Çərşənbə, 18.10.2017, 17:32
Daxil oldunuz Гость | RSS

Www.Ehlibeyt.Clan.Su

Menyu
Qısa Məktublar
Bizim sual
Bismillahsiz Sure?
Всего ответов: 1713
Sayğac
İslami Saytların Reytinqi
Onlayn cəmisi 1
Qonaq 1
İstifadəçi 0
Главная » 2010 » İyul » 18 » NESİHETLER
16:12
NESİHETLER
          Sünni və şiələrin hər ikisinin Peyğəmbərdən nəql
                            etdiyi  hedsiler
•Əli (ə) barədə mənə beş imtiyaz verilib ki, onları dünyadan və dünyada olanlardan daha artıq sevirəm:
1) Bəndələrin əməl və xüsusiyyətləri barədə olan Allahın kitabı bəndələrin haqq-hesabı bitənə qədər onun yanındadır.
2) Qiyamət günü həmd  bayrağı onun əlində olacaq.
3) "Kövsər” hovuzunun saqisidir, mənim ümmətimdən də kimi istəsə sirab edəcək.
4) Məni kəfənə büküb, Allaha tapşıracaq (yə`ni, qəbrə qoyacaq).
5) Onun paklıqdan sonra çirkaba bulaşacağı imandan sonra küfrə düşəcəyi barədə zərrə qədər də olsun nə bir qorxum var, nə də bir narahatçılığım.

•Həzrət Əliyə (ə) etdikləri nəsihətlərində buyurur: Ey Əli! Beş şey qəlbi öldürər; çox yemək, çox yatmaq, çox gülmək, çoxlu qəm-qüssə  və haram yemək. Bu, imanı da aradan aparır.

•Beş şey unutqanlığa səbəb olar; siçan yeyən bir şeydən yemək, üzü qibləyə idrar etmək, axarı olmayan suya, yaxud da kül üzərinə idrar etmək, biti diri halda yerə atmaq və haramçılıqla yaşamaq.

•Beş şey qəlbi işıqlandırar: "İxlas” surəsini çox oxumaq, az yemək, alimlərlə oturub-durmaq, gecə namazı, məscidlərə getmək.

•Beş şey qəlbə səfa bəxş edər və qəsavəti aradan aparar; alimlərlə oturub-durmaq, yetimin başına sığal çəkmək, gecə yarısı istiğfar etmək, gecə az yatmaq və oruc tutmaq.

•Ey Əli! Beş şey gözün nurunu artırar: Kə`bəyə baxmaq, Qur`anın xəttinə baxmaq, ata-ananın üzünə baxmaq, alimin üzünə baxmaq və bir də axar suya baxmaq.

•Bir qurtum şərab içən adamı Allah beş bəlaya düçar edər; qəlb bərkliyi, Cəbrail, Mikail, İsrafil və bütün mələklərin bezarlığı, peyğəmbərlərin bezarlığı və cəhənnəm atəşi.

•Hər kəs beş yerdə Allaha xəyanət etsə Qiyamət günü Allahın rəhməti ona nəsib olmaz və aqibəti də cəhənnəm odudur; dəstəmaz, namaz, oruc, həcc və zəkat. Hər kəs peyğəmbərlərin göstərişlərinə itaət etməsə Allaha xəyanət etmiş hesab edilir və sonluğu da cəhənnəm əzabıdır.

•Allah beş qrup insana görə mələklər yanında fəxr edər; cihad edənlər, fəqirlər, Allaha xatir alnını torpağa qoyan cavanlar, çoxlu sayda minnətsiz infaq edən dövlətlilər və xəlvət yerdə Allah qorxusundan ağlayan kəs.

•Beş şey beş kəsdə görünəndə daha gözəl olur; əməl alimdən, ədalət padşahdan, səxavət varlılardan, səbr fəqirlərdən və həya da qadınlardan. Əməlsiz elm tavanı olmayan otaq kimidir. Ədalətsiz padşah susuz arx kimidir. Səxavətli olmayan dövlətli meyvəsi olmayan ağac kimidir. Səbri olmayan fəqir işıq saçmayan çıraq kimidir. Həyasız qadın da duzsuz xörək kimidir.

•Hər bir müsəlmanın digər müsəlman boynunda beş haqqı var; salama cavab, xəstə olanda yoluxmaq, dəfn mərasimində iştirak etmək, də`vətini qəbul etmək, asqıran zaman ona "yərhəməkumullah” demək.

•Əbuzər deyir ki, Peyğəmbər (s) belə buyurdu: "Kimdir ki, mənim sözlərimi öyrənsin və ona əməl etsin, yaxud da başqalarının əməl etməsindən ötrü onlara öyrətsin?”
Dedim: "Mən!” Həmin vaxt Həzrət (s) əlimdən tutub mənim üçün beş şey saydı: "Günahdan çəkin ki, insanların ən abidi hesab olunasan, Allahın qismətinə razı ol ki, hamıdan daha varlı olasan, qonşuna yaxşılıq et ki, mö`min olasan, özün üçün istədiyin şeyləri başqaları üçün də istə ki, müsəlman olasan və bir də çox gülmə ki, çox gülmək qəlbi öldürər.

