Bazar ertəsi, 20.11.2017, 23:55
Daxil oldunuz Гость | RSS

Www.Ehlibeyt.Clan.Su

Menyu
Qısa Məktublar
Bizim sual
Bismillahsiz Sure?
Всего ответов: 1713
Sayğac
İslami Saytların Reytinqi
Onlayn cəmisi 1
Qonaq 1
İstifadəçi 0
Главная » 2010 » Avqust » 9 » RAMAZAN AYI
22:47
RAMAZAN AYI
         Mübarək Ramazan
             ayının fəziləti
                                      
Şeyx Səduq,mö`təbər sənədlə İmam Rza (ə)dan O,həzrətdə atalarından (hər imam öz atasından)onlarda Əli (ə) belə rəvayət edir.Bir gün həzrəti Rəsul (s.ə.v.v.s)bizə xütbə oxuyub,buyurdu:Əyyuhənnas! həqiqətən,Allahın ayı bərəkət,rəhmət və məğfirətlə sizə üz gətirmişdir. O,elə bir aydır ki,Allahın yanında ayların ən yaxşısı,günləri ən yaxşı günlər gecələri ən yaxşı gecələr,saatları ən yaxşı saatlardır.O, ayda sizi İlahi ziyafətə də`vət etmişdirlər.
Bu, aclıq və susuzluq ayında,qiyamət gününü yad edin.Miskinlərə sədəqə verib qocaların hörmətini saxlayıb,uşaqlara rəhm edin.Yaxınlarınızai nəvaziş edın,dilinizi pis şeylərdən saxlayın.Gözlərinizi, baxmağınız və qulaqlarınızı isə, eşitməyiniz halal olmayan şeylərdən örtün. Başqasının yetimləri ilə mehriban olun ki,sizdən sonra sizin yetimlərinizlə mehriban olsunlar.Öz günahlarınızdan Allaha doğru qayıdın.Namaz vaxtı əllərinizi Allah dərgahına,duaya qaldırın ki,(dua üçün)namaz vaxtı ən yaxşı vaxtır.Bu vaxt Allah taala özünün rəhmət nəzəri ilə ,bəndələrinə baxır. Onlara ,münacat etdikləri vaxt cavab verir.Onu çağırdıqları vaxt ləbbəyk deyir və ondan (hacət) dilədikləri vaxt icabət edir.
  Ey camaat! Aranızda,bu ayda oruc tutun mö`min bir şəxsə iftar verən olarsa,onun savabı,Allahtaala yanında,bəndə (qul) azad etmək kimidirvə keçmiş günahları bağışlanar.(həzrət bunu deyəndə) Səhabələrdən bə`ziləri dedilər ki,ya Rəsuləllah,bizim hamımızın ona (iftar verməyə)gücümüz çatmır  həzrət buyurdu :Oruc tutana, hərçənd xurmanın yarısı və ya şərbəti ilə iftar verməklə, cəhənnəm odundan qorunun.Həqiqətən gücü çatmadığı üçün belə edən şəxsə Allah taala onun savabını verəcək.Ey camaat! Bu ay əxlaqını düzəldən şəxs,qədəmlər onda titrəyən gün,siratdan asan keçəcək.Allah taala qiyamət günü, bu ayda xidmətçilərinin işini azaldan şəxsin hesabını asanlaşdırar.Bu ayda öz qohum əqrabasına sileyehe rəhm edib,onlara ehsan edən şəxsin, Allah taala qiyamət günü öz rəhmətində qərq edər və qohum əqrabasından sileyehe rəhm və ehsanı kəsən şəxsdən,rəhmətini kəsər.Bu ayda bir ayə Qur`an oxumaqın savabı,başqa aylarda Qur`an xətminə bərabərdi.Ey camaat bu ayda, behiştin qapıları açıqdır.Allah taaladan isdəyin ki,onu sizin üzünüzə bağlamasın.Cəhənnəm qapılarını bağlıdır.Allah taaladan istəyin ki,onu sizin üzünüzə açmasın .Şeytanları bu ay zəncirə çəkiblər.Allahdan diləyin ki,onları sizə əhatə etdirməsin.
MEFATİL CİNAN KİTABINDAN

BAYRAMİNİZ MÜBARƏK OLSUN EY MÜSELMANLAR 
Категория: Məqalələr | Просмотров: 1438 | Добавил: imamrza_asiqi | Рейтинг: 0.0/0
Всего комментариев: 1
1  
Cemi muselmanlari ,11 ayin sultani olan Ramazan ayinin girmesi munasibetile tebrik edirem,inwaAllah bu ayin bereketinden ,feyzinden binesib olmariq! her birimize qebul olunmuw oruc dileyirem! Allah yardimchimiz olsun! AMIN!

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtarış
NAMAZI BELƏ QILAQ


İslama Xidmət © 2017
Конструктор сайтов - uCoz