Cümə axşamı, 28.03.2024, 22:32
Daxil oldunuz Гость | RSS

Www.Ehlibeyt.Clan.Su

Menyu
Qısa Məktublar
Bizim sual
Bismillahsiz Sure?
Всего ответов: 1719
Sayğac
İslami Saytların Reytinqi
Onlayn cəmisi 1
Qonaq 1
İstifadəçi 0

Главная » 2010 » İyun » 24 » Bu gun Mominlerin Emiri Emirel Mominin Ali (a.s.) Movlududur
23:19
Bu gun Mominlerin Emiri Emirel Mominin Ali (a.s.) Movlududur
Bu gün möminlərin əmiri, İslamı ilk qəbul edən şəxs, əziz peyğəmbərimizin (s.a.) qardaşı, İslamın sütunu, qiyamətədək bütün bəşəriyyətə öndər olan Həzrət Əli (a.s.) mövlud günüdür. O elə bir dahi şəxsiyyət olmuşdur ki, Allah onun Xəndək müharibəsində vurduğu bir zərbəni bəşəriyyətin ibadətindən üstün bilmişdir. Hz. Əli (a.s.) möminlərə qarşı mərhəmətli, kafirlərə qarşı isə şiddətli idi. İlahi xüsusiyyətlər onda cəm olmuşdur. Bütün ömrü boyunca əməllərində İlahi rizayəti öndə tutmuş. Allahın əmrlərindən çıxmamış və İslam üçün malından, canından keçmişdir. Kəlamlarının hər biri bəşəriyyətə dərs verəcək qədər təsirli, sürdüyü həyat yolu möminlərə nicat, haqq yolu olaraq qalmışdır. Bu gün bayram günüdür. Bu müqəddəs mövlud münasibətilə cəmi müsəlmanları, haqq aşiqlərini və ən əsası zamanımızın imamı olan İmam Zamanı (ə.f.) təbrik edirik. Allah hamınıza o insanın dünyada ziyarətin, axirətdə isə şəfaətin nəsib eləsin. Amin. Ya Rabbəl Aləmin.

İMAMIN ŞӘXSİYYӘTİ

Adı: Әli
Ləqəbi: Әmirəl-möminin
Künyəsi: Әbül-Həsən
Doğulduğu tarix: Hicrətdən 23 il əvvəl
Xəlifəliyi: Hicrətdən 35 il sonra
Xəlifəlik müddəti: 5 il
Ömrü: 63
Şəhadəti: Hicri 40-cı ildə xaricilərdən olan Ibni Mülcəm (l.ə.) adlı bir şəxs tərəfindən qətlə yetirilmişdir.
Məzarı: Iraq, Nəcəf şəhəri.

TӘVӘLLÜDÜ

Peyğəmbərin hicrətindən 23 il qabaq, cümə günü Rəcəb ayının 13-də Әbu Talibin ailəsində təkcə Məkkəyə deyil, bütün dünyaya nur saçan mübarək bir uşaq dünyaya gəldi.
Bu təvəllüd haqqında Məkkə əhalisindən Qunəb adlı birisi belə deyir: Abbas ilə oturmuşduq ki, birdən əsəd qızı Fatimənin sancı çəkərək Kəbəyə tərəf getdiyini gördük. O belə deyirdi:
«Ey Allahım! Sənə və peyğəmbərinə inanıram. Sənin əmrinlə bu evi tikən peyğəmbərin (Ibrahimin), eləcə də bətnimdəki uşağın izzəti hörmətinə bu körpənin dünyaya gəlişi əziyyətini mənim üçün asan et».
Elə həmin andaca Allah evinin yarılaraq, Fatimənin oraya girməsini daha sonra isə divarın bir-birinə yaxınlaşaraq bitişib bağlanmasını öz gözlərimizlə gördük. Hamımız qorxudan titrəyirdik. Daha sonra ayağa qalxdıq və sürətlə Kəbəyə sarı qaçdıq ki, qapını açıb arvadlarımızı Fatiməyə kömək etmək üçün içəri göndərək. Amma nə qədər çalışdıqsa qapını aça bilmədik. Bu qəribə xəbər çox sürətlə Məkkənin hər tərəfinə yayıldıqda hamı bundan heyrətləndi. Məkkə qadınları Fatimə ilə görüşü həyəcanla gözləyirdilər. Nəhayət dörd gündən sonra Fatimə qucağında gözəl bir uşaqla Kəbədən bayıra çıxıb dedi:
«Allah qadınlar arasında məni seçdi, Onun evində ikən mənim üçün cənnət xörəklərindən və meyvələrindən göndərdi».
Həzrət Fatimə evinə doğru gedən zaman ətrafına yığışan qadınların «uşağın adını nə qoyacaqsan?» - deyə verdikləri suala belə cavab verdi: «Allahın hərəmində əyləşdiyim vaxt nagahan səs eşitdim: uşağın adını Әli qoy».
Bəli haqqında danışdığımız həzrət Әli əleyhissalamdır. O, ülvi şəxsiyyət körpəlik və uşaqlıq dövranını təmiz, pak bir şəkildə başa vurdu. Necə ki, həzrətin özü də bu barədə «Nəhcul-bəlağə»də belə buyurur:
«Uşaqlığımda Peyğəmbər (s) məni qucağına alıb köksünə sıxar və yeməyi çeynəyib ağzıma qoyardı».
   ehlibeyt.moy.su
Категория: Məqalələr | Просмотров: 1294 | Добавил: imamrza_asiqi | Рейтинг: 3.5/2
Всего комментариев: 1
1 ya_ZEHRA  
0
angel angel angel

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtarış
NAMAZI BELƏ QILAQ


İslama Xidmət © 2024
Конструктор сайтов - uCoz