəhm edənəm». 


 

 

 
Hacı Həmid Vahidzadə

İMAN.GE


Категория: Məqalələr | Просмотров: 1323 | Добавил: imamrza_asiqi | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtarış
NAMAZI BELƏ QILAQ


İslama Xidmət © 2024
Конструктор сайтов - uCoz