Cümə axşamı, 25.04.2024, 18:46
Daxil oldunuz Гость | RSS

Www.Ehlibeyt.Clan.Su

Menyu
Qısa Məktublar
Bizim sual
Bismillahsiz Sure?
Всего ответов: 1719
Sayğac
İslami Saytların Reytinqi
Onlayn cəmisi 1
Qonaq 1
İstifadəçi 0

Главная » 2010 » Aprel » 7 » ÖLÜM MƏLƏYİ
09:20
ÖLÜM MƏLƏYİ
CAN VERƏNLƏR ÜÇÜN ÖLÜM MƏLƏYİNİN SURƏTİ
Ruhu çıxarmaq üçün gələn bu mələk can verənlərə müxtəlif şəkillərdə görünür. Rəvayətə görə Həzrəti İbrahim (əleyhissalam) kafir şəxsin canı alınan vaxtda Əzrailin surətini görməyi arzuladı. Bildirildi ki, buna taqətin çatmaz. Amma İbrahim (əleyhissalam) görmək istədiyini tə`kid etdi. Əzrail özünü deyilən surətdə İbrahim (əleyhissalam)-a göstərdi; rəngi qara, bədəninin tükləri biz-biz durmuş, pis qoxulu, qara libaslı, ağız və burnundan od qığılcımları püskürən bir kişi! İbrahim qəşş etdi... Özünə gəldiyi zaman buyurdu: «Əgər kafir şəxsə heç bir əzab verilməzsə, səni görmək əzabı ona bəsdir.»
ÖLÜM ANINDA MƏLAİKƏ VƏ ŞEYTANLARIN İŞTİRAKI
Can verən insanı son anda da sapdırmaq, azdırmaq qəsdiylə şeytanlar ona sol tərəfdən yaxınlaşır. Məlaikələr isə sağ tərəfdə hazır olurlar. Şeytanların işi həmişə adamları aldatmaqdır, xüsusilə can verən vaxtda, hətta imanlı adamların da imanlarını oğurlamaq üçün çalışırlar. Çünki səadət və bədbəxtliyin mizanı işin son nəticəsidir. İnsan yaşadığı tərzdə ölər və öldüyü təzrdə də dirilər. Hansı arzularla ömür sürmüsənsə, o arzularla da ölərsən. Əgər arzun Əli (əleyhissalam)-ın cəmalını görməkdirsə, munisin onun cəmalı olar. Yox əgər, arzun həva-həvas (şəhvət, tamah və s.) olmuşdursa, o son anda da üzə çıxar.
Lakin, Rəbbimiz imanlı şəxsləri qoruyacağını və`d etmişdir. Şeytan belə insanlara yol tapmaz (14-cü surə, 32-ci ayə). Əbu Zəkəriyya Raziyə ölüm anında söylədilər: «De, «la ilahə illəllah» (Bir Allahdan savayı heç bir mə`bud yoxdur). Dedi: «Söyləmirəm.» Qəşş halına düşdü. Huşu başına gələndə dedi: «Gözlərimin qarşısına bir şəxs gəlib deyirdi ki, əgər xoşbəxt olmaq istəyirsənsə, de İsa Allahın oğludur. Cavab verdim ki, demərəm. Sonra çox israr edib «la ilahə illəlah» söylə, dedi. Cavab verdim ki, sən istədiyin üçün demərəm. Bir silahlı gəlib onu kənarlaşdırdı. İndi isə həqq kəlmələrini deyirəm.» Şəhadət kəlmələrini dilinə gətirib, dünyadan köçdü. Axı bir ömür sədaqətlə vahid Allaha pərəstiş etmiş insana can verən halda şeytan necə qalib gələ bilər?! Yox əgər ömrü şeytanla yaxınlıqla ötmüşsə, həmin saatda da munisi şeytandır.
CAN VEMƏNİN ASANLIĞI VƏ ÇƏTİNLİYİHədis və rəvayətlərdə ruhun, canın çıxarılmasının çətinliyi, ağırlığı açıqlanmışdır. Bə`zi hədislərdə bu halı diri şəxsin dərisinin soyulmasına oxşatmışlar. Başqa bir yerdə isə belədir: «Əgər dəyirman daşı Qala qapısı mıxı ilə gözə otursa və hərəkətə gəlsə, o hal canvermədən (səkərat) daha asandır.» Bir qisim rəvayətlərdə isə ruhun çıxarılmasının çətinliyi bədənin tikə-tikə qayçılanmasına, mişarlanmasına bənzədilib. Hətta bə`zilərinin can verməsi son dərəcə narahatlıqla olur ki, deyiləsi mümkün deyil. Bə`ziləri üçün isə ölmək ən ətirli çiçəyi qoxulamaq kimidir. (16-cı surə, 32-ci ayə)
Rəvayətlərdə bu sayaq oxşatmalar da vardır: Çirkli paltarın yenisi ilə əvəz olunması, bədənin buxov və qandallardan azad olması. Yə`ni, ölüm təbiət aləmi zindanından bir növ xilas olmaqdır.
ÇƏTİN CAN VERMƏ MÖ`MİNİN GÜNAHLARININ ƏVƏZİDİR (KƏFFARƏSİDİR)
Ümumiyyətlə bu iki növ canvermənin heç birinin küliyyəti yoxdur. «Bütün imanlı adamlar (mö`minlər) asan can verir», deyilməsi doğru deyildir. Çoxlu mö`minlər var ki, günahlarının bə`zisi çətin can verməklə silinir. Bu hal Allah-Taalanın mö`minlərə göstərdiyi lütfün sayəsindədir. Mö`min dünyadan pak getməli olduğuna görə, onu islah edirlər. Ağır canvermə mö`minlər üçün islah, kafirlər üçünsə əzabın müqəddiməsidir. (47-ci surə, 27-ci ayə)
KAFİRİN ASAN CANVERMƏSİ ETDİYİ YAXŞILIQLARA GÖRƏDİR
Bə`zən də belə olur ki, kafir və günahkar şəxs asan can verir. Bu şəxs əzab (Cəhənnəm) əhlidir. Amma ömründə qismən də olsa, yaxşı işlər görmüşdür. Belə şəxs asan can verir ki, onun hesabı elə oradaca təmizləsin. Məsələn, kafir adam sədəqə vermiş, bir məzluma yardım etmişsə, bu yaxşılıqlar müqabilində asan can verir ki, artıq axirətdə heç bir tələbi olmasın. Eləcə də mö`min şəxs günahdan pak olmaq üçün çətin can verir. Əslində isə istər asan, istərsə çətin, kafir üçün canvermə halı bədbəxtliyinin başlanğıcıdır. Həmçinin mö`min üçün canvermə səadətdir, istər asan, istərsə də çətin. Buna əsasən kafir və mö`minə, əməlisaleh və bədəmələ nisbətən asan, yaxud çətin canvermə külli bir qanun deyildir.

Категория: Məqalələr | Просмотров: 1092 | Добавил: Muslum_K | Рейтинг: 5.0/1
Всего комментариев: 1
1 ya_ZEHRA  
0
angel angel angel

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtarış
NAMAZI BELƏ QILAQ


İslama Xidmət © 2024
Конструктор сайтов - uCoz