Cümə axşamı, 24.08.2017, 06:09
Daxil oldunuz Гость | RSS

Www.Ehlibeyt.Clan.Su

Menyu
Qısa Məktublar
Bizim sual
Bismillahsiz Sure?
Всего ответов: 1712
Sayğac
İslami Saytların Reytinqi
Onlayn cəmisi 1
Qonaq 1
İstifadəçi 0
Главная » 2010 » May » 22 » Əhli-beyt (ə) Quranda
23:21
Əhli-beyt (ə) Quranda

Əhli-beytin (ə) imamətini göstərən ayələr

 

Belə ayələrə misal olaraq أولى الأمر (ixtiyar sahibləri) ayəsini göstərmək olar:

Allah-taala Qurani-Kərimdə buyurur:

يَأَيهَُّا الَّذِينَ ءَامَنُواْ أَطِيعُواْ اللَّهَ وَ أَطِيعُواْ الرَّسُولَ وَ أُوْلىِ الْأَمْرِ مِنكم

Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar

sahiblərinə itaət edin! ("Nisa”, 59)

Ayədə "ixtiyar sahibləri”ndən məqsəd itaətləri Allah və Peyğəmbərin (s) itaəti kimi mütləq şəkildə vacib olan məsumlardır (Əlbəttə, məlum on iki imamdan başqa heç kəsin məsumluğu iddia edilməmişdir).

Başqa sözlə desək, ixtiyar sahibləri on iki xəlifədir. Hansı ki, Peyğəmbər (s) "On iki xəlifə” hədisində onlara işarə etmişdir. Qədir-Xum hədisindən aydın görünür ki, məlum on iki nəfər Əli (s) ilə başlanır. "Səqəleyn hədisinə görə isə həmin on iki nəfərin hər biri Peyğəmbərin (s) əhli-beytindəndir (s).

Peyğəmbər (s) buyurmuşdur: "Mənə itaət edən Allaha itaət etmiş, mənə asi olan Allaha asi olmuşdur. Əliyə (ə) itaət edən mənə itaət etmiş, Əliyə (ə) asi olan isə mənə asi olmuşdur[1].

 

 

 

 

ƏHLİ-BEYTİN (Ə) DİNİ İDEALLAR OLDUĞUNU GÖSTƏRƏN AYƏLƏR

 

Bir çox ayələr Əhli-beytin (ə) dini ideallığını və məsumluğunu aydın şəkildə önə çəkir.

 

1 "Təthir” ayəsi.

إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَ يُطَهِّرَكمُ‏ْ تَطْهِيرًا

"Siz ey (Peyğəmbərin) əhli-beyti! Allah sizdən çirkinliyi yox etmək və sizi

tərtəmiz, pak etmək istəyir! ("Əhzab, 33)

 

Məsumluğu açiq şəkildə ifadə edən bu ayənin Peyğəmbərin (s) əhli-beyti haqqında nazil olduğu şübhəsizdir. Ayənin bu məqsədlə nazil olduğu on üç nəfər səhabə və onlarla əhli-sünnə alimi tərəfindən nəql edilmişdir.

Tirmizi öz "Səhih” əsərində Ömər ibn Əbu Sələmədən nəql edir:

"Təthir ayəsi Ümmü-Sələmənin evində nazil olduqda Peyğəmbər (s) Əli, Fatimə, Həsən və Hüseyn əleyhis-salamları çağırtdıraraq əbanı onların üstünə cəkib buyurdu: "İlahi! Bunlar mənim əhli-beytimdir. Cirkinliyi bunlardan uzaq et[2].

2. "Hidayət” ayəsi.

Allah-təala buyurur:

إِنَّمَا أَنتَ مُنذِرٌ وَ لِكلُ‏ِّ قَوْمٍ هَاد

"Sən yalnız (insanları Allahın əzabı ilə) qorxudansan. Hər bir tayfanın bir hidayət edəni (doğru yol göstərəni) vardır”[3].

Təbəri səhih sənədlə Peyğəmbərdən (s) nəql edir: "Mən (insanları Allahın əzabı ilə) qorxudan, Əli isə hidayət edəndir (doğru yol göstərəndir). Ey Əli, hidayət olanlar (olmaq istəyənlər) səninlə hidayət olsunlar”[4].

Abdullah ibn Əhməd ibn Hənbəl səhih sənədlə Əlidən (ə) bu ayənin təfsiri haqqında belə nəql edir: "Peyğəmbər (s) (insanları Allahın əzabı ilə) qorxudan, mən isə Bəni-Haşimdən olan hidayətçiyəm (doğru yol göstərənəm)[5].

Hibri səhih sənədlə İbn Abbasdan nəql edir: إِنَّمَا أَنتَ مُنذِرٌ ayəsində məqsəd Peyğəmbər (s), وَ لِكلُ‏ِّ قَوْمٍ هَاد ayəsində isə məqsəd Əlidir (ə)[6].

