Cümə axşamı, 25.04.2024, 15:13
Daxil oldunuz Гость | RSS

Www.Ehlibeyt.Clan.Su

Menyu
Qısa Məktublar
Bizim sual
Bismillahsiz Sure?
Всего ответов: 1719
Sayğac
İslami Saytların Reytinqi
Onlayn cəmisi 1
Qonaq 1
İstifadəçi 0

Главная » 2010 » Mart » 1 » Namaz Qilirsan?
20:55
Namaz Qilirsan?

Salam əziz dost xahiş edirəm bu sətirləri axıra kimi oxu. Namaz qılırsanmı ? Desən hə Allah qəbul etsin,desən yox Allah sənə rəhim etsin və sənidə namaz qılanlardan qərar versin amin.Əgər desən ki mənim qəlbim təmizdir və ya ürəyim Allahla düzdür, əməlim bəzi namaz qılanlardan yaxşıdı. Sənin sonuncu fikirində həqiqət var amma bu o demək deyilki sən haqlısan .Bəzi namaz qilanlar ali məkdəbə iş verən bəzi tələbələr kimidir onların hamısı qəbul olur ? Onların bəziləri (imic) kimi qilir namazı bəziləri nüfuz qaznmaq üçün qilir namazı .bəziləri varlanmaq istəyir ona görə qılır namazı . Fatimə (s)-ın ölümünə səbəb olanlarda namaz qılırdılar. İmam Hüseynin başını kəsən, 6 aylıq körpəni oxlayanlar,onlara su vermədən zülm edənlərdə namaz qılırdılar. Namazını kamil qılan bəndə dərsini bilən tələbə kimidir onun heç bir imtahandan qorxusu yoxdur.O ki, qaldı ürrəyin təmizliyinə əməlin düzlüyünə qəlbləri təmizləyən əməlləri düzəldən ibadətdir. Ürəyinin təmizliyinə bu qədər güvənib namaz qılmaqdan boyun qaçırırsansa,onda belə çıxır ki güya sənin qəlbin Peyğənbərimiz Allahın elçisi Məhəmməd (s.ə.v.v.)-dən təmizdir ? Sənin qəlbin 12 İmamın (Məhsumun) qəlblərindən təmizdir ? Onları Allah hər çirkinlikdən uzaq və pak yaratmışdı,onlar namaz qilırdılar ürəkləri səninki qədər təmiz deyildi? Əməlləri səninki qədər düz deyildi? Siz hansı tələbədən olmaq istərdiniz əlbətdəki imtahana hazir olan tələbədən elə deyilmi? Namaz Allah yanında ən yaxşı əməl, dinin sütunu və Peyğənbərlərin vəsiyyət etdiyi əməldir. Əgər namaz qəbul olsa digər əmələrdə qəbul olar.
Qiyamətdə insandan sorçulan birinci sual namaz olacaqdır .İnsanın namazı olmasa onu oda atacaqlar .Bəzi insanlar fikirləşirlər ki onsuzda mən cəhənnəmliyəm təzdən nə xeyri var namaz qilmağın həmin insanin ya Allahın mərhəmətindən xəbəri yoxdu ya da cəhənnəm odundan qoruxmur .Bir kibriti yandirin əlinizidə üstünə tutun az birvaxt kibrit alovuna dözməyən insan necə ola bilər ki bu qədər təkəbürlü olsun?
Rəsuli-əkrəm(s.ə.v.v.) Buyurur : Allah təala öz izzət və cəlalına and içib buyurmuşdur Namaz qılanlara və səcdə edənlərə əzab verməyəcək.
İmam Əli (ə) Buyurmuşdur : Əgər namaz qılan şəxs Rəbinin sonsuz rəhmətinin onun halına necə şamil olduğunu billsəydi heç vaxt başını səcdədən qaldırmazdı.
İmam Əli (ə) Buyurmuşdur: Əsla ibadətdən yayınmayın fürsət çox azdır, Namaz barəsində qorxun Allahdan
İmam Sadiq (ə) Buyurmuşdur: Həqiqətən bizim şəfaətimiz namazı yüngül sayanlara çatmaz.
Gündəlik 3-5 vaxt namaz cəmi 40-50 dəq tam etmir.Siszcə seryala baxmaq sizə xeyirdi yoxsa Allaha ibadət etmək?
Ola bilsin ki fikirləşirsənki "Hələ hazır deyiləm,qorxuram yarıda saxlayım,belə günaha girməkdənsə,yaxşısı budur heç
namaz qılmayım” Çox çarəsiz və aciz fikirdir.Hazırlıq Müharibəyə gedənə lazımdır namaz qılmağa yox.Allah –Təala bu yola gələn bəndələrinə özü kömək olur.Gərək bəndədə əlindən gələni edə Səndən hərəkət Məndən bərəkət.Xanımların
çoxu fikirləşir ki mən başımı bağlaya bilmərəm ,indi başını baglayıb 100 oyundan çıxanlar var mənə də o gözlə baxarlar və ya indi başımı bağlasam mənə geridə qalmış kimi baxarlar.Amma bütün eyiblərə baxmayaraq,bu bataq-
