Cümə, 19.04.2024, 16:34
Daxil oldunuz Гость | RSS

Www.Ehlibeyt.Clan.Su

Menyu
Qısa Məktublar
Bizim sual
Bismillahsiz Sure?
Всего ответов: 1719
Sayğac
İslami Saytların Reytinqi
Onlayn cəmisi 1
Qonaq 1
İstifadəçi 0

Главная » 2010 » İyun » 3 » İMAM XUMEYNİ (RƏH) “BÖYÜK İSLAM İNQİLABI”, VİLAYƏTİ-FƏQİH
23:27
İMAM XUMEYNİ (RƏH) “BÖYÜK İSLAM İNQİLABI”, VİLAYƏTİ-FƏQİH
İMAM XUMEYNİ (RƏH) "BÖYÜK İSLAM İNQİLABI”, VİLAYƏTİ-FƏQİH
    "Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə özlərindən əvvəlkilər kimi yer üzünün hakimləri edəcəyini, onlar (mö’minlər) üçün Allahın Özü bəyəndiyi dini (İslamı) möhkəmləndirəcəyini və onlara qarşı olan təhlükəni sonra əmin-amanlıqla (arxayınçılıqla) əvəz edəcəyini və’d buyurmuşdur” (Nur surəsi, 55)
     İlk insan yaranışından bu günə Peyğəmbərlər, İmamlar (əleyhimussalam), övlyalar və fitrəti pak və sağlam insanlar harda yaşamalarından asılı olmayaraq, ölkələrində pak və saleh insanların hakim olmaları arzulamışlar. Bu arzu və istək yuxurıdakı ayədə qeyd olunduğu kimi fitri və təbii bir məsələdir. Çox az zamanı və məhdud məkanı istisna etməklə tarixdə belə bir arzu hələ də tam şəkildə həyata keçməmişdir. Müasir zəmanəmizdə olduğu kimi tarix boyu həmişə zalımlar və fitnə-fəsad əhli müxtəlif hiylə, oyunbazlıq və qan tökməklə ilahi övliyalara və pak insanlara məxsus olan hakimiyyət məqamını qəsb etmiş və zorla xalqa hakim kəsilmişlər. Amma, mütləq qüdrət sahibi olan Allah-taalanın yolladığı peyğəmbərləri, təyin etdiyi İmamları (əleyhimussalam) ya şəhid etmiş, ya da müxtəlif hiylələrlə zəhərləmiş və zindanlarda saxlamışdır.
     Bu cəhətdən, Əhli-Beyt (əleyhimussalam) məktəbində hakimiyyət tam şəkildə ilahi peyğəmbərlərə və onların canişinləri pak və məsum İmamlara (əleyhimussalam) məxsusdur. Baxmayaraq ki, haramxorlar və zalımlar dünyadakı (Allah-taalanın onlara verdiyi) müvəqqəti ixtiyar və iradə imkanından istifadə etməklə müvəqqəti də olsa, bu məqamları qəsb etmişlər. Necə ki, tarixdə müşahidə olunur ki, bəzən zalım hakimlər özləri həqiqətləri dilə gətirir, məsum İmamın (əleyhissalam) yerində oturduğunu özü iqarar edir və  "bu hakimiyyət siz pak və salehlərə məxsusdur” – cümləsini dilinə gətirir. Amma, Şeytanın boyunduruğundan və nəfsi istəklərindən azad ola bilmədiyinə görə əməldə bu sözlərə əməl edə bilmir. Şeytan min bir bəhanə ilə onu hakimiyyət küsüsündə əyləşib kef çəkməyi və öz nəfsinin qulu olmağını gözündə cilvələndirir. İnsan da çox vaxt nəfsinin əsiri və nəfsi mübarizədə şeytana məğlub olduğuna  görə bu istəklərə tabe olur.
   Pak və məsum İmamın (əleyhissalam) böyük qeybi dövründə o Həzrətin özünün müqəddəs kəlamına əsasən, Allahın zühur hökmünü verməsinə qədər, hakimyyət və vilayət, adil, alim və şücaətli fəqihə məxsusdur. Amma, təssüflər olsun ki, tarix boyu müsəlmanların zəifliyi və ya zalımların bu məqamı zorla qəsb etməsi üzündən bu məqama saleh bəndələrin çatmasının qarşısı alınmışdır.  