Qadının
gözəlliyini örtən, onu tərbiyəsiz və aludə insanların baxışlarından
qoruyan örtük və ya hicab Qurandan qaynaqlanan ilahi bir göstərişdir
06-11-2009 Hicabın ən gözəl nümunəsi Zəhra (s.ə) yadigarı olan çadra
elm və tərəqqi üçün heç bir maneə törətmir. Əksinə, bir çox
təhlükələrdən qoruyur. Çox qiymətli daş-qaş olan qadın ilahi hicab
sandıqçasında olduğu müddətdə ərzində oğruların, qarətçilərin şərindən
amanda qalır. Əgər gənc, gözəl simalar görünməzsə, həva-həvəs
alovları, cinsi tələblər atəşi bir millətin paklığını, bir məmləkətin
mənəviyyatını yıxmağa qalxmaz. Əgər gənc oğlanlar küçədə, bazarda,
elm mərkəzlərində, idarələrdə və s. kimi ümumi obyektlərdə qız və
qadınların gözəlliklərini müşahidə etməzlərsə, bu zaman pozğunluqlar,
digərlərinin namusuna təcavüz, zina, homoseksualizm, ruhi xəstəliklər,
tüfeylilik və digər bu kimi problemlərlə qarşılaşmaz, minlərlə istedad
heyvani həyat qəbiristanlığına gömülməz. Bütün bunlara əsasən
deməliyik ki, hicab və örtük qadın üçün vacibdir. Bunu inkar edən isə
İslamın zəruri bir göstərişini, Quranda buyurulan bir əmri inkar etdiyi
üçün kafir sayılır. Hicabı danan hər hansı bir gənc oğlan müsəlman
qızla ailə qura bilməz. Çünki bu evlilik qanunsuz, onların arasında
bağlanılan nikah batil, aralarındakı münasibət zina, evladları isə
zinazadədir. Həmçinin, hicabı danan hər hansı bir qız gənc müsəlman
oğlana ərə gedə bilməz. Çünki yuxarıda qeyd olunanlar ona da şamil
edilir. Hicab qadının əzəmətini, şəxsiyyətini və gözəlliyini öz əri üçün qoruyur. Qadın
hicab zinəti ilə zinətləndiyi bir halda təhsil, tərəqqi mərhələlərini
asanlıqla keçə bilər. «Hicab tərəqqi yolunun maneəsidir» prinsipi
şeytani bir vəsvəsə olaraq qarətçi müstəmləkəçilərin, namus oğrularının
dünya xalqlarına aşılamaq istədikləri yanlış bir fikir, qərb və şərq
dövlətlərinin sayaqlamalarıdır. Ailələrin səmimiyyəti, kişilərin
qəlblərinin təskinliyi, ər və arvad münasibətlərinin möhkəmliyi,
kişinin öz nikahlı qadınına məhəbbəti, etibarı - bütün bunların hamısı
qadınların hicab və örpəyinə borcludur. Əgər kişilər asanlıqla,
istədikləri şəkildə (qeyri-qanuni yolla) qadınlara sahib ola bilsələr,
bu zaman onların öz nikahlı qadınlarına qarşı eşq və məhəbbətlərinin
heç bir zəmanəti olmayacaq, yuvalar asanlıqla dağılacaqdır. Hicabsızlıq,
qərbin təlqin etdiyi şəkildə qadının özbaşınalığı onun azadlığı demək
deyil. Bu növ azadlığın ziyan və təhlükəsini saymaqla qurtarmaq olmaz:
Hicabsızlıq indiyə qədər minlərlə kişini azğınlığa, tüfeyliliyə, ailəli
qadınlarla qanunsuz münasibətlərə sürükləyib; təlağın sayını artırıb;
yəhudilik və məsihiliyin arzu etdiyi kimi, bir çox kişi və qadınların
İslamdan, dindən çıxmasına səbəb olub və s. Hicabsızlığın təməlini qoyanlar, dilə gəlib, onun acı nəticələrini son dövrlərin ən qorxulu təhlükəsi adlandırırlar. İranda
mövcud olan ailə quruluşu həya, iman, təqva əsasında qurulan, olduqca
güclü, möhkəm bir ailə quruluşudur. Bu səbəbdən, təlaq da digər
ölkələrə nisbətən olduqca azdır. Qərb müstəmləkəçiləri Rza xan adlı
vətənini satan, xain birinin əli ilə tüfeyliliyin, savadsızlığın
əsasını qoyduqdan, Qurandan gələn hicab və örtüyü qarət etdikdən sonra
ailələrin vəziyyəti tamamilə dəyişdi. Təlaq inanılmaz şəkildə artdı.
