Bazar ertəsi, 11.12.2017, 04:58
Daxil oldunuz Гость | RSS

Www.Ehlibeyt.Clan.Su

Menyu
Qısa Məktublar
Bizim sual
Bismillahsiz Sure?
Всего ответов: 1713
Sayğac
İslami Saytların Reytinqi
Onlayn cəmisi 1
Qonaq 1
İstifadəçi 0
Главная » 2010 » İyun » 23 » İslamda evlənməyin əhəmiyyəti
23:13
İslamda evlənməyin əhəmiyyəti
Müqəddəs İslam Şəriəti evlənməyə yüksək diqqət yetirərək onu bütün müsəlmanlar üçün təkid etmişdir. Belə ki, əziz Peyğəmbər (səlləllahu əleyhi və alih)buyurur:
"Allah yanında evlənməkdən daha sevimli, bəyənilən bir şey yoxdur.”
Həzrət Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhissalam) buyurub:
"Evlənin! Çünki evlənmək Allah Rəsulunun (səlləllahu əleyhi və alih) sünnətidir ki, həmişə buyururdu: "hər kəs mənim sünnətimə tabe olmaq istəyirsə, (onda bilməlidir ki,) mənim sünnətimdən biri də evlənməkdir.”
İslam oğlan və qızlara daha tez evlənmələrini əmr edərək bu mühüm məsələyə o qədər təkid edir ki, hətta əziz Peyğəmbər (səlləllahu əleyhi və alih) evlənməməyi öz sünnətindən üz döndərmək kimi qiymətləndirmişdir. "Evlənmək” söhbəti olan ev ən yaxşı ev kimi tanımışdır.
YOXSULLUQ EVLƏNMƏYƏ MANEƏ OLMAMALIDIR
İslam valideynləri, habelə onların simasında bütün insanları öz qız və oğlanlarını evləndirməyə sövq edir:
"Ərsiz arvadları, kənizləri və arvadsız kişiləri və öz layiqli qullarınızı (möminlər arasında, arvadsız kişi və ərsiz arvad qalmasın deyə) bir-biri ilə evləndirin. Əgər arvad və ya kişi kasıb olarsa, Allah Öz məhəbbəti ilə onları ehtiyacsız edəcəkdir. Allah bəndələrinin halından agahdır və Onun rəhməti böyük və tükənməzdir.”
Bu şərif ayə demək istəyir ki, kasıblıq evlənməyin qarşısına sədd çəkməməlidir. Əks halda bu şeytan vəsvəsəsidir. Şeytanın vədəsindən qorxmaq isə, həqiqətdə mehriban Allah barəsində sui-zənn etməkdir. Allaha qarşı bədgüman olmaq haramdır. Allah evlənən yoxsullara, onların çətinliklərinini aradan qaldıracağına və onları Öz köməkliyi ilə ehtiyacsız edəcəyinə söz vermişdir.
PEYĞƏMBƏR (səlləllahu əleyhi və alih) MÜSƏLMANLARIN EVLƏNMƏYİ İLƏ FƏXR EDİR
Evlənmək və müsəlman nəslinin qorunması Allah rəsulunun iftixarıdır. Belə ki, Həzrət Mühəmməd (səlləllahu əleyhi və alih) buyurub:
"Evlənib ailə qurun və nəsil artırın ki, qiyamət günü sizlərlə, hətta ana bətnindən düşmüş uşaqla belə fəxr edəcəyəm.”
Əziz İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) başqa bir hədisdə buyurub: "Mən sizə peyğəmbər olmaqla yanaşı evlənir, dadlı yemək yeyir, camaatla əlaqə saxlayaraq onların arasında yaşayıram. hər kəs mənim sünnət və həyat tərzimdən üz döndərsə məndən deyil.”
EVLƏNMƏKDƏ MANEƏ OLMAMALIDIR
İslam evlənməyin asan olması üçün sədd və maneələri bu mühüm işin yolundan qaldırmışdır. İslam nəzərincə cehiz və mehriyyə nə qədər az olsa bir o qədər yaxşıdır. Bir qayda olaraq Peyğəmbər (səlləllahu əleyhi və alih)-in, məsum İmamların (əleyhissalam) və İslam dininə iman gətirmiş ilk müsəlmanların adətindən məlum olur ki, evlənmək qarşısında maneə yoxdur, ona görə ki, onlar bütün çətinlikləri aradan götürmüşlər.
