Cümə axşamı, 25.04.2024, 11:14
Daxil oldunuz Гость | RSS

Www.Ehlibeyt.Clan.Su

Menyu
Qısa Məktublar
Bizim sual
Bismillahsiz Sure?
Всего ответов: 1719
Sayğac
İslami Saytların Reytinqi
Onlayn cəmisi 1
Qonaq 1
İstifadəçi 0

Главная » 2010 » İyul » 28 » Qurani-Kerim Oxumaq Haqqinda 20 Hedis
23:05
Qurani-Kerim Oxumaq Haqqinda 20 Hedis

1 - Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Sizlərdən hər hansı biriniz Allahla danışmaq istəyirsə, Quran oxusun. Elmin əvvəlini və axırını (öyrənmək) istəyənlər gərək Quran oxusunlar.”
2 - İmam Əli (ə) buyurmuşdur: "Ən fəzilətli zikr Quran oxumaqdır, çünki bu əməl qəlbin genişlənməsinə və batinin nurlu olmasına səbəb olur.”
3 - Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Həddi-büluğa çatmamışdan qabaq Quran oxuyanlara, şübhəsiz ki, hikmət verilmişdir.”
4 - İmam Əli (ə) buyurmuşdur: "Yeddi yerdən başqa vaxtlarda həmişə Quran oxuyun: 1-Rükuda. 2-Səcdədə. 3-Hacətləri istəyəndə. 4-Hamamda. 5-Cünub halında. 6-Heyz halında. 7-Nifas halında.”
5 - Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəs Allahın və Onun peyğəmbərlərinin dostu olmaq istəyirsə, Quranı üzündən oxusun.”
6 - İmam Sadiq (ə) buyurmuşdur: "Quranı üzündən oxumaq valideynin əzabını kafir olsa da belə yüngülləşdirir.”
7 - Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Quranın mətninə və yazısına baxmaq ibadətdir.”
8 - İmam Sadiq (ə) buyurmuşdur: "Sənin yanında Quran oxunulanda, sakit qalıb qulaq asmaq sənə vacibdir.”
9 - Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər gecə (Qurandan) on ayə oxuyan şəxs qafillərdən sayılmaz və əgər əlli ayə oxusa, zikr edənlərdən hesab olunar.”
10 - Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Quranı uca səslə oxuyan şəxs sədəqəni aşkar şəkildə verən, yavaş səslə oxuyan şəxs isə sədəqəni gizli şəkildə verən şəxsə bənzəyir.”
11 - İmam Sadiq (ə) buyurmuşdur: "Mömin bir gənc Quran oxusa, (Quran) onun əti və qanı ilə qaynayıb-qarışar və qiyamət günündə onun üçün (əzab qarşısında) bir maneə qərar verilər.”
12 - Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Məscidlər Qurana görə bərpa edilmişdir.”
13 - İmam Əli (ə) buyurmuşdur: "Quran haqqında düşünün və onu yaxşı başa düşün; çünki Quran qəlblərin baharıdır.”
14 - Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Quran oxuyanların ən yaxşısı, şübhəsiz ki, Quran oxuyanda qəmgin olanlardır.”
15 - İmam Sadiq (ə) Allaha dua edərək demişdir: "İlahi! Məni Quranın halalına əməl edənlərdən, haramından çəkinənlərdən, vaciblərini yerinə yetirənlərdən, hüdud və qanunlarını icra edənlərdən qərar ver!”
16 - İmam Sadiq (ə) Allaha dua edərək demişdir: "(İlahi!) Quran oxumağı mənim üçün elə qərar ver ki, onu oxuyanda Sən məndən razı qalasan.”
17 - Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Öz övladlarınızı üç şeylə tərbiyə edin: Peyğəmbərinizə məhəbbətlə, onun Əhli-beytinə sevgi-istəklə və Quran oxumaqla.”
18 - İmam Əli (ə) buyurmuşdur: "Quran gündüzdə yol göstərən, qaranlıq gecədə isə işıq sacandır.”
19 - İmam Sadiq (ə) buyurmuşdur: "Quran (insanı) behiştə göndərib, cəhənnəmdən saxlayır.”
20 - İmam Səccad (ə) buyurmuşdur: "Quran mənimlə olduğu halda, şərqlə qərb arasında yaşayanların hamısı ölsə də, mən təklikdən qorxmaram.”
Категория: Məqalələr | Просмотров: 13833 | Добавил: imamrza_asiqi | Рейтинг: 3.6/15
Всего комментариев: 5
5 sebine elyeva  
0
tesekkur cox sagolun...

4 islam  
0
cox gozel

3 Samir  
0
Cox xosum geldi

2 SAHiN  
0
Tewwekur edirem cox gozel idi

1 HİCRAN  
0
tesekkur edirem .cox gozel.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtarış
NAMAZI BELƏ QILAQ


İslama Xidmət © 2024
Конструктор сайтов - uCoz