lıqda azsaylı Fatimeyi-Zəhra (ə)-mı sevən güllər açır.Təsüf ki, buradakı problem daha acınacaqlıdır. Çünki kafirlərin,
İslam düşmənlərinin etmədiyi işi içimizdə olan münafiqlər (xarici mömin daxili kafir) etməkdədir. Belə ki, bu gün bəzi
"hicablı” qızlara rast gəlinir ki,onlarda hicabdan yeganə nümunə, yalnız naqis formada olan baş örtüyüdür. Onların
geyimləri, hicabsızların geyimindən heç fərqi yoxdur.Bu cür "dindar”lar dar şalvarı, bədənə yapışan paltarı ilə bəlkə də
qeyri müsəlmanlara meydan oxuyurlar.Çox təssüf ki,bəzən qızların elələrinə də rast gəlinir ki,onlar hicabı Allaha xatir
deyil, "ərə getmək” xatirnə edirlər. Əksinə,belə insanlar hicabın gözdən düşməsinə, cəmiyyətdə hicaba qarşı pis fikrin
yaranmasına səbəb olurlar. Sizcə,Zəhra (ə)-a bundan da böyük düşmən kəsilmək olarmı?! Axı sizə kim ixtiyar verib ki,
müqəddəs Zəhra(ə)-ın hicabıyla bu cür rəftar edəsiz?Qiyamətdə hicabı yüngül tutduğunuza görə,nə cavab verəcəksiniz?
Bacım ayıq ol! Qərb "qadın azadlığı” adı altında, səni alçaldır. Özünün yoruldugu mədəniyyətini sənə sırıyır. Sən isə
fərqinə varmadan qəbul edirsən.Vaxtilə 14-15 yaşlı yeniyetmə qızların İslamın müqəddəs qanunları ilə daimi ərə get-məsini zülm kimi təbliğ edən İslam düşmənləri, bu gün hətta bu yaşdan da kiçik qızları gecə kulublarında ,barlarda bir və ya bir neçə kişinin ixtiyarına qoymağı "qadın azadlığı” adlandırırlar .Sizcə bu azadlıqdı yoxsa köləlik...?
Müxtəlif əxlaqsız seriallar, kinolar, reklam və şoular mənəviyyatımızı, milli-dini dəyərlərimizi, əxlaqımızı aradan aparmağa yönəlmişdir. Bu gün gələcəyin anası olan körpə qızcığaz üçün ideal qadın, hasısa əxlaqsız serialın və ya şounun qəhramanıdır.Əgər əvəllər kiçik məktəbli alim, həkim, müəllim, mühəndis olmaq istəyirdisə indi müğənni aktyor olmaq istəyir.Uşaqda günah yoxdu təbliğ belədir, valdeyin serialın qarşısinda yatanda uşaqda "Hade”-yə oxşamaq istəməyi normaldır. Hanı indi Babəkləri Korogluları yetişdirən ismətli qeyrətli vətənpərvər qadinlardakı ruh? Bu gün
bu ruhu öldürmək üçün hər gün əxlaqsız seriallar bəzəyir TV-ləri. Əziz analar bacılar ruhunuzu qoruyun, onların əməllərinə allət olmayın.Otu öz kökü üstə bitməyə qoymayanlarin marağına uymayın,bizim öz kökümüz var. Yaxşı bir misal da var Filankəs özünü qayadan atacaq sən də atacaqsan?! Muasirlik, Əxlaq, İffət sizcə soyunmaqdadır yoxsa geyinməkdə.Hicab taxanlara geridə qalmış kimi baxanlar bilsinlərki hicab bizə Zəhra(ə)-ın əmanətidir.Əgər biz geridəqalmışıqsa bizə belə xoşdur,siz (TARZAN və MAUQLİYƏ, Diki plyajdakılara ) çatana kimi davam eyləyin görək axırınız muasirlikdir yoxsa vəhşilik. İslam muasirliyin tərafdarıdır vəhşiliyin yox! İslam ədalətin tərafdarıdır haqsızlığın yox! İslam gözəlliyin tərafdarıdır çirkinliyin yox! İslam azadlığın tərafdarıdır köləliyin yox! İslam namus qeyrət tərafdarıdır pozğunluğun yox! İslam insanları haramdan çəkindirər halala yönəldər. Ey insanlar yuxarıda deyilən nöqsan və iradlara görə namazdan uzaq düşməyin,Allahın əmrinə qarşı gəlməyin.Namaz bəndənin Allaha bəndəlik borcudur.
Namaz insanları çirkinlik və pis əməllərdən çəkindirir Ənkəbut Surəsi 45 ayə
Çalışın namaza gəlməkdə birinci olun axırıncı yox.Unutmayın bizim Allaha eytiyacımız var Allahın bizə yox.............!   

Категория: Məqalələr | Просмотров: 1145 | Добавил: imamrza_asiqi | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtarış
NAMAZI BELƏ QILAQ


İslama Xidmət © 2024
Конструктор сайтов - uCoz