Cümə axşamı, 28.03.2024, 15:49
Daxil oldunuz Гость | RSS

Www.Ehlibeyt.Clan.Su

Menyu
Qısa Məktublar
Bizim sual
Bismillahsiz Sure?
Всего ответов: 1719
Sayğac
İslami Saytların Reytinqi
Onlayn cəmisi 1
Qonaq 1
İstifadəçi 0

Главная » 2010 » Yanvar » 31 » NAMEYİ - ƏMƏL NECƏ OLUR?
22:32
NAMEYİ - ƏMƏL NECƏ OLUR?
Quranın bir çox ayələrində insanların nameyi-əməli haqqında eşidirik və bütün bu ayələrdən belə nəticəyə gəlmək olur ki, insanların əməllərinin hamısı, hətta kiçik, cüzi bir şey də nameyi əməldə qeyd olunur. Qiyamət günü əgər insan yaxşı əməl sahibidirsə, nameyi-əməl onun sağ əlinə və əgər pis əməl sahbidirsə, nameyi-əməli onun sol əlinə veriləcəkdir. Belə ki, «Haqqə» surəsinin 19-cu ayəsində Allah Təala buyurur: "Nameyi-əməli sağ əlinə verilən kimsə isə deyər (iftixar edərək): "Gəlin, nameyi-əməlimi oxuyun". Və həmin surənin 25-ci ayəsində deyilir: "Nameyi-əməli sol əlinə verilən kimsə isə deyər: "Kaş nameyi-əməlim mənə verilməyəydi"”.

İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq: "O günə qədər insan hər nə edibdirsə, nameyi-əməlində qeyd olunar və onların hamısını yada salar. Elə bil ki, onu həmin saat etmisən. Belə ki, günahkarların fəryadı ucalar və deyərlər: "Bu necə namədir ki, heç bir səğirə və kəbirəni əsirgəməyibdir!"”.

Bu zaman belə sual yaranır ki, bu namə nədir?

Şəksiz deyə bilərik ki, bu kitab yer üzərində olan kitab, dəftər cinsindən deyildir və bəzi müfəssirlər deyirlər ki, bu nameyi-əməl insan ruhudur. Belə ki, bütün əməllər orada qeyd olunur. Çünki biz hər bir əməli edəndə istər-istəməz ruhumuzda əsər qoyacaqdır.

Bəziləri deyirlər k, bu nameyi-əməl bizim bədənimizin əzalarıdır, hətta bədənimizin dərisir və bundan başqa torpaq, hava və fəzadır ki, onlarda əməllərimizi həyata keçiririk. Çünki bizim əməllərimiz cismimiz və bədənimizin bütün hissələrinə təsir edir, havada və torpaqda öz təsirini qoyur.

Baxmayaraq ki, nameyi-əməlin təsirini bu dünyada biz dərk edə bilmərik, ancaq şəksiz bu mövcuddur və o gün ki, təzə görmə qabiliyyətimiz olacaqdı, yəni bəsirətimiz açılacaq gün , bütün bunları görəcək və oxuyacağıq.

"Oxumaq" sözü bizi çaşdırmasın, çünki onun mənası çox genişdir və hər növ müşahidə bura daxildir. Məsələn, gündəlik həyatımızda deyirik ki, onun gözlərindən oxudum ki, o nə etmək istəyir və ya filan əməli onun gözlərindən oxudum. "Oxumaq” sözünə xəstələrin rentgen vərəqlərinin oxunmasında da rast gəlirik.

Elə ona görə də yuxarıdakı ayələrdə oxuyuruq ki, bu nameyi-əməlin xətləri inkar edilə bilməz, çünki bu əməllər insan səslərinin yazdırılması kimi, insan şəklinin çəkilməsi kimi və barmaq izi kimidir, insanın hər anı qeydə alınır.

"Əl-mizan” Quran təfsirində oxuyuruq ki, Qiyamət günü insanlar üçün üç kitab mövcud olacaqdır. Birinci kitab elə bir kitabdır ki, bütün insanların əməllərinin hesabını aparır və əvvəldən axıra qədər bütün əməllər orada qeyd olunur və bu vahid kitabdır. Bu haqda "Kəhf” surəsinin 49-cu ayəsində oxuyuruq: "Nameyi-Əməliniz (qabağınıza) qoyular, o zaman günahkarların, onda olan (pis əməllərindən ) qorxuya düşdüklərini görəcəksən."

Bu ayədən göründüyü kimi, hamı üçün vahid bir hesab kitabı qərar veriləcəkdir.

İkinci kitab o kitabdır ki, hər bir ümmətin kitabıdır, yəni bir ümmətin əməlləri orada qeyd olunub. Belə ki, "Casiyə” surəsinin 28-ci ayəsində Allah buyurur: "Hər ümmət öz kitabına (nameyi-əməlinə) çağırılar".

Üçüncü kitab isə o kitabdır ki, hər bir insan üçün ayrıca mövcuddur, belə ki, İsra surəsini 13-cü ayəsində Allah buyurur: "Hər bir insanın nameyi-əməlini öz boynuna doladıq və Qiyamət günü onu bir kitab kimi çıxardarıq ki,onu qabağında açılmış görsün".

Aydındır ki, bu ayələr arasında ziddiyət yoxdur, çünki insan əməlinin bir neçə kitabda qeyd olunmasının heç bir maneyəsi yoxdur. Bugünkü dünyamızda da buna oxşar hadisələrə rast gəlirik, məsələn bir ölkənin təşkilat sisteminin dəqiq olması üçün bir neçə vahid proqram hazırlanır və bu proqramlar da böyük proqramda yerləşdirilir.

Ancaq ona da diqqət etmək lazımdır ki, qiyamət günü insanların nameyi-əməl kitabı dünyadaki kitablara bənzəməyəcəkdir. Çünki bu kitabda olanları heç kim inkar edə bilməz və o insan nəslinin əməllərinin təbii məhsuludur.

Yuxarıda oxuduqumuz ayələrdən göründüyü kimi insanların əməllərinin xüsusi kitabda üeyd olunması ilə bir yerdə əməllərin özü orada zahir olacaqdır.

O əməllər ki, pərakəndə enerji şəklində bəzi nəzərlərə görə məhv və yox sayılırlar, əslində isə yox olmayıblar. Bugünkü elm də sübut edir ki, heç bir maddə və enerji yoxa çıxmır, əksinə daima dəyişir.

O gün ki bu enerjlər, Allahın əmri ilə maddəyə çevriləcəklər və müəyyən formada təcəssüm edəcəklər, yaxşı əməllər gözəl və maraqlı şəkildə, pis əməllər isə çirkin şəkildə zahir olacaqlar. Bu əməllər bizim ilə olacaqlar və ona görə də Allah buyurur: "Allah bəndələrinə zülm etmir, çünki mükafatlar və cəzalar onların öz əməllərinin məhsuludur". ("Kəhf” surəsi, ayə 49).

Beləliklə deyə bilərik ki, cüzi hesab etdiyimiz hər bir əməlimiz nameyi-əməl kitabımızda qeyd olunubdur, yaxşı əməlimiz də pis əməlimiz də. Nameyi-əməli sağ əlinə verilənlərdən olaq və bunun üçün səy edək. İnşəallah!!!
Категория: Məqalələr | Просмотров: 1105 | Добавил: imamrza_asiqi | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtarış
NAMAZI BELƏ QILAQ


İslama Xidmət © 2024
Конструктор сайтов - uCoz