Cümə, 19.04.2024, 22:56
Daxil oldunuz Гость | RSS

Www.Ehlibeyt.Clan.Su

Menyu
Qısa Məktublar
Bizim sual
Bismillahsiz Sure?
Всего ответов: 1719
Sayğac
İslami Saytların Reytinqi
Onlayn cəmisi 1
Qonaq 1
İstifadəçi 0

Главная » 2010 » May » 17 » Həzrəti Zəhra (s.ə)-nın ərinə qarşı olan münasibəti.
22:19
Həzrəti Zəhra (s.ə)-nın ərinə qarşı olan münasibəti.
Həzrəti-Zəhra(s.ə)-nın ərinə qarşı olan münasibəti.
 
Bu barədə təkcə bunu xatırlamaq kifayət edər ki, həzrəti-Zəhra(s.ə)-ya dəyən zərbə, vurulan töhmət, sümüyünün sınması, qırmancın qolunda iz salması kimi müxtəlif əzab və əziyyətlərə düçar olması böyük məhəbbət bəslədiyi əri Əli(ə.s)-yə görə olmuşdu. Bütün bu əzab və əziyyətlərə bu yolda şəhadətə yetişənə kimi dözdü. Ömrünün son anlarında Zəhra(s.ə)-nı ağlayan görən həzrəti-Əli(ə.s) ondan ağlamağının səbəbini soruşduqda xanım Fatimə(ə.s.): «Məndən sonra sənə üz verəcək müsibətlərə görə ağlayıram»,-deyə cavab verdikdə İmam Əli(ə.s) buyurmuşdu: «Ağlama, Allaha and olsun ki, bu müsibətlər mənə Allah yolunda üz verdiyinə görə asan və kiçik görünür».
Şeyx Müfid(r.ə) «İrşad» adlı kitabında yazır:
«Peyğəmbər(s) hicrətin 8-ci ilində baş vermiş Zatüssəlasil döyüşündə həzrəti-Əli(ə.s)-ni düşməni məhv etmək üçün Yabis[1] adlı qumlu səhraya göndərmişdi. Belə nəql edirlər ki, həzrəti-Əli(ə.s)-nin xüsusi bir yaylığı varmış ki, onu böyük və çətin döyüşlərə gedəndə başına bağlayarmış. Bu döyüşə gedəndə də Fatimə(s.ə)-nin yanına gəlib həmin yaylığı istəyəndə xanım Fatimə(s.ə) Həzrətdən sual edib soruşdu: «Hara gedirsən? Atam səni hara göndərir?» O zaman həzrəti-Əli(ə.s) buyurmuşdu: «Qumlu səhraya gedirəm».
 
[1] Nəzərdə tutulan Yabis adlanan məntəqədə Hicrətin 8-ci ilində baş vermiş Zatüssəlasil döyüşüdür. Düşmən qoşununda 1000 nəfər süvari var idi. Həzrəti-Əli(ə.s) bir dəstə ilə onların üstsnə gedərək vuruşdu və bu döyüşdə qalib gəldi. Bu zaman « Adiyat» surəsi Əli(ə.s)-nin və döyüşçülərinin rəşadət və qələbəsinin şəninə Allah tərəfindən nazil oldu. Həzrəti-Fatimə(s.ə) bu səfərin çox çətin və qorxulu səfər olmasına görə ağlayırdı. Bu zaman evə gələn Peybəmbər(s) Zəhra(s.ə)-nı ağlayan gördükdə ona buyurdu: «Niyə ağlayırsan? Qorxursan ki, ərin döyüşdən sağ-salamat qayıtmaz? Yox, inşallah o, sağ-salamat qayıdacaqdır.» Bunu eşidən Əli(ə.s) Peybəmbər(s): «Ey Allahın Rəsulu, məgər istəmirsənmi, şəhid olub behiştə gedim?»-buyurmuşdu. («Məcməül-bəyan» X c, səh.528.)ı
Категория: Məqalələr | Просмотров: 898 | Добавил: imamrza_asiqi | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtarış
NAMAZI BELƏ QILAQ


İslama Xidmət © 2024
Конструктор сайтов - uCoz