Belə ki, onun hakimiyyətinin sonlarında hər ay altı-yeddi min ailə
boşanmaq məqsədi ilə məhkəmələrə müraciət edirdi. Qadınlar ərlərindən,
kişilər isə arvadlarından imtina edirdilər. Ailə məsuliyyətini
çiyinlərindən atmış bu iki zümrə sürətlə cəmiyyətə qoşulur, nəticədə
isə pozğunluq, fəsad baş alıb gedirdi. Hicabın aradan qaldırılması
məsələsindən sonra, böyük mərcəyi-təqlid, dahi alim mərhum Ayətullah
Şahabadi şah rejimindən qorxmayaraq minbərlər üzərində, ümumi və xüsusi
məclislərdə fəryad edirdi: «Rza xan Quranın hicabını qarət etməklə,
Gövhərşad məscidinin və imam Rzanın (ə) məqbərəsinin ətrafında
hicabsızlıq əleyhinə qiyam edən əhalini qırmaqla yüz iyirmi dörd min
peyğəmbərin belini sındırdı». Bəli, o arif, İslam hökmlərində,
fəlsəfədə məharətli müctehid, misilsiz alim olan o haqq aşiqi
hicabsızlığı Allah elçilərinin belini qıran bir amil hesab edir. Qütb
çox faydalı «Biz müsəlmanıqmı?» kitabında yazır: «Əlimə keçən
sənədlərdən məlum oldu ki, papalardan biri bütün keşiş və kardinalları
Vatikana dəvət edir. Onlardan İslamı məhv etmək, din işığını söndürmək
üçün Vatikan və məsihiyyətə az xərcə başa gələn bir yol tapmalarını
tələb edir. Bu məqsəd üçün komissiyalar təşkil olunur. Mütəxəssislər
müxtəlif fikirlər irəli sürürlər. Bütün rəy və fikirlər arasında yalnız
bir rəy keşişlər, kardinallar və papanın özü tərəfindən qəbul olunaraq
bəyənilir. Həmin rəy bundan ibarət idi: İslamı məhv etmək üçün ən güclü
silah, ən az xərc tələb edən proqram müsəlman qadınlarının hicabını
əllərindən almaqdır. Bu yolla onları bütün məkanlarda gənclərin
ixtiyarına verər və qeyri-qanuni münasibətlərə sürükləyərik». Bu
layihə xainlərin əli ilə həyata keçirildi, qadınların həva-həvəsini,
imansız qızların qeyri-normal tələblərini alovlandırdılar. Bununla da
İslam ölkələri, İran acınacaqlı vəziyyətə düşdü. Belə ki, dinin məhv
olması təhlükəsi gözlənilirdi. Belə bir şəraitdə peyğəmbərlər
sülaləsindən, imamlar nəslindən olan şücaət simvolu Xomeyni (r.ə)
İranda bir şimşək kimi çaxdı. Öz möhkəm yumruğu ilə biganələrin,
yadların sinəsinə vuraraq dini əsarətdən qurtarıb, Quran hicabını
müsəlmanlara qaytardı. Bu ilahi inqilabı qorumaq, bu əzəmət dolu
ilahi hərəkatdan doğan dəyərlərin keşiyini çəkmək İslam ümməti üçün
vacib bir vəzifədir. Heç bir vəchlə düşmənə bu nuru söndürmək, İran
xalqını inqilabdan öncəki vəziyyətinə qaytarmaq icazəsi vermək olmaz.
Yalnız bu yolla bu ilahi mədəniyyətin öz ayaqları üzərində möhkəm
dayanaraq, onu digər xalqlara sadir etməsi mümkündür. Bütün qeyd
olunanlara nəzər saldıqda, o mütəfəkkir şəhid (Seyyid Qütb) dəfələrlə
öz çıxışlarında vurğuladığı «Hicab məhdudiyyət deyil, İslamın
keşikçisidir» nəticəsini əldə edirik. Bəli, hicab minlərlə qadını,
kişini, ailəni, cəmiyyəti, xüsusilə də gəncləri minlərlə təhlükədən
qoruyur və ailələrin isti ocaqlarının dağılmamasına yardım edir. Tədqiqatçılar
Quranın on dörd ayəsinin hicaba dəlalət etdiyi qənaətindədirlər. Bəzi
tədqiqatçılar isə bu ayələrin iyirmi beşə çatdığını söyləyirlər. Həzrət
Əli (ə) oğlu imam Həsənə (ə), onun simasında isə bütün dünya xalqlarına
xitab edərək buyurur: «Məhrəm-naməhrəmliyə ciddi şəkildə riayət et.