Hakim Nişapuri məlum ayəni izah edərkən səhih sənədlə Əlidən (ə) Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: "Allahın rəsulu (s) (insanları Allahın əzabı ilə) qorxudan, mən isə hidayətçiyəm (doğru yol göstərənəm)[7].

Eyni məzmunlu hədisi doqquz səhabə, eləcə də iyirmi dörd əhli-sünnə alimi qeyd etmişdir.

 

 

 

 

 

FƏZİLƏT AYƏLƏRİ

 

Burada bir necə ayəni qeyd edirik.

1. "Dəhr surəsi.

Allah-taala Quranda buyurur:

وَ يُطْعِمُونَ الطَّعَامَ عَلىَ‏ حُبِّهِ مِسْكِينًا وَ يَتِيمًا وَ أَسِيرًا إِنمََّا نُطْعِمُكمُ‏ْ لِوَجْهِ اللَّهِ لَا نُرِيدُ مِنكمُ‏ْ جَزَاءً وَ لَا شُكُورً

"Onlar öz iştahları çəkdiyi, özləri yemək istədikləri halda (və ya Allahın rizasını qazanmaq uğrunda) yeməyi yoxsula, yetimə, əsirə yedirərlər. (Və sonra da yedirdikləri kimsələrə belə deyərlər): "Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən bu (ehsan müqabilində) nə bir mükafat, nə də bir təşəkkür istəyirik” ("Dəhr,8,9).

Otuz bir əhli-sünnə aliminin etirafına görə, bu ayə Peyğəmbərin (s) əhli-beyti (ə) haqqında nazil olmuşdur. Fəxr Razi "ət-Təfsir əl-kəbir əsərində sözügedən ayəni şərh edərkən, Qazi Beyzavi "Ənvar ət-tənzil”, Syuti "əd-Dürr əl-mənsur” kitablarında, Əbu əl-Fida[8] və Bağdadi[9] öz tarix əsərlərində məlum ayəni  həmin şəkildə izah etmişlər.

2. "Şira ayəsi.

Allah-taala Quranda buyurur:

وَ مِنَ النَّاسِ مَن يَشْرِى نَفْسَهُ ابْتِغَاءَ مَرْضَاتِ اللَّهِ  وَ اللَّهُ رَءُوفُ  بِالْعِبَاد

"İnsanların eləsi də vardır ki, Allahın razılığını qazanmaq yolunda (Allahın rizası üçün) öz canını fəda edər. Allah öz bəndələrinə qarşı çox mehribandır! ("Bəqərə, 207)

İbn Abbas deyir: "Bu ayə Əli (ə) haqqında nazil olmuşdur. Ayənin nazil olması Peyğəmbərin (s) müşriklərin əlindən qaçıb Əbu Bəkrlə mağaraya sığındıqlarında Əli (ə) onun (s) yatağında gecələdiyi zamana təsadüf edir”.

İbn Əbu əl-Hədid deyir: "Bütün təfsircilər bu ayənin Əli (ə) haqqında nazil olduğu haqqında yekdil rəyə gəlmişlər. Ayə o həzrətin (ə) Peyğəmbərin (s) yatağında geçələdiyi zama n nazil olmuşdur[10].

On dörd əhli-sünnə alimi məlum ayənin Əli (ə) haqqında nazil olduğunu etiraf etmişdir. Belə elm adamlarindan aşağıdakılarını göstərmək olar. Zeyni Dehlan[11], Fəxr Razi[12], İbn Əsir[13], Diyarbəkri[14] və başqaları.

3. Mubahilə ayəsi.

Allah-taala buyurur:

فَمَنْ حَاجَّكَ فِيهِ مِن بَعْدِ مَا جَاءَكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْاْ نَدْعُ أَبْنَاءَنَا وَ أَبْنَاءَكمُ‏ْ وَ نِسَاءَنَا وَ نِسَاءَكُمْ وَ أَنفُسَنَا وَ أَنفُسَكُمْ ثُمَّ نَبْتهَِلْ فَنَجْعَل لَّعْنَتَ اللَّهِ عَلىَ الْكَذِبِين‏

"İsanın Allahın qulu və peyğəmbəri olması barədə) sənə göndərilən bilikdən (məlumatdan) sonra buna (İsanın əhvalatına) dair səninlə mübahisə edənlər olsa, onlara de ki: "Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də özümüzü, siz də özünüzü; biz də qadınlarımızı,

 siz də qadınlarınızı (bura) çağıraq! Sonra (Allaha) yalvarıb yalançılara

Allahın lənət etməsini diləyək!” ("Ali-İmran,61)

Təfsirçilərin yekdil rəyinə görə, ayədə sözü kecən "özümüz”dən məqsəd Əlidir (ə). Belə ki, ayədə Əli (ə) Peyğəmbərin (s) özü ifadəsi ilə anılmışdır.

Əhməd ibn Hənbəl nəql edir: "Bu ayə nazil olduqda  Peyğəmbər (s) Əli (ə) , Fatimə (ə) , Həsən (ə) və Hüseyni (ə) cağırtdıraraq buyurdu: "İlahi, bunlar mənim əhli-beytimdirlər”[15].