İslam batil və xurafat olan məsələləri kənara atmışdır. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) bu barədə "Xurafat İslamın ayağı altında (əzilmiş və) aradan getmişdir”-deyə buyurmuşdur. Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) öz izdivacı, eləcə də qızı Həzrət Fatimeyi Zəhra salamullah əleyhanın ər evinə getməsi bunu göstərir ki, İslam xurafat və cahiliyyətlə lazımınca mübarizə aparmışdır.
HƏZRƏTİ ƏMİRƏL-MÖMİNİN ƏLİ (əleyhissalam)-IN İZDİVACI
Bir gün həzrət Əli (əleyhissalam) Allah Rəsulunun (səlləllahu əleyhi və alih) yanına gələrək bir az söhbətdən sonra Peyğəmbərə belə deyir: Ya Rəsuləllah, siz mənim dünya və axirətdə pənahım və köməyimə yetənimsiniz. Ya Rəsuləllah, mənə qarşı göstərdiyiniz bu qədər hörmət və mehribanlıqla yanaşı, ünsiyyət tapmaq üçün evlənib ailə sahibi olmaq istəyirəm. Ya Rəsuləllah, mən sizin yanınıza gəlmişəm və xahiş edirəm ki, qızınız Fatimənin nikahını mənə oxuyasınız.
Ümmü Sələmə deyir: Bu sözdən sonra Peyğəmbərin mübarək üzünün sevincdən nurlanmasının şahidi oldum.
Həzrət, Əmirəl-möminin (əleyhissalam) mübarək üzünə təbəssüm edib buyurdu: Ya Əbəl Həsən, mən Fatimənin nikahını sənə oxumaqdan ötrü mehriyyən varmı?
Əli (əleyhissalam) dedi: Atam-anam sənə fəda olsun, mənim vəziyyətim sizə məlumdur, təkcə bir qılınc bir zirehli paltar və bir dəvə varımdır ki, onunla da su daşıyıram. Bunlardan başqa heç bir şeyim yoxdur.
Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu: Ya Əli, qılınca ehtiyacın vardır, çünki Allah yolunda cihad edib Onun düşmənləri ilə döyüşməlisən. Dəvə isə su gətirmək, xurma ağaclarını suvarmaq, ona yük yükləmək üçün lazımdır, mən sənin zirehli paltarını mehriyyə əvəzində səninlə Fatiməni (səlləllahu əleyhi və alih) evləndirirəm.
İSLAMIN BÖYÜK XANIMININ CEHİZLƏRİ
Həzrət Fatimeyi Zəhra (əleyhissalam)-ın cehizliyi:
1-bir ədəd yeddi dirhəmlik köynək;
2-bir ədəd dörd dirhəmlik niqab;
3-bir ədəd qara xeybəri rəngində dəsmal;
4-bir ədəd taxta çarpayı (ortası xurma ağacı qabığından düzəldilmişdi),;
5-iki ədəd döşək (birinin içi yun, o birininki isə xurma yarpağından);
6-dörd ədəd üzü Taif dərisindən olan balış (ikisinin içi yun, o birisinin isə xurma ağacının yarpağından);
7-bir ədəd yun pərdə;
8-bir ədəd otaq həsiri;
9-bir əl dəyirmanı;
10-bir ədəd böyük mis kasa;
11-bir dənə su içmək üçün dəridən qab;
12-bir dənə süd üçün taxta kasa;
13-bir ədəd su tuluğu;
14-bir dənə üstü qırlanmış aftafa;
15-bir neçə dənə saxsı kuzə.
ZƏHRAYİ-BƏTULUN (əleyha salam) ƏLİAÇIQLIĞI
Həzrət Zəhra (əleyha salam) Həzrət Əli (əleyhissalam)-ın evinə aparıldığı vaxt yolda bir dilənçi ilə rastlaşırlar ki, Həzrət Zəhradan (əleyha salam) bir şey istəyir. Xanım gəlinlik paltarını o yolçuya verir. Daha sonra öz köhnə paltarını geyinib həmin libasla ər evinə gəlin gedir.
Həmin günün səhəri Peyğəmbər (səlləllahu əleyhi və alih) onların evinə təşrif gətirən vaxt əziz qızının gəlinlik köynəyinin əynində olmamasının səbəbini soruşduqda Fatimə (əleyha salam) deyir: Gəlinlik paltarımı keçən gecə bir yolçuya bağışladım.
Rəsulullah (səlləllahu əleyhi və alih) çox xoşhal olub buyurur: Atam-anam bu qıza fəda olsun.
Sonra üzünü Əmirəl-mömin (əleyhissalam)-a tutub buyurur: Ya Əli, Fatimə sənin üçün yaxşı xanımdır. Əgər o olmasaydı dünyada sənə layiq bir həyat yoldaşı tapılmazdı.
