Bazar ertəsi, 20.11.2017, 23:46
Daxil oldunuz Гость | RSS

Www.Ehlibeyt.Clan.Su

Menyu
Qısa Məktublar
Bizim sual
Bismillahsiz Sure?
Всего ответов: 1713
Sayğac
İslami Saytların Reytinqi
Onlayn cəmisi 1
Qonaq 1
İstifadəçi 0
Главная » 2010 » İyul » 12 » Duanın şərtləri
23:44
Duanın şərtləri

1-Duada xalis niyyətli olmaq və fəqət ona arxalanmaq

 

Dua İlahi dərgahdan dilək istəməkdir.  Onun təsiri İnsanın ruhi və mənəvi  tərbiyəsində əvəzsizdir.

Duadır ki, insana ümid və şadlıq bəxş edir. Ona həyatda təvəkküllə yaşamaq imkanı bəxş edir.

Dualar eşidən Tanrı , insanı yaratmış və ona gərək olan hər neməti əta etmişdir, buna görə də bəndəsinə  ən yaxın və mehriban olan da Odur. Necə ki, buyurur: «Biz insanı yaratmışıq. Və onun fikir və vəsvasından agahıq. Ona şah damarından belə yaxınıq».

İmam Əli (ə) buyurur: «Hansı bir vasitə səninlə Allah arasında olan rabitədən daha xatircəm ola bilər...  Bəs səni yaradıb sənə ruzi bəxş edən və sənin yaradılışına gərək olanı verən kəsə sığın, fəqət Onun itaətində ol və qorxun təkcə Ondan olsun. Bütün işlərində özünü Allaha tapşır ki, bu zaman özünün ən xatircəm bir qüvvəyə tapşırmısan. Dua edərkən xalis niyyətlə Allahını səslə ki, bağışlama və nemət Onun əlindədir və hər zaman Ondan istə ki, sənə xeyir (məsləhət) olan hər şeyi sənin qarşına gətirsin».

İmam Baqir (ə) dua haqqında buyurur: «(Təhrif olmayan) əsl Tövratda belə deyilir: «Musa (ə) Allahdan soruşdu: «İlahi! Sən mənə yaxınsanmı ki, Sənə dua və münacat edim. Yoxsa uzaqsanmı (o zaman) Səni fəryad edib səsliyim. Allah Musaya (ə) vəhy etdi: «Ey Musa! Mən o şəxsin yanındayam ki, məni yad edər. Sonra Musa (ə) soruşur: Səndən özgəsi pənahı olmayan hansı şəxs Sənin pənahındadır.  Allah cavabında buyurur: Məni xatırlayanları Mən də yad edərəm. Mənim yolumda dostluq edənlərlə Mən də yoldaşam. Onlar  o kəslərdir ki, Mən yer əhlinə bəla göndərmək fikrinə düşən zaman, onları xatırlayaram və o bəlanı onlara xatir Yer üzündən uzaq edərəm».

Quran duanın barəsində buyurur: «Ey bizim Rəsulumuz! Bəndələrim Mənim sorağımı səndən alarkən (bildir) bilsinlər ki,  Mən onlara yaxınam və hər kim Məni səsləsə onun duasını qəbul edərəm; bəs gərək Mənim dəvətimi qəbul etsinlər və Mənə dönsünlər. Bəlkə səadətə əl tapdılar».

Kəlamın xülasəsi budur ki; insana ən etibarlı sığınacaq və söykənəcək onu yaradan Allahdır. Aləm Onun qüdrət və itaətinə tabedir. Heç bir xeyir və zərər Onun iradəsi olmadan insana yetişməz. Bəs Ona xalis və pak niyyətlə dua edək. Ondan başqasına ümidvar olmayaq. Bu zaman dualarımız qəbul olar.

Həmd və sitayiş O Allaha məxsusdur ki, Ondan digərini səsləmirəm. Əgər səsləsəmdə istəyimi verə bilməz. Şükür O Tanrıya ki, Ondan başqasına ümidim yoxdur. Əgər ümidvar olsam da na ümid edər. Səna olsun O Xaliqə ki, məni özünə tapşırıb özündən qeyrisinə tapşırmayıb ki, o zaman məni zəlil edərdilər.

 

2) Duanın qəbul olunmasına ümidvar olub məyusçuluqdan çəkin-mək.