Müslümün nəql etdiyinə görə, Müaviyə ibn Əbu Süfyan Səd ibn Əbu əl-Vəqqası cağırtdıraraq dedi: "Sənin Əbu Turabı (Əlini) söyməyinə mane olan nədir? Səd dedi: "Peyğəmbər (s) Əlinin (ə) üç fəzilətini dilə gətirmişdir. Bu üç fəziləti bildiyim halda heç bir zaman Əliyə (ə) qarşı nalayiq sözlər söyləmərəm. Əgər həmin fəzilətlərin biri məndə olsaydı (mənim haqqımda deyilsəydi) mənim üçün qırmızı (bahalı) dəvələrdən daha qiymətli olardı. Bu ayə  فَقُلْ تَعَالَوْاْ nazil olduqda Peyğəmbər (s) Əli (ə), Fatimə (ə), Həsən (ə) və Hüseyni (ə) çağırtdıraraq buyurdu: "İlahi, bunlar mənim əhli-beytimdirlər”.

Bu ayənin əhli-beyt (ə) haqqında nazil olduğunu eyni məzmunlu hədislə nəql edən iyirmi dörd səhabə və tabei, üçüncü əsrə qədər isə əlli əhli-sünnə alimi mövcuddur.

4. Məvəddət ayəsi.

Allah-təala buyurur:

قُل لَّا أَسَْلُكمُ‏ْ عَلَيْهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فىِ الْقُرْبى‏

(Ya Peyğəmbər) de ki: "Mən sizdən bunun (risaləti təbliğ etməyin) müqabilində qohumlarıma məhəbbətdən başqa bir çey istəmirəm ("Şura”, 23).

Əhli-sünnə elm adamlarının yekdilliklə nəql etdiklərinə görə, sözügedən ayə nazil olduqdan sonra Peyğəmbərdən (s) soruşdular: "Ey Allahın rəsulu! Bizə məhəbbəti vacib olan yaxınların (qohumların) kimlərdirlər?” Həzrət (s) buyurdu: "Əli, Fatimə, Həsən və Hüseyn”.

Hakim Nişapuri özünəməxsus sənədlə Əli ibn Hüseynin (ə) belə buyurduğunu nəql edir: "Həsən ibn Əli atasının vəfatından sonra xütbə oxuyaraq Allaha həmd və səna etdikdən sonra buyurdu: "Bu gecə elə bir şəxs dünyasını dəyişib ki, özündən öncə yaşamın insanlar əməl baxımından onu üstələməmiş, özündən sonra gələnlər isə onun kimisini görməyəcəklər. Peyğəmbər (s) bayrağı Əliyə (ə) verər, o da döyüşə yollanardı. Bir halda ki, Cəbrayıl onun sağ tərəfində, Mikayıl isə sol tərəfində addımlayırdı. Allah ona fəth və qələbə nəsib etmədən qayıtmazdı. Özündən sonrakılar üçün altı yüz dirhəmdən başqa heç bir sarı və ağ (qızıl və gümüş) qoyub getmədi. Payladıqlarından artıq qalan bu miqdar isə ailəsi üçün xidmətçi tutulsun deyə ayrılmışdı. Ey insanlar! Məni tanıyanlar tanıyır. Məni tanımayanlar isə bilsinlər ki, mən Həsən ibn Əliyəm (ə). Mən, Peyğəmbər (s) övladı, vəsi oğluyam. Mən hidayət çırağının oğluyam. Mən o əhli-beytdənəm (ə) ki, Cəbrayıl bizə nazil olar və bizim yanımızdan yüksələrdi. Mən o əhli-beytdənəm (ə) ki, Allah çirkinliyi onlardan uzaq tutaraq onları tamamilə pak etmişdir. Mən o əhli-beytdənəm (ə) ki, Allah onları sevməyi hamıya vacib etmişdir. Allah-taala buyurur: (Ya Peyğəmbər) de ki: "Mən sizdən bunun (risaləti təbliğ etməyin) müqabilində qohumlarıma məhəbbətdən başqa bir çey istəmirəm” ("Şura, 23).Yaxşılığı əldə etmək biz əhli-beytə məhəbbət bəsləməkdir”.

Bu hadisəni iyirmi dörd səhabə və tabei, altımışa yaxın əhli-sünnə alimi nəql etmişdir. Belə alimlərə misal olaraq aşağıdakıları göstərmək olar:

Syuti[16], Təbəri[17], Əhməd ibn Hənbəl[18] və başqaları.

İbn Həbban və digərləri isə bu hədisin doğruluğunda hec bir şəkk-şübhə olmadığını xüsusilə vurğulamışlar.

Категория: Məqalələr | Просмотров: 916 | Добавил: imamrza_asiqi | Рейтинг: 0.0/0
Всего комментариев: 1
1  
ALLAH razi olsun.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtarış
NAMAZI BELƏ QILAQ


İslama Xidmət © 2017
Конструктор сайтов - uCoz