Çərşənbə, 24.04.2024, 09:18
Daxil oldunuz Гость | RSS

Www.Ehlibeyt.Clan.Su

Menyu
Qısa Məktublar
Bizim sual
Bismillahsiz Sure?
Всего ответов: 1719
Sayğac
İslami Saytların Reytinqi
Onlayn cəmisi 1
Qonaq 1
İstifadəçi 0

Главная » 2010 » Fevral » 8 » Maidə surəsi
23:35
Maidə surəsi
əl-Maidə surəsi

1 Quranın bu surəsi 120, bəzilərinə görə isə 122 və ya 123 ayədən ibarətdir. "Maidə” -"yemək süfrəsi” mənasını verir. Təfsirçilər surəyə bu adın 112-ci ayədə İsa tərəfdarlarından bir qisminin göydən maidə enməsi ьзьn dua etməsinə gцrə verilməsini qeyd edirlər. Surəyə bundan başqa əl-Uqud və əl-Munkizə adları da verilmişdir. Əl-Maidə surəsində halal və haram olan şeylər sadalanır, insanların yaxşılıqla dolanmaları, doğruluq və ədalətlə yaşamaları haqda bəhs olunur. Surənin böyük hissəsi Hüdeybiyyə hadisələrindən etibarən (6-cı hicri - 628-ci ilin baharı) nazil olmağa başlamış, bəzi hissələri hicri 8-630-cu ildə, bəzi ayələri isə vida həcci əsnasında (10-632) endirilmişdir. Çoxları bu surəni vaxtına görə sonuncu surə sayırlar. Əsas hissəsi hicri 6-7-ci illərə (627/28-628/29) aiddir. Ьmumiyyətlə ayələr arasında əlaqə var: 1-5-ci ayələr; 87-ci va sonrakı ayələr. Müqayisə et: 12 və 87-ci ayələri.
2 Bəziləri bu ayəni iki mьstəqil ayəyə bцlьr. 1, 3 və 5-ci ayələr Muhəmməd peyğəmbərin vəfatından bir az qabaq nazil olmuşdur.
3 Ənənə bu ayəni hicri 7-ci ilin həccinə (629-cu ilin mart-apreli) və ya Hьdeybiyyəyə aid edir (6-cı hicri ilin zülqədə ayı - 628-ci ilin mart ayının ikinci yarısı)
4 Əgər amminə-l-beyt əl-həram mьsəlmanlardırsa, onda hadisələr hicri 9-cu ildən (630-31) sonradır.
5 Bu ayə də Hьdeybiyyə dцvrьnə aiddir. Həmin vaxt qьreyşilər həcc mərasiminə mane oldular.
6 Əl-meytə (bax Y.Şaht. Meyta (Mayta), I A, 8-ci cild, səh. 193-195).
7 Bu ayə, ənənəyə gцrə, axırıncı həcc vaxtı nazil olmuşdur. Sözsüz ki, Muhəmməd peyğəmbərin ömrünün son ilinə aiddir.
8 XXIV surənin 51-ci ayəsi ilə eynidir. Y.Oberman (Quran və Aqada. Sina dağındakı hadisələr, 1941, səh. 31, ingilis dilində) bu ayəni Sina dağına aid edir.
9 Bəlkə də, 8-10-cu ayələr eyni vaxtda nazil olub.
10 12-34-cь ayələr hicrətin 7-ci ilində Xeybərin (628-ci ilin may-iyunu) alınması dövründə nazil olub.
11 20-26-cı ayələr kəşfiyyatçılar haqqındadır və onlardan yalnız burada bəhs olunur.
12 Şiələr bura 2-ci surənin 61-ci ayəsini daxil etməyi lazım bilirlər.
13 İki kəşfiyyatçının müqəddəs əraziyə daxil olması haqqındakı əfsanəni əks etdirir. Müqayisə et: Kitabi-mьqəddəs, Ədad, XIII, 6.
14 27-32-ci ayələrdə Qabil və Habil nəzərdə tutulur və onlar haqqında söhbət yalnız burada gedir.
15 Orta əsr yəhudi dini ədəbiyyatının bir növündə Midraş deyilir (qədim yəhudi dilində draş "təd-qiqatçı” deməkdir). Midraşda həmin təlimat Habilin öldürülməsi haqqında hekayətdən sonra gəlir.
16 33-cь ayə cihadın təbliğidir.
17 35-40-cı ayələr üslubuna görə, ola bilsin, Məkkənin fəthindən əvvəl nazil olub.
18 41-50-ci ayələr yəhudilər arasındakı münaqişədən bəhs edir.
19 Mьqayisə et: Tцvrat, Xьruc, XXI, 23; Levit, XXIV, 29.