Həzrət Zəhra (əleyha salam)-a da belə buyurur: "Zəhracan, Əli də sənin üçün yaxşı yoldaşdır; əgər o da olmasaydı, sənə layiq bir həyat yoldaşı tapılmazdı.
İŞLƏRİN BÖLÜNMƏSİ
Sonra Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurur: Evdən kənardakı işlər Əlinin öhdəsinədir. Evin daxilindəki işlər ilə Zəhrayi-Mərziyyə məşğul olacaqdır. Həzrət Fatimənin əvvəlcə işarə olunmuş böyük mənalı cümləsi belədir: "Bu işdən nə qədər xoşhal olduğumu Allahdan savayı heç kəs bilmir.” Yəni iki dünyanın xanımı dünyalar qədər xoşhal oldu ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) onu evdən kənardakı işlərdən naməhrəmlərlə üz-üzə gəlməkdən azad etdi.
İSLAMİYYƏTİN ƏVVƏLLƏRİNDƏ EVLƏNMƏK NÜMUNƏLƏRİ
İslam dininin ilk çağlarında izdivac mərasimləri adətən çox sadə surətdə keçirilərdi.
Bir gün bir qadın Allah Rəsulunun (səlləllahu əleyhi və alih) hüzuruna gəlib, ona ərə getmək niyyətində olduğunu bildirir. Amma Peyğəmbər (səlləllahu əleyhi və alih) onunla evlənmək istəmir, bununla belə, o qadını da naümid etmək istəmir. Buna görə də mübarək başını aşağı dikir. Elə bu vaxt məclisdəki səhabələrdən biri ayağa qalxıb "Ya Rəsulullah, əgər siz istəmirsinizsə onda məni onunla evləndirin” deyir.
Həzrət üzünü qadına tutub soruşur: "Razısanmı?”
O qadın "Bəli, ya Rəsulullah!” deyə cavab verir. Sonra o kişiyə buyurur: "Mehriyyə üçün nəyin var?” O da "Bu geyindiyim köynəkdən başqa heç bir şey yoxumdur.” deyə cavab verir. Həzrət sual edir: "Quran bilirsənmi?” Deyir: "Vaqeə surəsini əzbər bilirəm.” Həzrət qadından soruşur: "Vaqeə” surəsinin sənə öyrətməsi müqabilində bu kişiyə ərə getməyə razısanmı?” Qadın razı olduğunu bildirir. Peyğəmbər (səlləllahu əleyhi və alih) beləliklə kəbin xütbəsini oxuyub qadının nikahını o kişi üçün bağlayır.
İZDİVAC BİDƏTİ
Mövcud və qarşıya çıxan maneələri biz özümüzdən yaradaraq İslam adına yazmışıq və mütləq Qiyamət günü bütün bunlara görə cavab verməliyik. Bu bidət və xurafatların yaranması və möhkəmlənməsində hər kəsin payı varsa günahkardır. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) evlənmədəki bütün maneələrini aradan qaldırmış və müsəlmanlara bu mühüm məsələ üçün çox təkid etmiş, tək qalıb evlənməməyi məkruh və xoşagəlməz buyurmuşdur.
Qadın və kişinin tək qalması və evlənməməsinin pis və bəyənilməz olması barəsində məsum İmamlar (əleyhimussalam) tərəfindən çoxlu hədislər söylənilmişdir. Məsələn, Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurmuşdur: "Cəhənnəm əhlinin çoxu evlənməyən, ailə qurmayan kişi və qadınlardır.”
Başqa bir hədisdə isə belə buyurur: "Ən pis ölüm, evlənməyib tək qalan kişi və qadınların ölümüdür.”
AİLƏ QURMAQ CİHADDIR
Ailə qurmağın müasir cəmiyyətə, eləcə də gələcək nəsillərə çox müsbət və birbaşa təsiri vardır. Elə buna görə də qadının evdar olması, evi idarə etməsi və ev işlərini lazımınca yerinə yetirməsi İslamın nəzərincə Allah yolunda cihad sayılır. Belə ki, Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) bu zəminədə belə buyurub:
"Qadınların cihadı ərlərinə gözəl qulluq etməkdir.”
Ailə qurmağın kişilər üçün də bir çox savabları vardır ki, məsum İmamlarımızdan (əleyhissalam) biri bu barədə buyurmuşdur:
"Öz əhli-əyalının rifahı və asayişi üçün çalışıb işləyən kişi Allah yolunda cihad edənlər kimidir.”