Çünki bu səni və bütün naməhrəm qadınları günaha və günah fikrə
düşməkdən qoruyur. Əgər sənin ailənin qadınlarının səndən qeyri bir
kişi tanımamalarını istəyirsənsə, bu məsələyə diqqət yetir». Bir
şəxs deyir: «Yağışlı bir gündə həzrət Peyğəmbərlə (s) birgə Bəqi
qəbristanlığında əyləşmişdim. Ulağa minmiş bir qadın bizim yanımızdan
keçdi. Ulağın ayağı çuxura düşərək qadını yerə atdı. Həzrət Peyğəmbər
(s) üzünü çevirdi. Mən dedim: «O özünü şalvarla örtmüşdür». Rəsulullah
(s) üç dəfə belə qadınlar üçün Allahdan bağışlanmaq dilədi və buyurdu:
«Ey camaat! Bədəninizi daha yaxşı örtün və bu növ geyimlərdən istifadə
edin. Öz qadınlarınızı evdən çıxardıqda, bu növ libas geyindirin». Məqnə, uzun köynək, əba ayə və rəvayətlərdə qadın geyimləri kimi göstərilmişdir. Qadın
özünü Haqqın bəndəsi bilərək, özünü bəndə kimi aparmalıdır. O, həqiqi
nemət sahibinin nemətləri üçün Ona şükür etməlidir. Bu şükrün başlıca
yolu nemət sahibinin əzəmətini hiss edib, qiyamət gününə inanmaq, Onun
bütün göstərişlərinə əməl etməkdir. Yalnız bu yolla özünü, ailəsini,
cəmiyyəti hicabsızlığın acı nəticələrindən qoruya bilər. «Amma kim
(qiyamət günü) Rəbbinin hüzurunda durmaqdan qorxmuş və nəfsinə
istəyini, şəhvəti qadağan etmişsə, həqiqətən, onun yurdu cənnətdir». Çox
təəssüflər olsun ki, bu gün dünyanın dörd bir yanında, bəzi qadınlar öz
şəhvani istəklərini tam azad buraxaraq, keçmiş tariximizdə baş verməmiş
azğınlıqlar törədirlər. Çox təəssüf hissi ilə deməliyəm ki, bu gün
müsəlman ölkələrində yaşayan qadınlar da onları özlərinə örnək hesab
edirlər. Əli (ə) belə qadınlar haqqında buyurur: «Gələcəkdə,
qiyamətə yaxın ən pis dövrdə ən pis qadınlar peyda olacaq. Onların
xüsusiyyətləri aşağıdakılardan ibarətdir: Hicabsız, lazımi örpəkdən
uzaq, öz zinətlərini gözə soxan, dindən çıxmış, fitnəkar, sürətlə
(şəhvani) ləzzətlərə tərəf can atan və Allahın haram buyurduqlarını
halal hesab edən. Bu xüsusiyyətlərə malik olan qadınlar əbədi olaraq
cəhənnəmdə qalacaqlar». Dəhşətli bir hadisə Yüksək tirajla çap
olunan Keyhan qəzetinin bir sayında belə bir dəhşətli məqalə oxudum:
«Əlinin (ə) buyruğundakı xüsusiyyətləri özündə tapmış gənc bir qadın
qərbin nümayiş etdirdiyi azadlıq nəticəsində ərinin evə gedib-gələn
dostları ilə yarıçılpaq şəkildə oturub-durur və daim qadınla-kişinin
bir-birinə qarışdığı məclislərdə iştirak edir. Üç yaşlı bir qızı olan
bu qadın gənc bir oğlana vurulur və onu ələ keçirmək arzusuna düşür.