 

İmam Əli (ə) buyurmuşdur (ə): «Bil ki Yerin və səmanın Allahı sənə dua etməyi tapşırmış və onun qəbul olunmasını da zəmanət vermişdir. Sənə əmr etmişdir ki, Ondan istəyəsən ki, sənə əta etsin. Və Ondan rəhmət diləyəsən ki, rəhmətini sənə nazil etsin. Allah səninlə öz arasında bir kəsi rabitə qərar verməmişdir ki, Onunla sənin aranda fasilə düşməsin. Səni məcbur etməmişdir ki, hər hansı bir vasitəyə pənah aparasan. Və xilaf iş gördükdə tövbə etmənə də mane olmamışdır.Gördüyün günahların və (düşdüyün haramlara) görə də əzabı sənə təcili etməmişdir. Rüsvay olmağa layiq olduğun yerlərdə də səni rüsvay etməmişdir. Sənin tövbə edib qayıtmana da ağır şərtlər qoymamışdır. Bəlkə də tövbə edib qayıtmanın qarşısında etdiyin günahların savablarla əvəz olunacağına da vədə vermişdir. Bəs qayıdış, tövbə və bağışlama qapılarını üzünə tayba-tay açmışdır. Sən səsləyərkən eşidər səni, pıçıldayarkən sənin ürəyindən keçənləri bilər.

Belə olduqda hacətləri tək Ondan istə və narahatçılıqlarını Onunla paylaş. Ondan istə ki, işlərində yardımçın olsun. Öz rəhmət xəzinələrindən sənə əta etsin. Sənə bol ruzilərindən nəsib etməklə kasıbçılıq və fəqirlikdən qurtarsın. Allah bütün bunların açarı olan duanı sənin imkanına buraxmışdır. Elə isə hər zaman istədin bu açarların vasitəsi ilə İlahi nemətlərin və rəhmət yağışlarının qapsını aça bilərsən. (Duanın cavabında səbrli ol). Heç zaman onun qəbul olması təxirə düşərkən məyus olma. Çünki bəzən duanın cavabı gec olur. Səbəbi də budur  ki, duaları eşidən Allah (sənin istəyini gecə verməklə səni daha da özünə yaxın edir). (Və sonda) müəyyən olunmuş bir zamanda sənə istədiyindən də artıq bəxş edir. Və ya məsləhət istəyinin əksinə başqa bir şeydə olduğundan onu sənə əta etmir ki, sənin həlak olmana səbəb olar...»

Bu hissənin mətləblərini üç hissədə xülasə edirik:

a) Allah duaya əmr etmiş və qəbul olmasına da zəmanət vermişdir. Bu hissə işarə edir ki,  Allahın Quranda buyurduğu bu kəlama «Çağırın məni (istəyin məndən) ki, istəyinizə cavab verim (qəbul edim)». «Çağıranlar (bir şeyi) istəyərkən, qəbul edər».

İmam Səccad (ə) «Əbu Həmzə» duasında buyurur: «İlahi! Sən özün buyurmusan ki, Allahın fəzlindən istəyin. Sənin sözün haqq və vədən düzdür. Çünki Allah sizə mehribandır. Və onun adəti deyil ki, istəməyə əmr edə lakin əta etməkdən (qəbul etməkdən) boyun qaçıra.

Bəs gərək o kəsdən istəyəsən ki, hər bir  şey onun əlindədir və özü buyurmuşdur Məndən istəyin ki, sizə əta edim. Yəni O Allah həm hər bir şeyə malikdir və həm də dəvət edir bəxşeş və əta etməyə. Buna görə istəyənlərə bir üzr qoymamışdır. Əgər diləyən tənbəl və süsdürsə ev sahibinin təqsiri nədir? Həm də o ev sahibi ki, heç bir vasitə olmadan diləyənlərin istəyinə cavab verər. (İlahi!) kimdir Səndən qeyri mənim hacətlərimi əda edən».

b) Tövbənin yolu açıq və onun rəhmətindən na ümid olmaq haramdır.

İmam Səccad (ə) «Taibin» (Tövbəkarlar) duasında buyurur: «İlahi Sən öz bəndələrinin itaətsizliklərinə güzəşt etmək üçün bir qapı açdın və o qapının adını tövbə qoydun və buyurdun: Allaha sadiq niyyətlə qayıdın... Bəs hər kim bu açıq olan qapıdan daxil olmaqdan qəflət etsə nə üzrü vardı».

«Əbu Həmzə» duasında  isə buyurur: «Əfsuslar olsun mənə ki, bütün əməllərim əməl dəftərimdə qeyd olunmuşdur. O əməllər ki, əgər Allahın sonsuz rəhmətinə və kərəminə ümidim olmasaydı. Və əgər ümidsizliyə qapılmadan çəkindirməsəydin, hər an öz əməllərimi xatırlayıb naümid olardım.

İmam Əlinin yuxarıda verdiyimiz vəsiyyəti bu ayəyə istinad edilir: «O dəstə bəndələrimə ki, günaha düçar olmaqla öz nəfslərinə israfçılıq etdilər de!: Heç zaman Allahın rəhmətindən ümidsiz olmayın, əlbəttə Allah sizin bütün günahlarınızı bağışlayacaqdır. Allah bağışlayan və mehribandır.

Və Hicr surəsində, İbrahim Peyğəmbərin Allahdan övlad istədiyi hadisəsində belə buyrulur: «Dedilər: Səni haqqla müjdə-lədik və sən heç vaxt Allahın lütfündən məyus olma. İbrahim(ə) buyurdu: Bəli, nadan və azğın-lardan başqa heç kim Allahın lüt-fündən məyus olmaz».