Həmçinin hədisdə vardır ki, "bir mələk Qiyamət gününə qədər qadın və ya kişinin bədənindən damcılayan qüsl suyunun hər bir damlası üçün onların günahlarının bağışlanmasını diləyir.”
EVLƏNMƏYƏ EHTİYAC HƏQİQƏTDİR
Həddi-büluğa yetən hər bir oğlan və qızın evlənməyə ehtiyacı vardır. Əgər təbii olan bu ehtiyacla mübarizə olunarsa fəsad və bədbəxtlikdən başqa bir nəticə verməyəcəkdir. Susuzluğu aradan qaldırmaq üçün su içmək Allahın qoyduğu mövcud təbii qanunlardan biridir. Əgər bir kəs əziyyət və məşəqqətlə təbii qanunun əksinə hərəkət etsə, istər-istəməz təslim olmağa məcburdur, yoxsa özünü tələf edəcəkdir.
Həddi-büluğa yetmiş oğlan və qızların təbii ehtiyacları da belədir. Əgər bu ehtiyacın əksinə rəftar olunsa bu, cəmiyyətin pozğunluğuna gətirib çıxaracaqdır. Bu qanunun əksinə olan "inkişaf etmiş” qər ölkələrinin bugünkü vəziyyəti buna canlı bir sübutdur ki, hal-hazırda bu mühüm məsələ heç bir kəsə gizli deyildir ki, bu ölkələr fəlakət və bədbəxtliyə doğru sürətlə addımlamaqdadırlar.
İSLAM NƏZƏRİNDƏN İZDİVACIN ƏHƏMİYYƏTİNİN SƏBƏBLƏRİ
İslamda evlənməyin əhəmiyyətini göstərən dəlilləri iki qismə bölmək olar:
1-Cinsi hiss və qərizələrin təmin olunması.
Evlənməyin əhəmiyyəti bundadır ki, insanların cinsi qərizə və istəkləri əql və şəriətin qəbul etdiyi düzgün yollarla təmin olunsun ki, bu hislər tüğyan edib həddini aşmasınlar.
Əgər təbii və cinsi hislər Allah və ağlın bəyəndiyi yol ilə təmin olunmazsa amansız fintə-fəsad alovu cəmiyyəti bürüyəcəkdir. İnsanın özü susuzluq zamanı suya, aclıq zamanı yeməyə ehtiyacı olduğu kimi, eləcə də cinsi-təbii hiss və qərizələrin coşduğu zamanda da onların təbii yolla təmin olunmasına ehtiyac vardır. Eyni zamanda cinsi və təbii hislərin düzgün yollarla təmin olunmasını təkcə evlənməklə mümkün olmasını unutmamalıyıq. Məhz buna görə də İslam insanların fitri və yaranış istəklərinə müvafiq olaraq evlənib ailə qurmağı əmr etmişdir.
2-İnsanın düzgün tərbiyə olunması və sağlam ruhlu olması.
Ailə qurmaq məsələsində İslam dininin təkid etməsinin ikinci mühüm səbəbi düzgün insan tərbiyəsidir.
Əvvəldə qeyd olunduğu kimi, ailə mühiti insanın islahı və tərbiyə olunması üçün dəyərli bir məktəbdir. Belə ki, ailə mühiti bir çox Allah bəyənən sifət və işlərin mənşəyidir. Lakin bir çox mənfi və bəyənilməz xüsusiyyətlərin ailə qurmamağın nəticəsində yaranmasını mütləq qeyd etmək lazımdır.
Evdə və cəmiyyətdə bəzi meyl və istəklərimizi unutmalıyıq. Əgər belə olmazsa yaşayış çətinləşər. Bu fədakarlıq ailədə də lazımlı və zəruridir.
Ər-arvad Allah xatirinə evdə bir-birinin pis rəftarına dözsələr çox savab apararlar. Hədisdə belə deyilibdir:
"Əgər kişi arvadının pis əxlaqına göz yumub səbir edərsə Allah ona çəkdiyi əziyyətin əvəzi olaraq Əyyub peyğəmbərin (əleyhissalam) savabını verəcəkdir; və əgər bir qadın da ərinin pis əxlaqına dözüb səbir etsə Allah ona Asiyanın savabını əta edər.”


http://islammektebi.org

Категория: Məqalələr | Просмотров: 536 | Добавил: imamrza_asiqi | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtarış
NAMAZI BELƏ QILAQ


İslama Xidmət © 2017
Конструктор сайтов - uCoz