Şənbə, 20.04.2024, 02:31
Daxil oldunuz Гость | RSS

Www.Ehlibeyt.Clan.Su

Menyu
Qısa Məktublar
Bizim sual
Bismillahsiz Sure?
Всего ответов: 1719
Sayğac
İslami Saytların Reytinqi
Onlayn cəmisi 1
Qonaq 1
İstifadəçi 0

Главная » 2010 » İyun » 3 » Kövsər: FATİMƏ
22:59
Kövsər: FATİMƏ
Sən ey gövhər, İmamətə sevimli madər Fatimə,
Yarın Heydər, atan isə xətmi-peyğəmbər Fatimə.

Səndən əvvəl bir dəstə şər, atana deyərdi "Əbtər”,
Əta etdi "Həyyi-davər”, sən kimi "Kövsər” Fatimə.

Mövlud günün, həmin səhər,təkdi anan, yox bir nəfər,
Haqq göndərdi dörd "dürrü zər”, anana yavər Fatimə!

Sən doğuldun... güldü üzlər, güldü üzlər, güldü gözlər,
Güldü "basdırılan qızlar”, oyandı bəşər... Fatimə!

Sənsən könüllərə dilbər, sənsən qadınlara sərvər,
Sən iffət adlı gülü-tər, şafeyi-məhşər Fatimə!
 
Sənə toyun günü madər, üz tutdu fəqir bir nəfər,
Dedi,-"əl tut, eylə nəzər, nuri-münəvvər Fatimə-".

Toy libasin verib yeksər, sordun,- xanim, bəsdir, yetər-?
Yenə arzun olsa əgər, açıqdir bu dər, Fatimə!

Səni candan sevən Kövsər, bütün dərd əhlinə dilər,
Sənə gəlsin, gələrsə gər, açar göyə pər, Fatimə!

                                                                                Kövsər
//islammektebi.org
Категория: Məqalələr | Просмотров: 1112 | Добавил: imamrza_asiqi | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtarış
NAMAZI BELƏ QILAQ


İslama Xidmət © 2024
Конструктор сайтов - uCoz