Dinsiz, şəhvani meyllərə qərq olmuş gənc onu daha çox özünə cəlb edən
həmin ailəli qadına deyir: «Bu uşaq bizim aramızda bir maneədir. O
aradan götürülməlidir». Dörd ay bu Allahdan xəbərsiz aşiqlə məşuqun
arasında məsum uşaq haqqında mübahisə gedir. Nəhayət, qadın məhəbbət
mənbəyi kimi yaradılan analıq şəxsiyyətini əldən verir. Buna səbəb isə,
şəhvətin qələbəsi və digərinin ağuşuna atılmaq istəyi idi. Qadın
günahsız, nur üzlü uşağı evin hamamına aparıb günahkar əlləri ilə onu
boğur. Bu yolla bir neçə dəqiqəlik cinsi ləzzətinin maneəsi aradan
qaldırılır. Naməhrəm gənc bir neçə dəqiqəlik kamına çatır; ailəli,
iffətsiz qadın bir neçə dəqiqəlik cinsi ləzzət alır. Bununla da, daimi
olaraq adını ləkələyir və ərinin ürəyinə əbədi bir dağ çəkir». Əgər
bu qadının əri azacıq qeyrət göstərib arvadını digərlərinin gözündən
qorusaydı, bu zaman nə günahsız uşaq öldürülər, nə ailəli qadın əbədi
olaraq ləkələnər, nə nadan bir gənc bədbəxt olar, nə də yeni qurulmuş
isti bir yuva dağılardı. Bəli, hicab məhdudiyyət deyil, qoruyucudur! Qərb ziyalılarının hazırki qərb cəmiyyətinin düşdüyü vəziyyətə baxış İngiltərənin
keçmiş baş nazirlərindən biri məqalələrinin birində yazır: «Mən bir çox
dəliliyə səbəb olacaq əməllərə qurşanmaq təhlükəsi ilə qarşılaşmışam.
Lakin onlardan birindən çəkinmək üçün çox çalışıram. Bu aldadıcı eşqlə
ailə qurmaqdır. Qorxuram küçədə, bazarda bir qızı görərək xoşum gəlsin
və onun idealım olduğunu düşünüm». Dardüşüncəli insanlar yaradılışın
pak gövhərini azadlıq adı altında hicabdan məhrum edib, şəhvətinin hər
tələbinə «bəli» demək ixtiyarını ona verdilər. Sonra da aldadıcı eşqlə
ailə qurmaqdan qaçmaq üçün onu kənara atdılar. Çünki onlar bu qiymətli
gövhərin əllərindən çıxaraq, hər an bir naməhrəmin ağuşunda olduğunu
müşahidə etdilər. İsveç yazıçısı və şairə xanım Eliza Mari
«Ekspress» qəzetində çap olunan bir məqaləsində Avropa cəmiyyəti
haqqında yazır: «Kişilər vəfa və səmimiyyətin nə olduğunu bilmirlər.
Onlar, yalnız hiylə ilə qadınları diz çökdürürlər». Bu xanımın
nəzərinə çatdırmaq lazımdır ki, qadınları iffətsizliyə, hicabsızlığa
sürüklədikdən, onları azadlıq adı ilə şəhvani istəklərin əsirinə
çevirdikdən sonra kişilər onları istədikləri zaman, istədikləri yerdə
yarıçılpaq halda görə bildilər. Beləliklə də, öz ailələrinə qarşı olan
vəfa və səmimiyyətlərini əldən verib, hiyləgər, məkrli bir şəxsə
çevrildilər. Hicabsızlığın acı nəticələri bir-iki deyil. Onu saymaqla sona yetməz. Hicabsızlığın
təsirindən kişilər öz həyat yoldaşlarından əl çəkir, gənclər şəhvətin
doydurulmasının asan olduğunu gördükdə, ailə qurmaqdan boyun qaçıraraq
namus ovuna çıxırlar. Qərbin təlqin etdiyi ailə quruluşu və onları
yamsılayan şərq ailəsi, beləcə, dağılaraq cəmiyyətdə meşəyə bənzər bir
vəziyyət yaradır. Xanım Eliza Mari məqaləsinin digər bir hissəsində
yazır: «Hal-hazırda İsveçin hər bir yanında ərə getmək arzusunda olan
gözəl qızlar çoxdur. Lakin onlar məcburi şəkildə kişilərlə dostluq
edirlər». Bəli, ailə qurmaq intizarındadırlar, lakin özlərinə
münasib həyat yoldaşı tapa bilmirlər. Çünki gənclər qadınlardan
istədikləri şəkildə, asanlıqla istifadə edə bildikləri üçün ailə
qurmağa ehtiyac duymurlar. Bundan başqa, bir çox ailəli kişilər də öz
cinsi istəklərini istədikləri kimi doydurmaq üçün həyat yoldaşlarını
boşayırlar. Xanım Eliza Mari yazır: «Mən qızlara tövsiyə edirəm ki, ailə qurmazdan öncə heç bir kişi ilə əlaqə yaratmasınlar». Bu
necə də mühüm bir tövsiyədir! Lakin qadının dünyadakı vəziyyəti və qərb
cəmiyyətində kişinin məsuliyyətsizliyi ilə bir araya sığmır. Dünya
ictimaiyyəti ideal bir cəmiyyətdə yaşamaq istəyirsə, İslamın qadınla
bağlı insani, fitri və şəri qayda-qanunlarını həyata keçirməlidir.
