Çərşənbə axşamı, 23.04.2024, 20:04
Daxil oldunuz Гость | RSS

Www.Ehlibeyt.Clan.Su

Menyu
Qısa Məktublar
Bizim sual
Bismillahsiz Sure?
Всего ответов: 1719
Sayğac
İslami Saytların Reytinqi
Onlayn cəmisi 1
Qonaq 1
İstifadəçi 0

Главная » 2010 » Avqust » 15 » Ramazan Ayı haqqında Hədislər və Ramazan Ayının Fəziləti
00:27
Ramazan Ayı haqqında Hədislər və Ramazan Ayının Fəziləti

Ramazan Ayı Haqqında Hədislər


Qur’an: «İnsanları hidayət etmək, aydın yolu göstərmək və haqqı batildən ayırmaq üçün Qur‘anın nazil olduğu (bu həmin) Ramazan ayıdır. Beləliklə, kim bu ayı görərsə (əgər səfərdə olmasa) oruc tutmalıdır. Kim xəstə, ya səfərdə olarsa, gərək həmin günlərin sayı qədər başqa vaxtda oruc tutsun. Allah sizin üçün asanlıq istəyir, sizin üçün çətinlik istəmir. Gərək (təyin olunmuş) sayı kamala çatdırasınız və sizlərə doğru yol göstərdiyinə görə Allahı böyüklüyü ilə yad edəsiniz (təkbir deyəsiniz) və bəlkə də şükr edəsiniz.»

1. Allahın Peyğəmbəri (s.a.a.): «Ramazan günahları yandırdığına görə Ramazan adlandırılmışdır.»
2. Allahın Peyğəmbəri (s.a.a.): «Ramazan ayının ilk gecəsi səmanın qapıları açılar və son gecəsinədək bağlanmaz.»
3. Allahın Peyğəmbəri (s.a.a.): «Əgər bəndə Ramazan ayının qiymətini bilərsə, ilin başdan-başa Ramazan olmasını istər.»
4. Allahın Peyğəmbəri (s.a.a.): «Ramazan ayının hilalı görünəndə Cəhənnəmin qapıları bağlanar, Cənnətin qapıları açılar və şeytanlar zəncirlənərlər.»
5. İmam Əli (a.s.): «Bir gün Allahın Rəsulu (s.a.a.) bizə xütbə söyləyən zaman buyurdu:
«Ey insanlar! Həqiqətən bərəkət, rəhmət və bağışlanmaq ayı sizə doğru gəlməkdədir. Bu ay Allahın yanında ən üstün ay, günləri ən yaxşı günlər, saatları isə ən yaxşı saatlardır. Bu ayda siz, Allahın qonaqlığına də‘vət olunmusunuz və Allahın kəramətindən bəhrələnənlərin cərgəsində dayanmısınız. Bu ayda sizin nəfəsləriniz Allaha təsbih, yuxunuz ibadətdir, əməlləriniz qəbul, dualarınız müstəcəbdır…»
Mən qalxıb ərz etdim: «Bu ayda ən yaxşı əməl nədir?»
Allahın Peyğəmbəri (s.a.a.) buyurdu: «Ey Əbəl-Həsən! Bu ayda ən yaxşı əməl, özünü Allahın haram etdiklərindən çəkindirməkdir.»
6. İmam Baqir (a.s.): «Allahın Rəsulu (s.a.a.) Şəban ayından üç gün qalmış Bilala göstəriş verərdi ki, camaatı toplaşmağa səsləsin. Camaat toplananda Allahın Peyğəmbəri (s.a.a.) minbərə qalxar, Allaha həmd, tərif söyləyəndən sonra buyurardı:
«Ey insanlar! Həqiqətən bu ay sizə tərəf üz tutub və bu bütün ayların ağasıdır. Onda bir gecə var ki, min aydan yaxşıdır. Bu ayda Cəhənnəmin qapıları bağlanar, Cənnətin qapıları açılar. Kim bu ayı yaşasa və bağışlanmasa, Allah-taala onu Öz rəhmətindən uzaqlaşdırar.»
7. İmam Sadiq (a.s.) (Ramazan ayının hilalını görən zaman öz övladlarına söylədiyi tövsiyələrdən): «Bü ayda öz canlarınızı zəhmətə və sə‘yə vadar edin. Çünki bu ayda ruzilər bölünər, əcəllər yazılar və Allah dərgahına daxil olan qonaqların adları qeydə alınar. Bu ayda bir gecə var ki, o gecənin əməli min ayın xeyir əməlindən yaxşıdır.»
8. Allahın Peyğəmbəri (s.a.a.): «Kim Ramazan ayını yaşasa və bağışlanmasa, Allah-taala onu Öz rəhmətindən uzaqlaşdırar.»
9. Allahın Peyğəmbəri (s.a.a.) (Ramazan ayının gəlişi ilə bağlı xütbəsindən): «Bu böyük ayda Allahın bağışlanmasından məhrum olan kimsə bədbəxtdir.»
10. Allahın Peyğəmbəri (s.a.a.): «Ramazan ayında bağışlanmayan kimsə, bəs hansı ayda bağışlanacaq?!»
11. İmam Sadiq (a.s.): «Ramazan ayında bağışlanmayan kimsə Ərəfatda qalması istisna olmaqla, gələn Ramazanadək bağışlanmaz.»


