Cümə, 29.03.2024, 03:03
Daxil oldunuz Гость | RSS

Www.Ehlibeyt.Clan.Su

Menyu
Qısa Məktublar
Bizim sual
Bismillahsiz Sure?
Всего ответов: 1719
Sayğac
İslami Saytların Reytinqi
Onlayn cəmisi 1
Qonaq 1
İstifadəçi 0

Главная » 2010 » Avqust » 22 » İki böyük günah
22:45
İki böyük günah


1. Namazın tərki (namaz qılmamaq)

Namaz ən mühüm dini göstərişdir və digər ibadətlərin qəbulu onun qəbulundan asılıdır. Qur`anın buyuruğuna əsasən, namaz insanı alçaq və çirkin işlərdən uzaqlaşdırır. Namazın vacibliyini inkar edərək namaz qılmayan kəs kafir və dindən xaricdir. Namazın vacibliyini inkar etməyib, tənbəllik üzündən namaz qılmayan şəxs fasiqlər zümrəsinə daxildir. Həzrət Peyğəmbər (s) buyurur: "Bilərəkdən namaz qılmamaq və ya onu yüngül saymaq müsəlmanı kafir edər. imanla küfr arasında məsafə namazın tərki qədərdir.”[115] Qur`ani-kərimdə də namaz qılmamaq böyük günah sayılır və cəhənnəmə düşməyin əsas səbəbi kimi namazın tərki göstərilir.
Allah bizim namaz və orucumuza ehtiyaclıdırmı? Axı qadir Allahın aciz insana nə ehtiyacı ola bilər?! Namaz ne`mətlər müqabilində Allaha təşəkkürdür, Allahla rabitədir. Namazın misilsiz fərdi və ictimai faydaları vardır.
Biz gündəlik həyatımızda tez-tez namaz qılmayan insanlarla rastlaşırıq. Onlara məntiqi və mülayim şəkildə namazın zərurətini anlatmaq hər birimizin dini vəzifəsidir. Namaza də`vəti qəbul etməyən insanlarla yaxınlığa icazə verilmir. Həzrət Peyğəmbər (s) buyurur: "Namaz qılmayan adama kömək edən şəxs birincisi Adəm, sonuncusu Məhəmməd (s) olmaqla yetmiş peyğəmbəri öldürmüş şəxs kimidir.” Namaz qılmayanlarla dostluq pak insanı doğru yoldan azdırır, bədbəxtliyə düçar edir.
2. Müasir insan sadə həyat tərzindən ayrılıb, modern yaşayışa uz tutduğundan mə`nəvi böhrana düçar olmuşdur. Böyüklərin, xüsusi ilə də ata-ananın təcrübəsinə arxa çevrilməsi bu böhranın tərkib hissələrindəndir. Bu böhran ucbatından cəmiyyətdəki insani münasibətlər də pozulmuşdur. Bütün bu səbəblərdən övladlar valideynlərin haqqında diqqətsizlik göstərir, onların hörmətini saxlamaq barədə düşünmürlər. Hansı ki, valideynin haqqını yerinə yetirməmək böyük günahlar cərgəsindədir. Həzrət Peyğəmbər (s) buyurur: "Kəbirə (böyük) günahların ən böyüyü Allaha şərik qoşmaq və ağvalideynlikdir.” ; "Valideyni incitməkdən çəkinin. Behiştin qoxusu min illik yoldan duyulsa da, ağvalideynlər bunu anlamaz.”[116]
Şübhəsiz ki, ata-ananı incitmək dedikdə, onları fiziki cəhətdən əziyyət vermək nəzərdə tutulmur. Valideyni narahat edəcək bütün hərəkətlər ağvalideynlik hesab olunur. Qur`ani-kərimdə buyurulur: "Onlara "uf” belə demə.”[117] Digər bir ayədə oxuyuruq: "Allah məni (isanı) anama qarşı olduqca itaətkar və nəvazişkar etdi…”[118]
Ağvalideylik səbəbindən namazlar qəbul edilmir, günahlar bağışlanmır. Hansı ki, valideynə ehtiram ömrü uzadır, ne`mət və hörməti artırır.

Категория: Məqalələr | Просмотров: 1429 | Добавил: imamrza_asiqi | Рейтинг: 2.0/1
Всего комментариев: 3
3 Guler  
0
salam men namazi evvel qilirdim sonra buraxdim yeniden qila bilermmi

2 Semaye  
0
Cox gozel movzudur//InshALLAH ki-Allah TAALA bizleri heqiqi namaz qilanlardan qerar versin...Amin...Valideynlerinizin qedrini bilin-sonra gec olar!

1 din  
0
din

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtarış
NAMAZI BELƏ QILAQ


İslama Xidmət © 2024
Конструктор сайтов - uCoz