•Uşaqları beş şeydən ötrü çox istəyirəm; çox ağlayırlar, toz-torpağa bulaşırlar (yə`ni, təkəbbürdən tamamilə uzaqdırlar), anlaşılmazlıq olanda kin saxlamırlar, sabahdan ötrü ehtiyat saxlamırlar, tikirlər və sökürlər (yə`ni, öz tikdiklərinə qarşı məhəbbətləri yoxdur.”

•İmam Hüseynə (ə) buyurub: "Vacibləri yerinə yetir ki, hamıdan təqvalı olasan, Allahın qismətinə razı ol ki, hamıdan daha ehtiyacsız olasan, günahdan çəkin ki, hamıdan daha zahid olasan, qonşunla xoş rəftar et ki, mö`min olasan və yoldaşınla da yaxşı davran ki, İslamın şərtlərindəndir.”

•Dünyanın beş çətinliyi var; bir dirhəm də olsa borc, fəraq (uzaq düşmək), bir xardal qədər də olsa dilənmək, bir mil də olsa səfər və qız, baxmayaraq ki, bir dənədir.

•İnsanların ən simici odur ki, İslamdan simiclik etsin, ən tənbəli odur ki, bekar oturub Allaha zikr demir, ən oğrusu odur ki, namazdan bə`zi şeylər oğurlayır və bu namazı köhnə əski parçası kimi necə gəldi büküb onun üzünə vurarlar, ən zalımı odur ki, mənim adımı eşidib salavat demir, ən bacarıqsızı da odur ki, dua etməkdə aciz olsun.

•"Layiqli elm” təhsilindən ötrü sərf olunmayan ömür hədərə gedib, xeyir işdən ötrü sərf olunmayan elm batil olub, ixlasla yerinə yetirilməyən əməl bərbad olub, davamlı olaraq qorunmayan ixlas zay olub, aqibəti xeyirli olmayan davamiyyət də puç olub. Çünki hər bir əməlin xeyirli olub olmamasının me`yarı onun aqibəti ilə ölçülür.

•Bilin ki, qəbir beş sözlə fəryad edir:
1) Ey Adəm övladı! İndi mənim belimdə gəzirsən, lakin son mənzilin bətnimdədir.
2) Ey Adəm övladı! Belimdə şadsan, lakin, bətnimdə qəmgin olacaqsan.
3) Belimdə günah edirsən, bətnimdə əzaba düçar olacaqsan.
4) Belimdə gülürsən, qarnımda isə ağlayacaqsan.
5) Belimdə haram yeməklər yeyirsən, bətnimdə isə oddan, atəşdən yeməklər yeyəcəksən.

•Qəbrin beş nidası var:
1) Mən tənhalıq eviyəm, özünüzlə dost gətirin.
2) Mən ilanlar mərkəziyəm, özünüzlə onları zərərsizləşdirən vasitə gətirin.
3) Mən qaranlıq bir mənziləm, özünüzlə çıraq gətirin.
4) Mən döşəməsi torpaq olan bir mənziləm, özünüzlə xalça gətirin.
5) Mən fəqirlik eviyəm, özünüzdən qabaq xəzinə göndərin.

•Nə qədər ki, bir kəsdə beş xüsusiyyət cəm olmayıb heç vaxt imanı kamil olmaz; Allaha təvəkkül, Onun qarşısında təslim, bəlaya səbr, Allahın təqdirinə razılıq və camaatla mehribanlıq.

•Mö`minin beş əlaməti var; xəlvətdə də təqvalı olmaq, kasıb halında da sədəqə vermək, müsibət və bəla zamanı səbr, qorxu zamanı düz danışmaq, qəzəb zamanı mülayim olmaq.

•Mal toplamağın beş eybi, nöqsanı var; cəm etmək əziyyəti, Allahı yad etməkdən qəflət, əldə edən zaman onu əldən vermək qorxusu, simiclik, ləyaqətli və saleh insanlardan uzaq düşmək. Mal-dövləti xərcləməyin də beş nəticəsi var; can rahatlığı, Allahı yad etməkdən ötrü asudə olmaq, oğrudan və s. əldən vermə vasitələrindən olan qorxunun olmaması, kərim və səxavətli insan kimi tanınmaq və saleh insanlarla dostluq.

Категория: Məqalələr | Просмотров: 1761 | Добавил: imamrza_asiqi | Рейтинг: 0.0/0
Всего комментариев: 2
2  
•Qəbrin beş nidası var:
1) Mən tənhalıq eviyəm, özünüzlə dost gətirin.
2) Mən ilanlar mərkəziyəm, özünüzlə onları zərərsizləşdirən vasitə gətirin.
3) Mən qaranlıq bir mənziləm, özünüzlə çıraq gətirin.
4) Mən döşəməsi torpaq olan bir mənziləm, özünüzlə xalça gətirin.
5) Mən fəqirlik eviyəm, özünüzdən qabaq xəzinə göndərin.

1  
ALLAH razi olsun

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtarış
NAMAZI BELƏ QILAQ


İslama Xidmət © 2017
Конструктор сайтов - uCoz