Müasir zamanda, Allah-taala ayətullah Xumeyni (rəhmətullah) kimi bir şəxisyyəti, alim, adil və şücaətli bir fəqihi zəmanəsinə böyük bir nemət kimi təqdim edir. O, dahi şəxs, İslam bayrağını qaldırıb bütün dünyaya car çəkir ki, müsəlman xalqın başında zalım və qaniçənlər hakimiyyətdə otura bilməzlər və onların buna haqları yoxur. Mütləq hakimiyyət, Allah-taalanın və yer üzündə Onun istəyi əsasında Onun pak və saleh bəndələrinə məxsusdur. (Nur surəsi,55)  Xalq İmam Xumeyninin (rəhmətullah) sözünə "Ləbbeyk”- deyib zalım və illərlə xalqın milli səvətini mənimsəyən bir hakimiyyət dəstəsini devirir və şah da başda olmaqla bəzilərini ölkədən qovub çıxarır. Əslində, tarixdə Allah-taalanın bəyəndiyi "Böyük İslam inqilabı”  baş verir və bununla da Allahın saleh bəndələri fəqih və alimlər hakimiyyə gəlirlər. Fəqihin vilayəti (hakimiyyəti) zalım və qaniçən hakimlərin hakimyyəti ilə bir neçə sahədə fərqlənir. Onları qısaca olaraq belə qeyd etmək olar.
 1) Müasir zamanını əksər hakimlərinin əksinə olaraq, alim, adil və şücaətli fəqhin hakimiyyəti (vilayəti) tam şəkildə, Allah-taalanın razı olduğu bir hakimiyyətdir. (yuxarıdakı ayəni oxu)
  2) Fəqihin hakimiyyəti, Allahın dininə və bəndələrinə tam şəkildə ədalət və insaf əsasında xidmət etməkdir. Quranda oxuyuruq: "And olsun ki, Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə (mö’cüzələrlə) göndərdik. Biz onlara birlikdə (Allahın hökmlərini bildirən səmavi) kitab və ədalət tərəzisi (şəriət) nazil etdik ki, insanlar (bir-biri ilə) ədalətlə rəftar etsinlər.” (Hədid surəsi, 25)
    3) Fəqihin həyat və yaşıyış səviyyəsi, hakimiyyətdə olmasına baxmayraq, bərbəzəkli qəsrlərdə və otellərdə yox, ən kasıb və imkansız xalq təbəqəsi içində və ona oxşar kimidir. Amma, müasir zamanda hakimlərin həyat və yaşayış səviyyəsi göz qabağındadır.
  4) Fəqih öz hakimyyətini İmam Zamanın (əc) zühununun müqəddəməsi kimi bilib, xalqa xidmətdə görür və bu yolda çalışır. Amma, zamanəmizin hakimlərinin əksəriyyəti, ya şəxsi mənafesini, ya da öz dost və tayfasının mənafelərini həmişə xalqın mənafesindən üstün tutular.
  5) Fəqihin hakimiyyəti, cəmiyyətdə elm və mərifət əsasında kamil insan tərbiyə etməkdir. Necə ki, peyğəmbərlərin və müqəddəs kitabların göndərilməsinin hədəfi haqqında Allah-taala Quranda buyrur: "(Ya Rəsulum! Bu Qur’an) elə bir Kitabdır ki, onu sənə insanların öz Rəbbinin izni ilə zülmətlərdən nura (küfrdən imana) - yenilməz qüvvət sahibi, (hər cür) tə’rifə (şükürə) layiq olan Allahın yoluna (İslam dininə) çıxartmaq üçün nazil etmişik.” (İbrahim surəsi,1)
 6) Fəqihin vilayəti (hakimiyyəti) Allah-taalanın göstərişləri əsasında, insanları cəhalət zülmətindən çıxarıb ədalət əsasında ən yüksək səviyyəli mədəniyyət və insaniyyətə malik olan bir cəmiyyətin təşkil olunmasıdır. Amma, bu günkü hakimlərin əksəriyyətinin özlərinin hansı səviyyədə olmaları bizə həqiqəti anladır. Quran buyurur: "Allah (Ona) iman gətirənlərin (hamisi və) dostudur, onları zülmətdən çıxarıb işığa tərəf yönəldər.” (Bəqərə surəsi, 257)
 7) Fəqihin hakimiyyəti cəmiyyətdə, elm iqtisad və mədəniyyət və hikmət əsasında insanlara xidmətdir. Quranda  oxuyuruq: "(Peyğəmbər) Onlara, əvvəllər haqq yoldan açıq-aşkar azsalar da, (Allahın) ayələrini oxuyar, onları (günahlardan, şirk və küfr çirkabından) təmizləyər, onlara Kitabı və hikməti (Qur’anı və şəriəti) öyrədər.”  (Cümə surəsi, 2)