http://s04.radikal.ru/i177/1008/95/1011a46f24c2.jpg


Ramazan Ayının Fəziləti


Peyğəmbər əfəndimiz (s.a.s.), Ramazan ayının fəziləti haqqında buyurur ki:

Ramazan ayı mübarək bir aydır. Allahu təala, sizə Ramazan orucunu fərz etdi. O ayda rəhmət qapıları açılar, Cəhənnəm qapıları bağlanar, şeytanlar bağlanar. O ayda bir gecə vardır ki, min aydan daha qiymətlidir. O gecənin [Qədr gecəsinin] xeyrindən məhrum qalan, hər xeyrdən məhrum qalmış sayılar.

Ramazan ayı gəlincə, Xeyr əhli, xeyirə qaç, şər əhli, pisliklərdən əl çək deyilir.

Ramazan bərəkət ayıdır. Allah bu ayda, günahları bağışlayar, duaları qəbul edər.

Ramazan gəlincə, Allahu təala mələklərə, möminlərə istiğfar etmələrini əmr edər.

Fərz namaz, sonrakı namaza qədər; Cümə, sonrakı Cüməyə qədər; Ramazan ayı, sonrakı Ramazana qədər olan günahlara kəffarə olar.

Ard-arda üç gün oruc tuta bilənin, Ramazan orucunu tutması lazımdır.

Bu aya Ramazan deyilməsinin səbəbi, günahları yandırıb əritdiyi üçündür.

Ramazanın başı rəhmət, ortası bağışlama, sonu isə, Cəhənnəmdən qurtuluşdur.

İslam, sözü şahidlik gətirmək, namaz qılmaq, zəkat vermək, Ramazan orucunu tutmaq və həcc etməkdir.

Allahu təalanın, gözlərin görmədiyi, qulaqların eşitmədiyi və heç kimin xəyalına belə gəlməyən nemət dolu süfrəsi, ancaq oruclular üçündür.

İmamı Rəbbani həzrətləri də buyurur ki:

Mübarək Ramazan ayı, çox şərəflidir. Bu ayda edilən, nafilə namaz, zikr, sədəqə və bütün nafilə ibadətlərə verilən savab, başqa aylarda edilən fərzlər kimidir. Bu ayda edilən bir fərz, başqa aylarda edilən yetmiş fərz kimidir. Bu ayda bir orucluya iftar verənin günahları bağışlanar. Cəhənnəmdən azad olar. O oruclunun savabı qədər, ayrıca buna da savab verilər. O oruclunun savabı heç azalmaz.

Bu ayda, əmri altında olanların, işlərini yüngülləşdirən, onların ibadət etmələrinə asanlıq göstərən komandirlər də bağışlanar, Cəhənnəmdən azad olar. Ramazan ayında, Rəsulullah, əsirləri azad edər, hər istənilən şeyi verərdi. Bu ayda ibadət və yaxşı iş edə bilənlərə, bütün il bu işləri etmək nəsib olar.


Bu aya hörmətsizlik edənin, günah işləyənin bütün ili, günah işləməklə keçər.

Bu ayı fürsət bilməli, əldən gəldiyi qədər ibadət etməlidir. Allahu təalanın razı olduğu işləri etməlidir. Bu ayı, axirəti qazanmaq üçün fürsət bilməlidir.

Qurani Kərim Ramazanda endi. Qədr gecəsi bu aydadır. Ramazanı ayında iftarı erkən etmək, sahuru gec etmək sünnətdir. Rəsulullah bu iki sünnəti etməyə çox əhəmiyyət verərdi.

