Cümə axşamı, 28.03.2024, 12:18
Daxil oldunuz Гость | RSS

Www.Ehlibeyt.Clan.Su

Menyu
Qısa Məktublar
Bizim sual
Bismillahsiz Sure?
Всего ответов: 1719
Sayğac
İslami Saytların Reytinqi
Onlayn cəmisi 1
Qonaq 1
İstifadəçi 0

Главная » 2010 » Aprel » 20 » emel defderi
23:50
emel defderi

"Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs qabaqcadan nə göndərdiyinə baxsın, Allahdan qorxun! Həqiqətən, Allahın sizin etdiklərinizdən xəbəri var!” (Həşr surəsi, 18-ci ayə, 59:18)


İndi siz otaqda kompyuterin arxasında oturaraq, bizim saytımızda bu məqaləni oxuyarkən düşünürsüz ki, təksiz. Düşünürsüz ki, otaqda sizdən başqa heç kəs yoxdur. Ancaq bu heç də elə deyil. Əslində siz tək deyilsiz. Harda olursuz olun, nə düşünürsüz düşünün, tək deyilsiz.

Mələklər-Əməllərinizi, etdiyiniz hər hərəkəti, atdığınınz hər addımı, yaxşılığı, pisliyi, yaşadığınız hər şeyi dəftərə yazan, Allahın iznilə bu vəzifəni yerinə yetirən mələklər daim sizin yanınızdadılar. Bu mələklərin sizin əməllərinizdə dəyişiklik aparıb, nəyisə ixtisara salıb əməl dəftərinizə yazmağa ixtiyarları yoxdur. Onlar Allahın əmrini yerinə yetirərək hər şeyi olduğu kimi yazarlar. Onlar heç nəyi unutmurlar, siz yatdığınız zaman belə, onlar yatmazlar, sizin baş ucunuzda durarlar.

Başqa bir tərəfdən ölüm mələkləri... Bəs onlar nəyi gözləyirlər? Sizin üçün təyin olunmuş zamanın sonunu gözləyərlər. O zaman ki, sizin ruhunuz dünya həyatını tərk edər bu mələklər sizin yanınızda olarlar. Demək siz yenə də tək deyilsiniz.

Bundan başqa sizin ətrafınızda gizli şahidlər də vardır ki, onlar həyatda sizin yanınızda olarlar, sorğu-sual olunan gün isə şahidlik edərək sizin etdiyiniz hər hərəkətdən, əməldən danışarlar. Siz onları tanıyırsız, ancaq düşünürsüz ki, onlar dilsiz və dinməzdilər.Onlar sizin əlləriniz və dərinizdir. Sorğu-sual olunan gün onlar Allahın iznilə dilə gələrlər və sizin etdiyiniz hər bir əmələ şahidlik edərlər. Hətta üstündə gəzdiyiniz torpaq belə, ətrafınızda olan əşyalar belə şahidlik edəcəklər.

Hər şey Allahın təqdiri və Onun əmri ilə yerinə yetirilir. İnsan bu dünyaya Allaha itaət etmək üçün göndərilib. Hər bir insan axirəti üçün çalışmalıdır. Əməl kitabı-Qiyamət günü baş verdikdə, sorğu-sual olunan gün bu kitabın hansı əlinizə gəlməsi haqda heç düşünmüsünüzmü? Əməllər kitabınızı xeyirli işlərlə, yaxşı əməllərlə yoxsa siz də ziyana uğrayanlar kimi pis əməllərlə doldurmusunuz? Mənə elə gəlir ki, heç bir Allah bəndəsi Cəhənnəmi dadmaq istəməz. Cənnətə düşmək üçün isə əməl kitabın yaxşı olmalıdır. Bu günə kimi bəlkə də heç bu barədə düşünməmisiniz, ancaq inanıram ki, Allah-Təalanın müqəddəs kitabı Qurani-Kərimdə bizləri agah etmək üçün göndərdiyi bu ayəni oxuduqdan sonra bir nəticəyə gələrsiz!


"Allahı necə inkar edirsiniz ki, siz ölü idiniz, O sizi diriltdi. O sizi (əcəliniz gəldikcə) yenə öldürəcək, sonra (qiyamətdə) yenə də dirildəcək və daha sonra siz (əməllərinizin haqq-hesabı çəkilmək üçün) Ona tərəf (Onun hüzuruna) qaytarılacaqsınız. ” (Bəqərə surəsi, 28-ci ayə, 2:28)

Hər gün, hər saat, hər dəqiqə unutmayın ki, siz tək deyilsiniz. Etdiyiniz hər bir əməl mələklər vasitəsilə əməl kitabınıza yazılır. Bunu düşünün! Özünüz üçün bir nəticəyə gəlin! Axirətiniz üçün çalışın!

Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a)-a, onun ailəsinə və yaxınlarına, Əhli-Beytə.


Hörmətlərlə Müəllif: İslam

Категория: Xəbərlər | Просмотров: 1066 | Добавил: musilmanka | Рейтинг: 0.0/0
Всего комментариев: 1
1 eleviyye  
0
ALLAH RAZI OLSUN,BACI!!!

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtarış
NAMAZI BELƏ QILAQ


İslama Xidmət © 2024
Конструктор сайтов - uCoz