Çərşənbə axşamı, 23.04.2024, 22:47
Daxil oldunuz Гость | RSS

Www.Ehlibeyt.Clan.Su

Menyu
Qısa Məktublar
Bizim sual
Bismillahsiz Sure?
Всего ответов: 1719
Sayğac
İslami Saytların Reytinqi
Onlayn cəmisi 1
Qonaq 1
İstifadəçi 0

Главная » 2010 » Avqust » 21 » Cümə namazı xütbələrindən: "Bu təxribat baş verərsə, bütün dünyanın, o cümlədən Azərbaycan müsəlmanlarının da bir nömrəli gündəm mövzusu ola
23:47
Cümə namazı xütbələrindən: "Bu təxribat baş verərsə, bütün dünyanın, o cümlədən Azərbaycan müsəlmanlarının da bir nömrəli gündəm mövzusu ola
  cümə namazından reportaj - 20.08.10
20 avqust 2010-cu il tarixində İçərişəhər "Cümə” məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlunun imamlığı ilə möminlər və möminələr növbəti cümə namazını qılmışlar. Cümə namazının azanı səsləndikdən dərhal sonra, mömin və möminələr cümə xütbələrini dinləmişlər.
Cümə xütbələrinin ilkində cümə xətibi, o cümlədən, ilk olaraq özünə və sonra cümə namazı iştirakçılarına ilahi təqvaya riayət etməyi tövsiyə etdi.
İmam cümə ilk olaraq vurğulamışdır ki, Mübarək Ramazan ayının məqsədi ilahi təqvaya riayət etməkdir. Daha sonra bu ilahi təqva və xoş əxlaqın müntəzirlərin məziyyəti kimi səciyyələndirən Hacı İlqar, mövzu ilə bağlı İmam Sadiqdən (ə) belə bir nurani hədisi səsləndirmişdir: "Hər kim istəyə Həzrət Qaimin (ə.f.) əshabından olsun, gərək intizar çəkə (müntəzir ola) və intizarın özündə təqvaya və xoş əxlaqa uyğun rəftar edə”.
Nurani hədisin təhlili zamanı Hacı İlqar demişdir: "Biz Zəmanə Sahibinin (ə.f.) gəlişini gözləyiriksə, bu, təqva ilə olan intizar olmalıdır. Bu amil, özünü həyatımızın bütün sahələrində ilahi təqvaya və xoş əxlaqa riayət etməklə özünü göstərməlidir. Allahdan bu istiqamətdə xüsusi tofiqatını diləyirik”.
Cümə namazının xətibi onu da qeyd etdi ki, yaşadığımız mübarək Ramazan ayının da fəlsəfəsi məhz bu məqamlarla bağlıdır.
İkinci xütbədə ilk öncə müsəlmanlar üçün Uca Rəbbdən bağışlanma və əfv diləyən xətib, özünə və hər kəsə ilahi təqvaya riayət etməyi tövsiyə etmişdir.
Pakistandakı faciəli duruma diqqət çəkən cümə xətibi demişdir: "Bu günlərdə gündəmimiz Pakistandakı ağır vəziyyətlə bağlıdır. Vəziyyətlə bağlı məracelərimiz də münasibət bildirib. Burada 20 milyona qədər insan köməksiz qalıb. Allahdan onlara yardım diləyirik! Ümmət bu məsələlərdə biganə olmamalıdır. Hər kim nə ilə bacarırsa, əlindən gələni etməlidir”.
Mübarək Ramazan ayı günlərində bəzi iftar vermələrə münasibətini açıqlayarkən xətib bildirmişdir: "Xəbərlər yayılır ki, ABŞ prezidenti B.Obama iftarlar verir. Bu tədbirlərin səmimiliyinə böyük şübhələr var. Bu, riyakarlıqdan başqa bir şey deyildir. Bir tərəfdən işğallar, digər tərəfdən isə iftarlar – bu, bir araya sığa bilməz. "İftar süfrələri” verməklə İraq müsəlmanlarına edilənlər bir araya sığmır.
Bu gün çox böyük nigaranlıqlar da var ki, həm ABŞ, həm də sionist rejimi yenə də regionda təxribata əl atacaqlar. Mərcəiyyət də bildirib ki, əgər belə bir hal baş verərsə, çox sərt cavab veriləcək. Bu təxribat baş verərsə, bütün dünyanın, o cümlədən Azərbaycan müsəlmanlarının da bir nömrəli gündəm mövzusu olacaqdır. Bu məsələdə İran və Türkiyənin də həmahəngliyi vardır. Həmd olsun! İnşaallah, bu imtahandan da müsəlmanlar layiqincə çıxacaqlar.”.
"Mübarək Ramazan ayı ilə bağlı ölkədə müvafiq ab-hava yoxdur. Məsələn, Moskva meriyası bu ayla bağlı bir sıra müsbət addımlar atır. Qərbdə də çox belə nümunələr var. Müsəlman dünyasına gəldikdə, təbii ki, bu məsələlərdə yarışa girib, kim daha gözəl bu ayı keçirir. Təəssüflər olsun ki, bizdə rəsmi səviyyədə bu istiqamətdə heç bir hərəkət hiss olunmur. Qarşıda isə çox az vaxt qalır. Əhyalar və Qüds günü yaxınlaşır. Növbəti günlərdə Allahdan xüsusi tofiqatlar diləyirik”, - deyə Hacı İlqar sonda vurğulamışdır.
Xütbələr yekunlaşdıqdan sonra Hacı İlqarın imamlığı ilə mömin və möminələr cümə namazını qılmış, zikrlər, dualar etmiş, salavatlar zikr etmiş, sonda "Fərəc” duasını oxumuşlar.
Xəbər xidməti

http://deyerler.org

Категория: Məqalələr | Просмотров: 1188 | Добавил: imamrza_asiqi | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtarış
NAMAZI BELƏ QILAQ


İslama Xidmət © 2024
Конструктор сайтов - uCoz