20 51-58-ci ayələr, guya 3-cь hicri (624/25) ilə aiddir. Bu vaxt Bəni-Kaynuka yəhudi qəbiləsi Mədinənin daxilində yaşayırdı. Muhəmməd peyğəmbər hicri 2-ci ilin şəvval ayında (624, aprel) Bəni-Kaynuka ьzərinə hьcum edir. Bəzilərinə gцrə, səbəbi həmin qəbilə ьzvlərinin həyasızlığı idi (bax 3-cь surənin 10-cu və sonrakı, həmçinin 8-ci surənin 60-cı və sonrakı ayələrinə). 15 gьnlьk mьhasirədən sonra Bəni- Kaynuka təslim olur: qəbilənin kişiləri zəncirlənir. Lakin Bəni-Xəzrəc və münafiqlərin başçısı əvvəlcə Mədinənin şimalındakı Vadi əl- Qurandakı yəhudi koloniyasına və oradan da Suriyada Azriata köçdülər. 51-ci ayə ağır günlərin təsviridir. Bəlkə, Ühüd döyüşündən sonra nazil olub. Bax III surə, 16-cı qeyd.
21 59-85-ci ayələr yəhudilərlə uzun-uzadı müharibələrdən sonra nazil olub.
22 2-ci surənin 64-cь ayəsi ilə mьqayisə et.
23 Yəni-Allah xəsisdir.
24 Yəni-yəhudilər qiyamətə əlləri boyunlarının dalına bağlı gələcəklər.
25 Bəzi təfsirзilər bu ayəni ən qədim Məkkə ayəsi hesab edirlər.
26 Şiələr buraya fi Əli ("Əli haqda”) ifadəsini əlavə edirlər.
27 Sabiilərin adı Quranda üç dəfə zikr olunur: II, 62; XXII, 17; V, 69.
28 Bəlkə, burada islamdan qabaq xaзpərəstlər haqda mцvcud olan nəzəriyyə цz əksini tapmışdır.
29 87-89-cu ayələr hicri 7-ci (628-29) ildən gec nazil olmamışdır. Bu haqda göstəriş 66-cı surənin 2-ci ayəsində də var. Bəlkə də, bu ayələr 89-92-ci ayələrlə eyni vaxtda nazil olub.
30 Bəzi hallarda 94-96-cı ayələr Hüdeybiyyədə içilən and məqamına aid edilir. Ola bilsin ki, 97-100-cü ayələr də həmin məqama aiddir.
31 Sonradan bu ifadə balıq ovuna etiraz edənlərin əleyhinə işlənirdi.
32 101-105-ci ayələrin nazil olduğu vaxt aydın deyil. 101-ci ayə, ənənəyə görə, Muhəmməd peyğəmbərə verilən müxtəlif suallara cavabdır. Ehtimal ki, burada bütpərəstlərin xurafatından bəhs edən 103-104-cü ayələrlə bağlılıq vardır.
33 Əvvəlki ьmmətlərin məhvi peyğəmbərlərinə çox sual vermələri və ixtilafları üzündən olmuşdur.
34 Bəhirə - beş dəfə doğub axırıncı balası erkək olan dəvə. Cahiliyyət dövründə bütpərəst ərəblər həmən dəvənin qulağını çərtib azad buraxar, ətini və südünü haram hesab edib yeməzdilər. Saibə - müəyyən bir məqsəd üçün bütlərə nəzir deyilən dəvə. Həmin niyyət həyata keçən kimi, o dəvəni bütün işlərdən azad edib sərbəst buraxar, ətini və südünü yeməzdilər. Vəsilə - bütlərə məxsus edilən qoyun. Bu qoyun dişi bala verdikdə onu özlərinə götürər, erkək bala verdikdə onu bütlərə qurban kəsərdilər. Həmin qoyun biri erkək, biri dişi olmaqla əkiz doğduqda isə: "Dişi bala bizimdir, erkək də bacısına yapışıb”- deyərək hər ikisini özlərinə götürərdilər. Hami - belindən on bala gəlmiş erkək dəvə. Ona da heç bir yük qoşmaz, sərbəst buraxardılar. Bəzi müfəssirlərə görə, onun əti və yunu haram hesab olunar, digərlərinə görə isə, o öldükdə ətindən həm kişilər, həm də qadınlar yeyərdilər. (V.M.)
35 106-cı və sonrakı ayələr II surənin 180-ci ayə-sindən çox sonra nazil olmuşdur.
36 Bax qeyd I.

Категория: Məqalələr | Просмотров: 1404 | Добавил: imamrza_asiqi | Рейтинг: 0.0/0
Всего комментариев: 1
1 meryem  
0
cox tesekur edirem. Allah razi olsun

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtarış
NAMAZI BELƏ QILAQ


İslama Xidmət © 2024
Конструктор сайтов - uCoz