İftarda tələsik etmək və sahuru gecikdirmək, bəlkə insanın acizliyini, yeyib içməyə və hər şeyə möhtac olduğunu göstərməkdədir. İbadət etmək də onsuz da bu deməkdir.

Xurma ilə iftar etmək sünnədir. İftar edincə, (Zehebez-zama vebtellet-il uruk və sebet-el-ecr inşaallahı təala) duasını oxumaq, təravih etmək və xətim oxumaq əhəmiyyətli sünnətdir.

Bu ayda, hər gecə, Cəhənnəmə girməsi lazım olan, minlərlə Müsəlman bağışlanar, azad olar.

Bu ayda, Cənnət qapıları açılar. Cəhənnəm qapıları bağlanar. Şeytanlar, zəncirlərə bağlanar. Rəhmət qapıları açılar. Allahu təala, bu mübarək ayda Onun şanına yaraşacaq, qulluq etməyi və Rəbbimizin razı olduğu, bəyəndiyi yolda olmağı, hamımıza nəsib etsin!

Açıqdan oruc yeyən, bu aya hörmət etməmiş olar. Namaz qılmayanın da, oruc tutması və haramlardan qaçınması lazımdır. Bunların orucu qəbul olar və imanları olduğu aydın olar.

Ramazanda oruc tutmaq haqqındakı hədisi şəriflərdə buyurulur ki:

Ramazan orucu fərz, təravih namazı isə sünnətdir. Bu ayda oruc tutub, gecələrini də ibadətlə keçirənin günahları bağışlanar.

Ramazan orucunu fərz bilib, savab gözləyərək oruc tutanın günahları bağışlanar.

Ramazan orucunu tutub ölən mömin, Cənnətə girər.

Ramazan bərəkət ayıdır. Allah bu ayda, günahları bağışlayar, duaları qəbul edər. Bu ayın haqqını güdün! Ancaq Cəhənnəmə gedəcək olan, bu ayda rəhmətdən məhrum qalar.

Ramazan ayında ailənizin sədəqəsini geniş tutun! Bu ayda edilən xərcləmə, Allah yolunda edilən xərcləmə kimi savabdır.

Oruclunun susması təsbeh, yuxusu ibadət, duası məqbul, əməli də çox savabdır.

Oruclu ikən çirkin danışmayın! Biri sizə sataşsa, Mən orucluyam dəyin!

Ramazanı şərifdə, oruc tutmaq çox savabdır. Üzrsüz oruc tutmamaq böyük günahdır. Hədisi şərifdə, (Üzrsüz, Ramazanda bir gün oruc tutmayan, bunun yerinə bütün il boyu oruc tutsa, Ramazandakı o bir günkü savaba qovuşa bilməz) buyuruldu.

Amma dini bir bəhanə varsa, oruc tutmamaq günah olmaz.



RAMAZAN AYI HAQQINDA BİLMƏDIKLƏRİMİZ


Ramazan Qəməri aylardan doqquzuncusunun adıdır. Bu ay müsəlmanların oruc tutmaqla mükəlləf olduqları, dinimizcə uca və müqəddəs qəbul edilən bir aydır. Ramazan, ərəbcə bir sözdür. Bu mübarək aya Ramazan adının verilməsindəki hikmət belə ifadə olunmuşdur:

1- Yaz sonunda, payız mövsümünün əvvəlində yağıb yer üzünü tozdan təmizləyən yağış mənasına "ramda" sözündən alınmışdır.

Bu yağışın yer üzünü təmizlədiyi kimi, Ramazan ayı da möminləri günah çirklərindən təmizləyər. Necə ki bir hədis-i şərifdə Peyğəmbər Əfəndimiz (s.ə.s); Kim inanaraq və alacağı savabı Allahdan gözləyərək Ramazan orucunu tutarsa, keçmiş günahları bağışlanar" (Buxari, Savm, VI) buyurmuşdur.

2- Günəşin şiddətli hərarətindən daşların yanıb qızması mənasına olan "ramad" sözündən alınmışdır. Belə qızğın yerdə gedənin ayaqları yanar, zəhmət və məşəqqət çəkər. Bunun kimi oruc tutan kimsə də aclıq və susuzluğun hərarətinə dözər, məşəqqət çəkər, içi yanar. İsti torpaq orada gedənlərin ayaqlarını yandırdığı kimi, Ramazan da möminlərin günahlarını yandırar, yox edər.

