Cümə, 19.04.2024, 19:41
Daxil oldunuz Гость | RSS

Www.Ehlibeyt.Clan.Su

Menyu
Qısa Məktublar
Bizim sual
Bismillahsiz Sure?
Всего ответов: 1719
Sayğac
İslami Saytların Reytinqi
Onlayn cəmisi 1
Qonaq 1
İstifadəçi 0

Главная » 2010 » May » 19 » ƏLİ(Ə) PEYĞƏMBƏRLƏRDƏN ÜSTÜNLÜYÜ
23:32
ƏLİ(Ə) PEYĞƏMBƏRLƏRDƏN ÜSTÜNLÜYÜ
ƏLİ(Ə) PEYĞƏMBƏRLƏRDƏ
        ÜSTÜNLÜYÜ                       
Hicrətin40-ci ili mübarək Ramazan ayının 20-sində,Rəsuli-Əkrəmin(s)də əvvəlcədən xəbər verdiyi kimi,zalim bədbəxt Əbdurrəhman ibn Mülcəm Muradi tərəfindən zəhərli qilinc ilə mübarək başından zərbə alan İmam Əli(ə)ölüm nişanələrini bildiyindən,oğlu İmam Həsənə(ə) qapı arxasında toplanan şiələrin gəlib onu görmələrinə izn verməsinə əmr etdi.Onlar yatağın ətrafında toplaşıb,sakitcə İmam(ə)ücün ağlayırdılar.Həzrəti Əli(ə) cox halsız bir halda buyurdu:Məni itirməmiş istədiyiniz sualı soruşun;ancaq suallariniz qısa olsun.Əshabın hər biri sual verib cavablarını alırdılar.Onlardan biri şiənin böyük şəxsiyyət və ravilərindən olan Küfənin məşhur xətibi Sə`səə ibn Suhan idi.Şiə alimləri və sünnü alimləri,hətta "Səhih" yazıcıları onun rəvayətlərini həzrət Əli(ə)və ibn Abbasdan nəql etmişlər.ibn Əbdulbirr "İstiab",İbn Səd "Təbəqat" və İbn Quteybə "Maarif" adlı kitabında və digər böyük alimlər onun həyat və fəaliyyəti haqqında şərhlər yazaraq etibarlı və adil bilib,həzrət Əlinin(ə)alim,fazil,sadiq və təqvalı əshabından biri olduğunu nəql etmişlər
 Sə`səə həzrəti Əliyə(ə)belə ərz etdi:"Siz üstünsünüz yoxsa Adəm peyğəmbər,"
həzrət Əli(ə)cavabında buyurdu:
 -İnsanın özünü tərif və tərkiyə etməsi cirkin bir seydir,amma Rəbbinin nemətlərini anlat baxımından söyləyirəm:
mən Adəmdən daha üstünəm.
-Ey Əmirəl-möminin!hansı dəlilə görə siz Adəmdən daha üstünsünüz,
-Adəm ücün buğdadan başqa Cənnətdə bütün rəhmət,rahatliq və ne`mətlər hazırlanmışdır.O,nəh edilməsinə baxmayaraq,buğdadan yeyərək Cənnət və Haqqın rəhmətindən cıxdı.Amma Allah-təala məni,buğdanı yeməyi qadağan etməsinə baxmayaraq,öz istək və iradəmlə,dünyanı əhəmiyyətli bilmədiyimdən,buğdanı yemədim.
 Bu söz insanin kəramət və fəzilətinin Allah qatında zöhd və təqva ilə olduğuna işarədir.
 
Sə`səə :-Siz daha fəzilətlisiniz,yoxsa Nuh peyğəmbər?
Həzrət Əli(ə):-Mən Nuhdan daha fəzilətliyəm.
-Hansı dəlilə görə?
-Həzrət Nuh öz qövmünü Allaha dəvət etdikdə onlar itaət etmədilər üstəlik,o Həzrətə cox əziyyət verdilər,zülüm ütdilər.Sonda onlara qarğış edib dedi:Allahım yer üzündə kafirlərəbir diyar belə qoyma.(yəni onların hamısını həlak elə)Amma mən Xatəmul-ənbiyadan(ə)sonra bu ümmətdən qat-qat artıq əzab-əziyyət görməyimə baxmayaraq,onlara qarğış etmədimvə tamamilə səbr etdim.
Bu söz,bəlalara qarşı səbri cox olan kimsənin haqqı ən yaxın məxluq olduğuna işarədir!


