Çərşənbə axşamı, 12.12.2017, 09:36
Daxil oldunuz Гость | RSS

Www.Ehlibeyt.Clan.Su

Menyu
Qısa Məktublar
Bizim sual
Bismillahsiz Sure?
Всего ответов: 1713
Sayğac
İslami Saytların Reytinqi
Onlayn cəmisi 1
Qonaq 1
İstifadəçi 0
Главная » 2010 » May » 14 » FƏDƏYİN QƏSB OLUNMASI
22:56
FƏDƏYİN QƏSB OLUNMASI
Bəni-Səqifə fitnəsindən sonra növbəti mərhələ Həzrət Zəhranın (s.ə.) şəxsi mülkiyyətində olan "Fədək” bağına yetişdi. Həzrət Fatiməyi-Zəhraya (s.ə.) zülm edib, Fədəyi ondan almaq istədilər.

"Fədək” bir neçə tikilidən və bağlardan ibarət bir yer idi ki, Həzrət Peyğəmbərə (s) döyüşsüz qənimət olaraq çatmışdı. Allahın mələyi Cənab Cəbrayil (ə) Rəsuli-Əkrəmə (s) nazil olub, xəbər vermişdi ki, Allah Təbarək və Təala buyurur: "Fədəyi Fatiməyə ver ki, onun özünün və Qiyamət gününə qədər övladlarının malı olsun, onunla maaş (dolanışıq) etsinlər”. Beləliklə, Allahın əmrilə Rəsuli Əkrəm (s) Fədəyi Xanım Fatiməyə (s.ə.) təslim etdi. O Həzrət (s) sağ olduğu müddətdə Fədək Xanım Fatiməyə (s.ə.) məxsus mülk idi.

Atasının (s) rehlətindən sonra xilafətlə bağlı məsələləri həyata keçirənlər, Fədəyi də qəsb etdilər və üstəlik, özlərindən hədislər də gətirdilər ki, guya Rəsuli-Əkrəm (s) demişdi: "Biz – Peyğəmbərlər özümüzdən sonra miras qoymarıq”. Xanım Zəhra (s.ə.) isə onların cavabında Qurandan: "Süleyman Davuddan irs apardı...” - ayəsini gətirdi. Xanım Zəhra (s.ə.) hər cür əziyyətə, zərbətlənməyə, istər Həzrət Əliyə (ə), istərsə də özünə qarşı edilən haqsızlıqlara baxmayaraq, haqqını tələb edib, İlahi hüccəti tamamlamaq istədi. Ona görə də son gücünü toplayıb Bəni-Haşim qadınlarının köməyilə xəlifənin yanına gəldi və Fədəyin Allahın izni ilə atası tərəfindən ona və övladlarına hədiyyə verildiyini xatırlatdı. Xəlifə öz əməllərindən qorxub istədi ki, Fədəyi Fatiməyə (s.ə.) qaytarsın, lakin yanındakı şəxslər ona mane olub dedilər: "Fədəyin ona verilməsi haqqında şahid gətirməsə, olmaz!”. Xanım Zəhra (s.ə.) Həzrət Əlini (ə), İmam Həsəni (ə), İmam Hüseyni (ə) və Ummu-Eymanı şahid gətirdi, lakin onlar qəbul etmədilər. Belə bəhanə gətirdilər ki, bu şahidlik Əlinin (ə) xeyrinədir, Həsən və Hüseyn (a) balacadırlar, Umm-Eyman isə başqa qəbilədəndir.

Nəhayət - son bir dəfə - Xanım Zəhra (s.ə.) çox çətinliklə məscidə gedib, pərdə arxasından qarşı bəlağətli bir xütbə oxudu. Xütbədə belə buyurdu: "Ey camaat! Siz yaxşı bilirsiniz ki, Həzrət Rəsul (s) dəfələrlə buyurub: "Fatimə mənim bədənimin bir parçasıdır, kim ona əziyyət etsə, mənə əziyyət etmişdir. Mənə əziyyət edən isə Allaha əziyyət etmişdir”. Ey camaat! Şahid olun ki, ... zülm və əziyyət etdilər”.

Bəzi mənbələrdə buyurulur ki, bu xütbədən sonra xəlifə Fədəyin qaytarılması haqqında namə yazıb Xanıma (s.ə.) verdi, amma yanındakı şəxs bundan xəbər tutub, Xanımım (s.ə.) arxasınca gəlib yolda o naməni tələb etdi. Xanıma qarşı cürət edərək, həmin sənədi ondan aldı.

Bu hadisədən həm mənəvi, həm cismani tərəfdən şiddətli zərbə almış Zəhra (s.ə.) sağalmaz dərdə - ölüm yatağına düşür və çox keçmir ki, dünyasını dəyişir.

Fədəyin Xanıma (s.ə.) verilməməsinin əsas səbəbi isə o idi ki, qəsbkarlar qorxurdular ki, Fədək Həzrət Zəhrada (s.ə.) qalsa idi, o bağdan gələn gəlir yoxsullara paylanar, bununla xalqın Əli (a) və onun ailəsinə olan məhəbbət və rəğbəti artar, bu da onların hökmranlığına təhlükə yaradardı...

Tağıyeva Minarə x. ,
"Dəyərlər”in oxucusu
Категория: Məqalələr | Просмотров: 532 | Добавил: imamrza_asiqi | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtarış
NAMAZI BELƏ QILAQ


İslama Xidmət © 2017
Конструктор сайтов - uCoz