Ramazan ayına "on bir ayın sultanı" deyilmişdir. Bu ayın xüsusiyyətlərini belə sıralaya bilərik:
1- Quran-ı Kərimdə adı açıq olaraq keçən tək ay Ramazan ayıdır.
2- Quran-ı Kərim bu ay içərisində endirilmişdir. Uca Rəbbimiz; Ramazan ayı elə bir aydır ki, insanlara doğru yolu göstərən, hidayəti və haqqı batildən ayırmağı açıqlayan Quran, bu ayda endirildi" (əl-Bəqərə, 2/185) buyurmuşdur.
3- Quran-ı Kərimdə, "min aydan daha xeyirli" olduğu ifadə olunan Qədr gecəsi bu ay içərisindədir.
4- Dinimizin beş təməlindən biri olan oruc ibadəti bu ayda üzərimizə fərz qılınmışdır. Quran-ı Kərimdə; "Sizdən kim bu aya çatdırsa oruc tutsun" (əl-Bəqərə, 2/185) buyurular. Ramazan ayı girincə şərtlərini daşıyan kəslərə oruc fərz olar. Ramazarı ayının girməsi iki vəziyyətdən biriylə sabit olar: a- Ramazan ayparasının görülməsiylə (Ru'yet-i Aypara), b- Aypara hər hansı bir səbəbdən ötəri görülə bilməzsə, Şaban ayı otuza tamamlanaraq Ramazan orucuna başlanar. Peyğəmbər (s.ə.s) bu mövzuda belə buyurmuşdur: "Ramazan ayının ayparasını görüncə oruc tutun (Şəvval ayının) ayparasını görüncə iftar edin, oruc tutmağı buraxın. Əgər göy üzü bağlıdırsa Şaban ayının günlərini otuza tamamlayın" (Buxari, Savm, 5,11)

5- Fitrə sədəqəsi vermək bu aya məxsus bir ibadətdir

6- Təravih namazı da bu aya məxsus ibadətlərimizdəndir. Əbu Hüreyrə (r.a)dan belə rəvayət edilmişdir: "Rəsulullah (s.a.s)ın Ramazan haqqında belə buyurduğunu eşitdim: Kim inanaraq və savabını ümid edərək Allah razılığı üçün təravih namazı etsə keçmiş günahları bağışlanar" (Buxari, təravih, I)

7- İtikafa girmək: Ramazan ayının son on günündə itikafa girmək sünnədir. Peyğəmbər (s.ə.s) Ramazanın son on günündə daha çox ibadət və taətdə olardı. Hz. Aişə anamızdan belə rəvayət edilmişdir: "Rəsulullah (s.ə.s) Ramazan ayının son on günü girincə əlini ətəyini toplar, gecəni canlandırar və ev xalqını oyandırardı" (Buxari, Qədr, V) Yenə Hz. Aişə (r.ə.) dan belə rəvayət edilmişdir: Peyğəmbər (s.ə.s) Ramazanın son on günündə vəfatına qədər itikafa girdi.

8- Ramazan ayında Quran-ı Kərimi oxumaq, xeyr əməllər etmək: İbn Abbas (r.ə.) dan belə rəvayət edilmişdir: "Rəsulullah (s.ə.s) insanların ən cömərdi idi.

Onun bu cömərdliyi Ramazan ayı girib də özüylə Cəbrayıl (ə.s.) qarşılaşdığı zaman daha da artardı. Cəbrayıl (ə.s.) Ramazan ayı çıxana qədər hər gecə Rəsulullah (s.ə.s) ilə görüşüb, Rəsulullah (s.ə.s) Quranı oxuyardı. Rəsulullah (s.ə.s) Cəbrayıl (ə.s) ilə görüşdüyündə insanlara rəhmət gətirən küləkdən daha comərd, daha faydalı olardı" (Buxari, Savm, 7).