Bütün bu qanunların önündə olan qadın örtüyünü ona qaytarmalı, bununla
da, onun ismət, həya və iffətini özünə verməlidir. Əks təqdirdə, bütün
bu fəsadın dərmanı tapılmayacaq. Qərbin qadına rəva qıldığı zülmün
tarixdə misli yoxdur. Onlar qadının bütün meylini işvəgərliyə, kişiləri
azdırmağa, özlərini küçədə, bazarda nümayiş etdirməyə sövq etmişlər.
Onu şəhvət vasitəsinə çevirmiş və bu yolla ondan pul qazanmaq, şəhvəti
doydurmaq üçün istifadə etmişlər. Əli (ə) «Nəhcül-bəlağə»də buyurur:
«Heyvanların bütün səyi qarınları, yırtıcıların bütün səyi digərləri
ilə düşmənçilik etmək, qadınların bütün səyi isə dünya bəzək-düzəyi və
fəsad üçündür. Allahın əmrlərinə tabe olan, səmimi və Allahdan
qorxanlar, yalnız mömin kişi və qadınlardır». İmam Hüseyndən (ə) alınası bir dərs İmam
Hüseyn (ə) döyüş meydanına getməzdən öncə həzrət Zeynəbə (s) buyurdu:
«Qadınların bütün zinət əşyalarını topla. Mən şəhid olduqdan sonra
düşmən xeymələrə tərəf gəldikdə, bunları onlara tərəf atın. O
dünyapərəstlərin başı zinət əşyalarını toplamağa qarışdıqda, siz
əmniyyəti olan bir yerdə sığınacaq tapın ki, naməhrəm gözündən uzaq
olasınız». Tarixi mənbələrdə qeyd olunduğuna görə, Yezid çubuqla
imam Hüseynin (ə) dodağına, dişlərinə vurduqda, onun sarayında yaşayan
bir kəniz yuxuda həzrət Zəhranın (s) Yeziddən qəmli-qüssəli bir
vəziyyətdə şikayətləndiyini görür. Qorxu və iztirab içində yuxudan
ayılan kəniz, başıaçıq vəziyyətdə özünü Yezidin məclisinə atır və
qışqırmağa başlayır. Kənizi bu vəziyyətdə görən Yezid öz əbasını onun
başına atır və naməhrəmlərin iştirak etdiyi bir məclisə bu şəkildə
gəldiyi üçün əsəbiləşir. Çox maraqlıdır ki, dinsiz, şərabxor, itbaz,
meymunbaz Yezid öz kənizinin naməhrəm qarşısına başıaçıq çıxmasına
dözməyərək, onu öz əbası ilə örtüb məclisdən uzaqlaşdırır. Lakin bəzi
kişilər öz namuslarını qorumaq üçün heç bir qeyrət göstərmirlər. Onu
yarıçılpaq şəkildə özləri ilə gəzdirir və müxtəlif yerlərə göndərirlər. Həzrət
Peyğəmbər (s) qeyrət haqqında buyurur: «Qeyrətli olmaq imandandır»;
«Həqiqətən, Allah qeyrətlidir. Hər bir qeyrət sahibini də sevir. Zahiri
və batini çirkinlikləri haram etməsi Onun qeyrətindən doğur». Quran baxımından hicab və göz günahı Hicabsızlıq
saysız fəsadlarla nəticələnən çirkin bir işdir. Hicabsızlığın haram
olunması Allahın qeyrətindən doğur. Xoş o şəxsin halına ki, Haqdan dərs
alıb öz namusunu qoruyaraq, qeyrət nümayiş etdirir. Kişi və qadın
küçədə, bazarda, ictimai yerlərdə, elm və təhsil mərkəzlərində, xarici
səfərlərdə bir-biri ilə qarşılaşmaq məcburiyyətində olduqlarına görə,
onların fikir və ruhi sağlamlıqlarının qorunması üçün Quranda
qadınlarla bağlı bir, hər iki cinslə bağlı isə digər bir vacib göstəriş
verilmişdir. Qadınlar barədə buyurulur: «Ya Peyğəmbər! Zövcələrinə,
qızlarına və möminlərin övrətlərinə de ki, çarşablarını örtsünlər. Bu
onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir.
