Cümə, 19.04.2024, 11:12
Daxil oldunuz Гость | RSS

Www.Ehlibeyt.Clan.Su

Menyu
Qısa Məktublar
Bizim sual
Bismillahsiz Sure?
Всего ответов: 1719
Sayğac
İslami Saytların Reytinqi
Onlayn cəmisi 1
Qonaq 1
İstifadəçi 0

Главная » 2010 » May » 22 » Qurandan nöqtələr
23:35
Qurandan nöqtələr
Qurandan nöqtələr

 

Quranın ən əzəmətli ayəsi hansıdır?

  1- Quranın ən əzəmətli ayəsi "Bismillahir-Rəhmanir-Rəhim”dir.

 Quranın neçə surəsində vacib səcdə var?

  2- Quranda dörd surənin vacib səcdəsi var: Nəcm, Fussilət, Ələq, Səcdə.

 Hansı surə Quranın anası kimi məşhurdur?

 3- Quranın anası kimi məşhur olan surə Fatihə surəsidir.

Quranın ən uca ayəsi hansıdır?

 4- Quranın ən uca ayəsi, "Ayətəl-Kürsi” dir.

 Peyğəmbərimizin (s) buyurduğuna əsasən o surələr məni qocaltdı, hansı surələrdir?

 5- Məhəmməd Peyğəmbəri (s) (buyurduğuna əsasən) qocaldan surələr, "Hud”, "Vaqiəh”, "Mürsəlat”, Nəbə”dir.

 Quranın neçə surəsi "Müqəttəə” hərfləri ilə başlayır?

 6-Quranın 25 surəsi, "Müqəttəə” hərfləri ilə başlayır.

 Qurani-kərimin neçə surəsi "Əlhəmdulillah”la başlayır?

 7- Quranda 5 surə "Əlhəmdulillah” cümləsi ilə başlayır: 1. "Həmd”, 2. "Ənam”, 3. "Kəhf”, 4. "Səbə”, 5. "Fatir”.

 Qurani-məcidin ən uzun ayəsi hansıdır?

 8- Quranın ən uzun ayəsi, Bəqərə surəsinin 282-ci ayəsidir.

 Quranın zinəti nədir?

 9- Məhəmməd Peyğəmbərin (s) buyuruğuna əsasən gözəl səslə tilavət, Quranın zinətidir.

 Quran oxumamışdan öncə kimin şərrindən Allaha pənah aparmaq lazımdır?

 10- Allah Quranda buyurur: Quran oxumaq istədiyin zaman qovulmuş şeytanın şərrindən Allaha pənah apar.

 Qurani-kərimin neçə surəsi "İnna” kəlməsi ilə başlayır?

 11-  Dörd surə: 1. "Fəth”, 2. "Nuh”, 3. "Qədr”, 4. "Kövsər”.

 Qurani-kərimdə neçə nöqtə var?

 12- Quranda 1015030 nöqtə vardır.

  Alllahın gözə adlarından hansı 114 dəfə, Quran surələrinin sayı qədər, Allahın Kitabında gəlmişdir?

 13- "Rəhim” kəlməsi, 114 dəfə Quranda gəlmişdir.

 Quranın neçə surəsi "İza” kəlməsi ilə başlayır?

 14- Yeddi surə "iza” kəlməsi ilə başlayır: 1. "Vaqiəh”, 2. "İnfitar”, 3. "Münafiqun”, 4. "Təkvir”, 5. "İnşiqaq”, 6. "Zilzal”, 7. "Nəsr”.

 Quran neçə hərfdən ibarətdir?

 15- Quranda 323671 hərf var.

 

 Qeydlər:

 1-    "1000 sual” Şəhid Dəstğeyb

 2-    "Danestəhaye Quran” Seyyid Mehdi Şəmsəddin

 3-    "Danestəhaye Quran” Seyyid Mehdi Şəmsəddin

 4-    "1000 sual” Şəhid Dəstğeyb

 5-    "Nəsayeh” Ayətullah Meşkini

 6-    "Danestəhaye Quran” Seyyid Mehdi Şəmsəddin

 7-    "Danestəhaye Quran” Seyyid Mehdi Şəmsəddin

 8-    "Danestəhaye Quran” Seyyid Mehdi Şəmsəddin

 9-    "Danestəhaye Quran” Seyyid Mehdi Şəmsəddin

 10-   Qurani-kərim

 11-  "Nəsayeh” Ayətullah Meşkini

12-    "Danestəhaye Quran” Seyyid Mehdi Şəmsəddin

13-    "Danestəhaye Quran” Seyyid Mehdi Şəmsəddin

14-    "Danestəhaye Quran” Seyyid Mehdi Şəmsəddin

15-    "Danestəhaye Quran” Seyyid Mehdi Şəmsəddin

Mənbə: "176 müəmma" kitabı

Müəllif: Məhəmməd Hüseyn Qasimi

Çevirən: Xəyal Tofiqoğlu
Категория: Məqalələr | Просмотров: 2209 | Добавил: imamrza_asiqi | Рейтинг: 4.5/2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtarış
NAMAZI BELƏ QILAQ


İslama Xidmət © 2024
Конструктор сайтов - uCoz