 Sə`səə:-Siz daha üstünsünüz,yoxsa İbrahim peyğəmbər?
Həzrəti Əli(ə):-Mən İbrahimdən daha üstünəm.
-İbrahimdən üstün olmağınızın dəlili nədir?
-İbrahim,Allah Təaladan:Rəbbim,ölünü nece dirildirsen? deyə soruşdu.
Allah Təala: İnanmırsan? deyə buyurdu.İbrahim dedi.İnanıram,ancaq (onu gorməklə)
qəlbimin əmin olmasını istəyirəm.Amma mənim imanım eləbir yerə catmışdır ki,hətta əgər bütün hicablar qaldırılsa belə,zərrə qədər yəqinimdə artım olmaz.
Bu söz şəxsin dərəcə və məqam ucalığının Həqqul-yəqin mərtəbəsinə yetişdiyi ücün onun yəqin məqamına catdığına işarədir!

 Sə`səə: - Siz daha üstünsüz,yoxsa Musa peyğəmbər?
Həzrəti  Əli (ə):- Mən Musadan daha fəzilətliyəm.
-Hansı dəlilə görə?
-Allah-təala həzrət Musanın ,fironu dəvət etmək üçün,Misirə göndərdikdə,Musa Rəbbinə belə dedi: "Rəbbim, mən onlardan bir nəfər öldürdüm,məni öldürəcəklərindən qorxuram.Qardaşım Harun dil baxımından məndən daha fəzilətlidir.Onu da mənimlə bərabər,məni  doğrulayan bir yardımçı olaraq göndər.Çünki onların məni yalanlayacaqlarından qorxuram"
- Atası,qardaşı əmisi,dayısı və yaxın əqrabasını öldürdüyüm bir çox insaın olmasına baxmayaraq, Rəsulullah (s) Allah tərəfindən məni "Bəraət" surəsini ilk ayələrini Məkkədə-Kəbənin üzərində Qureyş kafirlərinə oxumaqım üçün vəzifələndirdikdə,əsla qorxmayıb əmrə itaət etdim.Təkcə getdim,vəzifəni yerinə yetirib "Bəraət" surəsinin ayələrini onlara açıqladıqdan sonra geri döndüm.
Bu söz,şəxsin üstünlüyünün Allaha təvəkküllə ola biləcəyinə və təvəkkülü çox olanında üstün olduğuna işarədir.
  Sə`səə: - Siz daha ,üstünsünüz,yoxsa İsa peyğəmbər?
Həzrəti Əli (ə): Mən İsadan daha üstünəm.
- Hansı dəlilə görə,
- Cəbrayıl Məryəmin yaxasına üfürdükdən sonra O,Allahın qüdrəti ilə hamilə oldu.Doğum zamanı gəldikdə Məryəmə belə vəhy olundu."Bu evdən(Beytul-Müqəddəsdən) bayıra çıx,çünki bu ev ibadət evidir,doğum evi deyil!"
Bax,bu səbəbdən də,Beytul-müqəddəsdən bayra çıxıb,çöldə quru bir  xurma ağacının altında İsanı dünyaya gətirdi.
 Amma anamın-Əsəd qızı Fatimənin Məscidül-Həramda doğum sancısı başladıqda Kəbənin Rəbbinə yalvararaq belə dedi:"İlahi, bu evin və bu evi bina edənin haqqı hörmətinə bu doğum sancısını mənim üçün asanlaşdır.Bax,bu an evin divarı aralandı.və anam"Ey Fatimə,evə gir!"- deyə qeybi bir nida ilə evinicinə də`vət etdilər.Daha sonra anam içəri girdi və mən Allahın evi olan Kəbədə dünyyaya gəldim.
 Bu söz insanın şərəfinin ilk mərhələdə əsalət,soy və doğumun təmizliyinə görə olduğuna,ruhu nəfsi və bədəninin daha təmiz olanı da daha üstün olduğuna işarədir.
                                                                 (PİŞAVƏR GECƏLƏRİ CİLD-2 SƏH 84)

Категория: Məqalələr | Просмотров: 1608 | Добавил: imamrza_asiqi | Рейтинг: 0.0/0
Всего комментариев: 1
1 Nesimi  
0
Afərin sizlərə.Həzrəti Əlinin əksər peygəmbərlərdən üstün oldugunu sübut etməyə cəhd etdiniz.(Bəlkə də o MÜBARƏK belə sözləri heç zaman ağzına almağa cürət etməyib)Bu işi "yoluna qoyandan sonra başlayarsınız (allah qoymasa) Həzrətin UCA ALLAHDAN və Rəsulundan üstünlüyünü axtarmağa

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtarış
NAMAZI BELƏ QILAQ


İslama Xidmət © 2024
Конструктор сайтов - uCoz