Allah bağışlayan və rəhm edəndir». Hər iki cins haqqında isə
buyurulur: «(Ya Məhəmməd!) Mömin kişilərə de ki, gözlərini haram
edilmiş şeylərdən çevirsinlər, ayıb yerlərini qorusunlar. Bu onlar üçün
daha yaxşıdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən
xəbərdardır»; «Mömin qadınlara da de ki, gözlərini haram buyurulmuş
şeylərdən çevirsinlər, ayıb yerlərini qorusunlar».. İmam Sadiq (ə)
buyurur: «İsa (ə) səhabələrinə dedi: «Çirkin baxışlardan çəkinin. Çünki
bu baxışlar insan qəlbində günaha meyl toxumunu əkir. Bu baxış, sahibi
üçün fitnə törədir. Xoş o şəxsin halına ki, baxışı gözündə yox,
qəlbindədir». Əli (ə) buyurur: «Bədəndə gözdən naşükür bir şey yoxdur. Onu istəklərindən məhrum edin. Çünki o sizi Allahdan uzaqlaşdırır». Rəsuli-əkrəm (s) buyurur: «Hər bir üzvün özünəməxsus zinası var. Gözün də zinası naməhrəmə baxmaqdır». Quranın
buyruğuna əsasən, Şüeybin qızı Musa (ə) haqqında atasına dedi: «Atacan!
Onu muzdla çoban tut, çünki bu güclü və etibarlı adam (indiyə qədər)
muzdla tutduqlarının ən yaxşısıdır». Şüeyb cavabında deyir: «Bəli
qızım, o güclü, qüvvətlidir. Bunun daşı kənara çəkməsindən bildin. Bəs
etibarlı olduğunu haradan bildin?» Qız dedi: «Ata, onun qarşısında evə
tərəf gəlirdim. Mənə dedi ki, arxamca gəl. Əgər yolu səhv getsəm, mənə
de. Biz qadınları arxadan öz baxışlarımızla müşayiət edən şəxslərdən
deyilik». Peyğəmbər (s) buyurur: «Gözlərini haramla dolduran şəxsin
gözü qiyamət günü Haqq-təala tərəfindən odla doldurulacaq. Əlbəttə,
əgər tövbə edərək Allaha tərəf qayıtmazsa». Rəsulullah (s)
Allah-təaladan nəql edir: «Haram baxış İblisin zəhərli oxlarından
biridir. Yalnız Mənə görə gözlərini naməhrəmdən qoruyan şəxsə bunun
əvəzində elə bir iman verəcəyəm ki, onun ləzzətini qəlbində duyacaqdır». Quran baxımından qadının məhrəmləri Hidayət
və səadət qaynağı, dünya və axirət xeyrinin qarantı olan Allah kitabı
qadına məhrəm olanları bir ayədə tanıtdırır. Bununla da qadınlara kimin
qarşısında azad, kimin qarşısında isə zinətlərini örtməli olduqlarını
aydınlaşdırır: «…Öz-özlüyündə görünən (əl, üz istisna olmaqla)
zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s.)
naməhrəmə göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər;
zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin
atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud
öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının
oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları
cariyələrdən, yaxud kişiliyi olmayan xidmətçilərdən, yaxud qadınların
məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər;
gizlətdikləri bəzək əşyalarını göstərmək üçün ayaqlarını (yerə və ya
bir-birinə) vurmasınlar. Ey möminlər! Hamınız Allaha tövbə edin ki,
bəlkə, nicat tapasınız». Müsəlman qadınlar, Məhəmməd (s) ümmətinin
qızları öz dünya və axirət mənfəətlərinə görə Haqq göstərişlərinə boyun
əyməli, qeyrətli kişilər isə, İslam örtüyü ilə öz namuslarını
həva-həvəs kölələrinin təcavüzündən qorumalıdırlar. Onlar öz
xanımlarının yalnız onlara məxsusluğunu və digərlərinin onların
gözəlliyindən ləzzət almalarının qeyrətsizlik olduğunu bilməlidirlər.