Səfvan deyir: «Mən namaz vaxtı həzrət
İmam Sadiq(ə)-ın  yanında idim namaza başlamazdan öncə İmam(ə) qibləyə tərəf durdu və dedi: ( İlahi! məni öz rəhmətindən məyus  və mərhəmətindən ümidsiz etmə. Məni öz cəzandan arxayın salma çünki Sənin əzabından yalnız ziyankarlar arxayın düşərlər). Bunu gördükdə İmam(ə)-a dedim : «Fəda olum sənə! İndiyədək bu duanı kimsədən eşitməmişəm.İmam (ə) buyurdu: «Doğurdanda Allahın rəhmətindən məyus olmaq və Onun əzabından arxayın düşmək Allah yanında ən böyük günahlardandı».

İmam Əli(ə) buyurmuşdur: «Təəccüb edirəm o şəxsə ki, tövbə etmək imkanı ola-ola Allahın mərhəmətindən ümidsizdir».

 

c) Duanın gec qəbul olmasından məyus olmamalı

 

Duanın gec qəbul olmasından məyus olmaq olmaz çünki, duanın dörd ehtimal üzündən  qəbul olmaması mümkündür:

 Birincisi: Duanın qəbulu niyyətdən asılıdır. Yəni, duada niyyətin təmiz olması və onun ciddiyyətlə tələb olunması lazımdır. Belə olduqda duanın qəbul olunmasına zəmanət verilmişdir.

Məşhur Şəbaniyyə xütbəsində belə buyurmuşlar: «Allahdan istəklərinizi düzgün niyyətlə və  təmiz qəlblə diləyin».

Əllamə Məclisi(r) buyurub:

 «Əgər duanın şərtlərinə riayət etməmisənsə onun qəbul olmasını gözləmə çünki, Allah-taala hər şeyin gizlisindən və batinindən agahdır, nə qədər işlər var ki, sən Ondan istəyirsən ancaq O, həmin işlərin daxildə düzgün olmamasını bilir. Səhabələrdən bəziləri  bir-birilərinə dedilər: Siz dua etməklə asimandan (rəhmət olaraq) yağış gözləyirsiniz mən isə göydən (əzab olaraq)  daş yağmasını gözləyirəm».

İmam Sadiq(ə) buyurmuşdur: «Allah-taala səhlənkar qəlbdən dua qəbul etməz.Dua edərkən ürəkdən dua et və qəbul olmasından əmin ol».

İkincisi: Bəzən də duanın gec qəbul olması dua edənin Allahın qapısını hədsiz dərəcədə döydüyünə görə  və Allah-taalanın da buna görə bəndəyə daha çox mükafat vermək məqsədi ilə gecikdirməsi də mümkündür.

İmam Sadiq(ə) buyurmuşdur: «Bir bəndə dua etdikdə Allah-taala iki mələyə buyurar: «Mən onun duasını qəbul etdim amma, onun istəyini hələ saxlayın çünki, Mən onun səsini eşitmək istəyirəm. Bəzi bəndələr də  var ki, Allah-taala buyurar: «Tez onun istəyini verin çünki onun səsini eşitmək istəmirəm».

Üçüncüsü: Bəzən də duanın qəbul olmaması Allah-taalanın bəndəyə ya bu dünyada ya da axirətdə istədiyindən daha yaxşısını verməyə görə ola bilər.

Dördüncüsü: Bəzən də duanın qəbul olmaması bəndənin xeyrinə olduğuna görə qəbul olmaz. Çünki ola bilsin duan qəbul olsun və səndə öz istəklərinə çatasan nəticədə isə bu sənin dinin üçün zərərli olsun.

Qurani-Kərim buyurur: «Mümkündür bir şeyi istəyəsiniz bir halda ki, bu sizin ziyanınızadır və Allah hər şeyi biləndir siz isə bilməyənsiniz».

Duanın qəbul olmaması səbəblərindən biri də zalıma kömək etmək və əyləncə, oyun-oyuncaq alətləri ilə məşğul olmaqdır.

 İmam Əli(ə)-ın 104-cü qısa və hikmətli kəlamında Nouf  Bəkkaliyə belə buyurur: «Ey Nouf! Həzrət Davud (ə) belə bir saatda yuxudan oyandı və buyurdu: «Bu elə bir saatdır ki, bəndə zalım padişahın köməkçisi olmazsa, əyləncə ilə məşğul olan olmazsa və təbil, şeypur çalan olmazsa bu vaxtda dua etsə əli boş qayıtmaz».
 iman.ge
Hacı Həmid Vahidizadə

Категория: Məqalələr | Просмотров: 616 | Добавил: imamrza_asiqi | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtarış
NAMAZI BELƏ QILAQ


İslama Xidmət © 2017
Конструктор сайтов - uCoz