Hədis-i şərifdən Ramazan ayında Quran-ı Kərimi xətm etmənin (sona bitirməyin) sünnət olduğu aydın olduğu kimi, gücü çatanların çox sədəqə vermələri, xeyr və gözəl əməldə olmaları da savab olduğu aydın olmaqdadır. Ənəs (r.a)dan rəvayət edildiyinə görə Peyğəmbər (s.a.s) a; "Hansı sədəqə daha fəzilətlidir?" deyə soruşulunca, "Ramazan ayında verilən sədəqə" buyurmuşdur (Tirmizi, Zəkat, 28)

Ramazan ayı dinimizcə ən fəzilətli və müqəddəs bir aydır. Bu mövzuda Peyğəmbər Əfəndimiz (s.a.s)dan bir sıra hədis-i şəriflər rəvayət edilmişdir: Əbu Hureyre (r.a)dan Rəsulullah (s.a.s)ın belə buyurduğu rəvayət edilmişdir: "Ramazan ayı girincə göylərin qapısı (başqa bir rəvayətdə Cənnətin qapıları) açılar, Cəhənnəmin qapıları bağlanar, şeytanlar zəncirə vurular" (Buxari, Savm, V)

Cabir b. Abdullah Rəsulullah (s.a.s)ın belə buyurduğunu rəvayət etmişdir: "Ümmətimə Ramazan ayında beş şey verilmişdir ki bunlar məndən əvvəlki heç bir peyğəmbərə verilməmişdir":
1- Ramazan ayının ilk gecəsi olunca Allah Təala ümmətimə (rəhmət baxışıyla) baxar. Allah hər kimə (rəhmət baxışıyla) baxsa ona əbədi olaraq əzab etməz.

2- Gecə olduğu zaman ağızlarının qoxusu Allah qatında müşk qoxusundan daha gözəldir.

3- Mələklər hər gün və gecə onlara istiğfar edərlər, Allahdan bağışlanmalarını diləyərlər.

4- Allah Təala Cənnətinə əmr edib; "Qullarım üçün hazırlanıb bəzən. Onların dünya məşəqqətlərindən xilas olub, mənim yurduma və lütfkarlığıma istirahət üçün gəlmələri yaxınlaşdı" buyurar. Ubade b. əs-Samit (r.a)dan: Rəsulullah (s.ə.s) Ramazan ayının yeni girdiyi bir gün belə buyurdu: "Sizə bərəkət ayı Ramazan gəldi. Bu ayda Allah sizi əhatə edib rəhmətini endirər. Günahları bağışlayıb, duaları qəbul edər.

Allah bu ayda sizin xeyr barəsində yarışmanıza baxar və sizinlə mələklərinə qarşı fəxr edər. Allaha xeyr əməllər təqdim edin. Beləki, günahkar, bu ayda Allahın rəhmətindən məhrum olan kimsədir" (Tabəranidən canlı ət-Tergib, II, 99)
İbn Hüzeymenin nəql etdiyinə görə Səlman (r.ə) belə izah etmişdir; Rəsulullah (s.ə.s) bir Şaban ayının son günündə bizə belə xitab etdi: "Ey insanlar! Uca və mübarək bir ayın kölgəsi üzərinizə düşdü. O ayda bir gecə vardır ki min aydan daha xeyirlidir. Allah o ayda oruc tutmağı fərz etdi. Gecə ibadət etməyi (təravih) etməyi nafilə etdi (fərz olmayan ibadətlər).

O ayda bir xeyr işləyən kimsə digər aylarda bir fərz işləmiş kimi olar. O ayda bir fərz işləyən isə digər aylarda yetmiş fərz işləyən kimidir. O, səbr ayıdır, səbrin qarşılığı isə Cənnətdir.

O, köməkləşmə ayıdır. O ayda möminin ruzisi bollaşdırılar. O ayda kim bir oruclunu iftar etdirsə bu, günahlarının bağışlanmasına və Cəhənnəmdən xilas olmasına səbəb olar. Eyni zamanda oruclunun savabı qədər savab verilər.

Oruclunun savabından da bir şey əskik olmaz. " Səhabələr; "Ya Rəsulullah! Hamımız oruclunu iftar etdirəcək bir şey tapa bilmirik" dəyincə Rəsulullah (s.ə.s): Allah bu savabı oruclunu quru bir xurma ilə və ya bir qurtum su ilə ya da bir qurtum süd ilə iftar etdirənə də verər.

O elə bir aydır ki; əvvəli rəhmət, ortası bağışlama və sonu da Cəhənnəm atəşindən qurtuluşdur. O ayda kölə və xidmətçilərinin yükünü yüngülləşdirən kimsəni Allah bağışlayar və Cəhənnəm atəşindən qurtarar.


Allahu- təala bu ayda edilən ibadətləri qəbul etsin və açılan cənnət qapılarının daimi qonağından qərar versin.
Категория: Xəbərlər | Просмотров: 2734 | Добавил: YA_aLI | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtarış
NAMAZI BELƏ QILAQ


İslama Xidmət © 2024
Конструктор сайтов - uCoz