Cümə, 29.03.2024, 12:16
Daxil oldunuz Гость | RSS

Www.Ehlibeyt.Clan.Su

Menyu
Qısa Məktublar
Bizim sual
Bismillahsiz Sure?
Всего ответов: 1719
Sayğac
İslami Saytların Reytinqi
Onlayn cəmisi 1
Qonaq 1
İstifadəçi 0

Главная » 2010 » İyul » 1 » Salmanın qonaqpərvərliyi
23:42
Salmanın qonaqpərvərliyi
        «Salmanın qonaqpərvərliyi»
Mərhum Ayətullah Seyid Məhəmməd Baqir Qəzvininin (vəfatı 1246 q.) yaxınlarından olan Seyyid Murtəza Nəcəfi belə nəql edir:
Kazimeyndə olduğum zaman mərhum Seyyid Məhəmməd Baqir Qəzvininin İmam Rzanın (ə) ziyarətindən qayıdandan sonra, hüzurunda oldum. Seyyid dedi:
Salman Farsinin ziyarətinə getmək istəyirəm. Özün və dostun Seyyid Murtəza üçün heyvan icarə et və görüş yerimiz filan yerdə olacaq.
Səhəri gün tə`yin olunmuş yerdə görüşəndə gördük ki, Seyyid at belində yola heç bir azuqə götürmədən gəlmişdi. Biz birmirdik ki, Seyyid bizim yol üçün hazırlıq görəcəyimizdən əmin olduğu üçün özü heç bir şey götürməyib.
Həzrət Salman Farsinin hərəminə çatıb orada bir mənzil icarə etdik. Seyyid hərəmə gedib, namaz və ziyarətdən sonra dedi:
Evimiz haradadır? Evi ona göstərdim. Seyyid soruşdu:
Çıraq haradadır? Birdən yadıma düşdü ki, özümüzlə çıraq gətirməmişik. Dedi:
Qəhvə hazırdır? (Seyyid qəhvəni çox xoşlayardı) Utandığımdan başımı aşağı saldım, çünki qəhvəmiz də yox idi. Seyyid üzünü həzrət Salmanın hərəminə tərəf tutub dedi:
Ey Salman, sən səxavətli və qonaqpərvər bir tayfanın xadimi olmusan və mən də həmin nəsildənəm. Bu təzəlikdə İmam Rzanın ziyarətindən qayıtmışam və Əmirəlmö`minin Əlinin (ə) ziyarətinə də getmək istəyirəm. Allaha and içirəm, əgər bu axşam bizim qəhvəmiz gəlməsə, Həzrət Əliyə (ə) səndən şikayət edib deyəcəyəm ki, Salmanın qonağı oldum, amma məni yaxşı qarşılamadı. Elə bu zaman hərəmin xidmətçisi əlində iki şamdan və beş-altı ədəd də ağ şam içəri girib, dedi:
Bunu zəvvarların istifadəsi üçün gətiriblər, buyurun götürün. Şamları götürüb yandırdıq. Seyyid yenə üzünü Salmanın hərəminə tərəf tutub əvvəlki sözünü təkrar etdi. Sözünü deyib qurtarmamış bir kişi içəri daxil oldu. Seyyidi görüb dedi:
Çox qəribə bir əhvalatım var. Seyyid dedi:
Qəhvən necə? Dedi:
O da var. Seyyid ona dedi:
Əvvəl get, qəhvəni gətir, sonra əhvalatını danışarsan. Həmin şəxs gedib bir xeyli qəhvə, onu hazırlamaq üçün lazım olan şeylər və bir miqdar da şirin çörək gətirdi. Seyyid dedi:
Salman istədiyimdən artıq lütf etdi. Həmin ərəb sözə başladı:
Mənim bir gəmim var. İşim tacirlərin yükünü Bəsrədən Bağdada aparmaqdır. Bu axşam hərəkət edəndə külək əsirdi və gəmi çox sür`ətlə gedirdi. Birdən Salmanın qəbrinin yaxınlığına çatanda, gəmi dayandı. Elə bil ki, bir iddə onun hərəkətinin qarşısını almışdı. Nə qədər çalışsaq da, gəmini hərəkətə gətirə bilmədik. Bu vaxt sanki kimsə mənə dedi:
Ay bədbəxt, hər dəfə Həzrət Salmanın qəbrinin yanından keçirsən, amma çoxdandır ki, onu ziyarət etmirsən.
Gəmidən çıxıb, ziyarət üçün bura gəldim və bu işin sirrini (hikmətini) başa düşmədim. Biz də macəranın nə olduğunu onun üçün danışdıq. Səhər Seyyid mənə dedi:
Ona yükünü gəmiyə qədər aparmağa kömək edin.
Mən onu gəmiyə qədər ötürdüm. Hamı gəmiyə mindikdən sonra, gəmi sür`ətlə hərəkət etməyə başladı. O vaxta qədər dənizçilər gəminin tə`miri ilə məşğul olsalar da, bir iş görə bilməmişdilər və bu hadisə hamıda heyrət doğurdu.

Категория: Məqalələr | Просмотров: 917 | Добавил: imamrza_asiqi | Рейтинг: 5.0/1
Всего комментариев: 2
2 ya_ZEHRA  
0
angel

1 Lale  
0
salam duzdu men hecne basa dusmedim ama biliremki nese mocuze bas verib

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtarış
NAMAZI BELƏ QILAQ


İslama Xidmət © 2024
Конструктор сайтов - uCoz