 8) Nəhayət fəqihin vilayətində millət öz müstəqilliyini, azadlığını və milli hakimiyyətini tam şəkildə qoruyur və Allah-taaladan başqa heç bir qüdrət müqalibində baş əyməyərək xalqını kamilliyə və səadətə tərəf aparır.
    İmam Xumeyni (rəhmətullah) Allahın köməyi və müsəlman xalqının ona verdiyi müsbət cavabla, fəqihin vilayəti nəzarəti altında İslam hökuməti təşkil edir və bu gün bütün dünyada azadlıq və müsətəqillik simvoluna çevrilmiş əzəmətili bir ölkə olaraq, "özünü böyük sanan” dünya qüdrətləri müqabilində bac vermir.
     Bu gün biz ruhanilərin də əsas vəzifələrindən biri bütün müsəlmanların gözü onda olan Vilayət-fəqih bayrağı altında birləşməli, İslama və mənəvi dəyərlərə qarşı təpədən dırnağa qədər silahlanmış islam düşmənlərinə qarşı mübarizədə möhkəm olmalıyıq. İslam düşmənləri müasir zəmanəmizdə İslamın əsas özəyi sayılan Vilayəti-fəqihi nişan almış və biz müsəlmanların İmam Zamanın (əc) zühurunun tezləşməsindən ötrü bu xəttə birləşməyimizdən böyük qorxuya düşmüşdür. Bu cəhətdən islam düşmənləri bu birliyi dağıtmaqdan ötrü əllərindən gələn hiylə, oyun və digər vasitələrdən istifadə edirlər.
      Başda əziz müctehidlərimiz, aqil, alim və sağlam ruhiyyləri hər bir qərəzəsiz müsəlman açıq-aydın bilir ki, müasir dünyamızda İslama qarşı olunan bu qədər mənəvi və maddi hücumlara yalnız, İmam Zamanımızın (əc) xadimi sayılan Vilayət-fəqih ətrafında birləşməklə qalib gəlmək olar. Vəziyyət o yerə çatıb ki, bu fikri və ittifaqı tam şəkildə dərk edib başa düşən halda, bəzi müsəlmanlar ehtiyatlanaraq hətta dilinə belə gətirmir. Halbuki, ölkələrinin xristian bayrağı altanda birləşmiş Avropa birləşməsi kimi ittifaqa girməsinə görə iftixar edirlər. Bu birlik yolunda istər-istəməz maneçilik yaradıb ara qarışdıranlar bilməlidirlər ki, bu dünyada İmam Zamanın (əc) qılıncından və Axirətdə isə çox çətin hesab-kitabdan amanda qala bilməyəcəklər.
     Ona görə də hamımız bir nəfər kimi Vilayəti-fəqih ətrafında birləşməklə, İmam Zamanımızın (əc) zühurunnun tezləşməsinə ən yaxşı hazırlıq və cəmiyyətimizin xoşbəxt və ədalətli gələcəyinə şərait yaratmalıyıq! Müasir dünyamızda bu yolda ən çox zəhmət çəkən və cihad edən mərum ayətullah imam Xumeyni (rəhmətullah) olub.
    Allah-taala ruhun şad eləsin!

                                                               Müqəddəs Qum şəhəri,

                                                                           Cameətul-Mustəfa (s) ilahiyyat
                                                                 univeristetinin tələbəsi
                                                                       Faiq Vəlizadə
                                                                        2010-05-30
SABAH AGANIN VEFAT İLİDİ
Категория: Xəbərlər | Просмотров: 1390 | Добавил: imamrza_asiqi | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtarış
NAMAZI BELƏ QILAQ


İslama Xidmət © 2024
Конструктор сайтов - uCoz